PharmEd

Pharmed

RETINOL 100000 IU N10 CAP (VIT A)

RETİNOL 

Beynəlxalq patentləşməmiş adı: Retinol

 

RETİNOL Tərkibi

Təsiredici maddə: 1 kapsulda 55 mq (100 000 BV) retinol palmitat (vitamin А) (100%
 vitamin А hesabı ilə) vardır.
Köməkçi maddələr: qarğıdalı yağı-200 mq
Kapsulun qabığı: jelatin, qliserol (qliserin), sorbitol (sorbit),
 metilparahidroksibenzoat (metilparaben), təmizlənmiş su.
Qeyd:
1 q maddə üçün tərkibi (DSM 1 q maddənin (BASF Nutrişnl Prodakts LTD, İsveçrə - SE
Almaniya):
− retinol palmitat 1,7 mln.BV - retinol palmitat 1.7 mln.BV;
− butilhidroksianizol 9 mq; - butilhidroksitoluol 17 mq
− butilhidroksianizol 9 mq


Farmakoterapevtik qrupu

Vitaminlər.

АТС kodu: А11СА01.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Vitamin А ümumi möhkəmləndirici təsir göstərir, toxuma mübadiləsini yaxşılaşdırır; oksidləşməreduksiya proseslərində (böyük miqdarda doymamış rabitələr nəticəsində), mukopolisaxaridlərin,
zülalların, lipidlərin sintezində, mineral mübadiləsində, xolesterinin yaranma proseslərində iştirak
edir. Lipaza və tripsinin yaranmasını gücləndirir, miyelopoezi, hüceyrənin bölünmə proseslərini
gücləndirir. Gözyaşı, piy və tər vəzlərinin funksiyasına müsbət təsir edir; tənəffüs yollarının və
bağırsağın selikli qişasının xəstəliklərinə qarşı da-yanıqlığı artırır; orqanizmin infeksiyalara qarşı
dayanıqlığını artırır. Dərinin epitelial hüceyrələrinin bölünməsini sürətləndirir, hüceyrə
populyasiyasını cavanlaşdırır, keratinləşmə proseslərini tormozlayır, qlikozaminoqlikanların
sintezini sürətləndirir, immunokompotent hüceyrələrin öz aralarında və epidermis hüceyrələri ilə
qarşılıqlı təsirini aktivləşdirir. Dərinin regenerasiyasını stimullaşdırır. Fotoresepsiya proseslərində
iştirak edir (insanın qaranlığa uyğunlaşmasına kömək edir). Yerli təsir epiteli hüceyrələrinin
səthində spesifik retinol rabitə reseptorlarının olması ilə şərtlənir.
Farmakokinetikası:
Mədə-bağırsaq traktından tez zamanda absorbsiya olunur (əsasən 12-barmaq və nazik
bağırsaqlardan), öd turşularının, pankreatik lipazanın, zülal və yağların mövcudluğu tələb olunur.
Plazma zülalları (lipoproteinlər) ilə əlaqə – ən azı 5%-dir; qida ilə birlikdə həddən artıq vitamin A
qəbul olunduqda və qaraciyər deposu onunla həddən artıq dolmadıqda plazma lipoproteinləri ilə
əlaqə 65%-ə çata bilər. Lipoproteinlərlə əlaqəli vitamin A-nın miqdarı hiperlipoproteinemiya
zamanı arta bilər. Qaraciyər deposunda azad olunduqda vitamin retinol-birləşdirici zülalla birlikdə
kompleks əmələ gətirir və o şəkildə qanda sirkulyasiya edir. Az miqdarda ana südünə və plasentaya
nüfuz edir. Qaraciyərdə (böyük orqanizmin təxminən iki illik ehtiyacı həcmində), az miqdarda –
böyrəklərdə, ağciyərlərdə depolaşır. Vitamin A-nın depodan səfərbər edilməsi üçün sink tərkibli
maddələr lazımdır. Qaraciyərdə metabolizə olunur. Bağırsaq (sorulmamış hissəsi) və böyrəklər
vasitəsi ilə xaric olunur.

