Pharmed
RESTAMIN 150ML SRP
RESTAMİN, 0,5 mq/ml şərbət
RESTAMİN tərkibi
Təsiredici maddə: 1 ml şərbətin tərkibində 0,5 mq dezloratadin vardır.
İstifadəsinə göstərişlər
Pollinoz və allergik rinit (asqırma, rinoreya, gözl ərin qaşınması, konyunktivanın hiperemiyası, qaşınma, selikli qişanın ödemi v ə burunun tutulması, s ərt damaq nahiy əsində qaşınma v ə öskürək kimi simptomların aradan qaldırılması); Xronik idiopatik urtikariya (qaşınmanın, səpgilərin ölçülərinin və miqdarının azaldılması məqsədilə).
Əks göstərişlər
Hiperhəssaslıq, hamil əlik, laktasiya dövrü, fruktozanın mənimsənilməsinin irsi pozuntusu, qlükoza/qalaktozanın mənimsənilməsinin pozulması və ya saxaraza/izomaltaza çatışmazlığı.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat hematoplasentar baryeri keçir v ə ana südündə aşkar edilir. Ana üçün müalicəvi təsiri döl üçün zərərindən üstün olduqda hamiləlik zamanı istifadəsinə yol verilir. Restamin qəbul edərkən ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Adətən Restamin avtonəqliyyatı idarə edərkən və digər mexanizmlərlə işləyərkən reaksiya sürətinə təsir göstərmir. Ancaq çox nadir hallarda yuxululuq ver ə bilməsi mümkündür, bu v əziyyət nəqliyyatı idarə eməyə təsir göstərə bilər.
RESTAMİN istifadə qaydası və dozası
Qida qəbulundan asılı olmayaraq, 6 aylıqdan 11 aylığa qədər uşaqlara gündə bir dəfə 2/5 qaşıq (1mq/2ml), 1 yaşdan 5 yaşa q ədər uşaqlara günd ə bir d əfə 1/2 qaşıq (1,25mq /2,5ml), 6 yaşdan 11 yaşa q ədər uşaqlara gündə bir dəfə 1qaşıq (2,5mq/ 5ml), 12 yaşdan böyük uşaqlara v ə böyüklərə gündə bir dəfə 2 qaşıq (5mq/10ml) verilir.