 

İstifadəsinə göstərişlər

Vitamin A defisitinin müalicəsi

 

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, A hipervitaminozu, hamiləlik, laktasiya dövrü,
öddaşı xəstəliyi, xroniki pankreatit, dərinin kəskin iltihabi xəstəlikləri, uşaqlıq dövrü, vitamin A-nın
absorbsiyasına mane olan yanaşı gedən terapiya; xroniki malabsorbsiya.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Nefrit, II-III mərhələ ürək çatışmazlığı, alkoqolizm, qaraciyərin sirrozu, virus hepatiti, böyrək
çatışmazlığı, yaşlılıq dövrü.
Ehtiyatla:
Kəskin və xroniki nefrit, ürək fəaliyyətinin dekompensasiyası zamanı ehtiyatla istifadə olunur.
Doza həddinin aşılmasının qarşısını almaq məqsədilə vitamin A ehtiva edən digər polivitamin
kompleksləri ilə eni zamanda qəbul olunmur.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Tetrasiklin qrupu antibiotikləri preparatla uyuşmur (bədxassəli kəllədaxili hipertenziya riski).
Salisilatlar və qlükokortikosteroidlər preparatın əlavə təsir riskini azaldır.
Kalsium preparatları (böyük dozalarda) hiperkalsiemiya törədir.
Xolestiramin, kolestipol, təbii yağlar, neomisin daxilə qəbul olunduqda vitamin A-nın sorulmasını
pozur.
Peroral kontraseptivlər vitamin A-nın konsentrasiyasını artırır.
İzotretionin preparatın toksik effektlərini gücləndirir.
Vitamin E vitamin A-nın toksikliyini azaldır; böyük dozalarda – orqanizmdə vitamin A ehtiyatını
azaldır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsir göstərmir.

 

RETİNOL İstifadə qaydası və dozası

Preparatı həkim nəzarəti altında qəbul etmək lazımdır. Gündə bir dəfə 1 kapsul (100 000 BV),
yeməkdən 10-15 dəqiqə sonra daxilə qəbul edilir.
Müalicə kursunun müddəti müalicə edən həkim tərəfindən müəyyən olunur.

 

Əlavə təsirləri

Vitamin A-nın uzunmüddətli gündəlik qəbul olunması intoksikasiyaya, A hipervitaminozuna
gətirib çıxara bilər. A hipervitaminozunun simptomları – baş ağrısı, yuxululuq, əzginlik, üzün
hiperemiyası, ürəkbulanma, qusma, aşağı ətraf sümüklərində ağrı, yerimənin pozulması, allergik
reaksiyalar.

 

Doza həddinin aşılması

− Kəskin formada (300000 BV-dən 1 mln. BV-yə qədər birdəfəlik dozanın qəbulundan 6 saat
sonra): damaqlardan qanaxma, MSS-in oyanıqlığı, diareya, başgicəllənmə, yuxululuq, diplopiya,
güclü baş ağrısı, qıcıqlanma, dərinin soyulması (xüsusən də dodaqlarda və ovuc içində),
kəllədaxili təzyiqin kəskin yüksəlməsi (baş beynin psevdo şişi). Klinika geri dönəndir.
− Xroniki formada (illərlə 100000-300000 BV/sut dozada qəbul olunduqda): sümük ağrısı, ağızda
quruluq, dərinin və ya dodaqların çatlaması, titrətmə-qızdırma, zəiflik və diskomfort hissi,
dərinin işıq şüalarına qarşı yüksək həssaslığı, qıcıqlanma, iştahasızlıq, saç tökülmə, qıcolmalar,
qarında ağrılar, qeyri-adi yorğunluq, başgicəllənmə, topuqların, ovucların, burun-dodaq
üçbucağının və dodaqların sarı-narıncı rəngə boyanması, qaraciyərin toksik zədələnməsi,
kəllədaxili hipertenziya, hipomenorreya, portal hipertenziya, hemoliz və anemiya, sümük
toxumalarında rentgenoloji dəyişikliklər baş verə bilər.
− Müalicə: simptomatik. Təzahürlər bir neçə həftədən bir neçə aya qədər saxlanıla bilər.

 

Buraxılış forması

Kapsullar 100 000 BV.
10 kapsul, konturlu-yuvalı qablaşdırmada.
1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə birlikdə karton qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.