Pharmed
REPLEK-FLUKONAZOL 150 MG N1 (MAKEDONIA)
REPLEK-FLUKONAZOL
Beynəlxalq patentləşdirilməmiş adı: Fluconazole
REPLEK-FLUKONAZOL Tərkibi
Təsiredici maddə: 1 kapsulda 150 mq flukonazol vardır.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, susuz kolloidal silisium dioksid,
maqnezium stearat, natrium laurilsulfat, jelatin, titan dioksid (E 171), xinolin
sarısı (E 104), indiqotin (E 132).
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün göbələkəleyhinə preparatlar. Triazol törəmələri.
ATC kodu: J02AC01.
Farmakoloji xüsusiyyətləri
Preparatın təsiredici maddəsi flukonazoldur. Flukonazol, göbələkəleyhinə preparatlar qrupuna
aiddir.
Göbələk infeksiyalarının ən çox rast gəlinən səbəbi Candida adlanan göbələkdir. Flukonazol
preparatı, göbələklərin yaratdığı infeksiyaların müalicəsində istifadə olunur və kandidozun
qarşısını almaq üçün də istifadə edilə bilər.
İstifadəsinə göstərişlər
˗ Yerli müalicə uyğun olmadıqda, genital kandidozun müalicəsi: cinsiyyət orqanlarının
infeksiyaları.
˗ Vaginal kandidozun residivlərinin profilaktikası (ildə 4 və artıq hal).
Əks göstərişlər
˗ Flukonazola, digər göbələkəleyhinə preparatlara və ya preparatın hər hansı tərkib
hissəsinə qarşı allergiya (hiperhəssaslıq). Simptomlar qaşınma, dəridə qızartı və ya
tənəffüs çətinliyi ola bilər.
˗ Astemizol, terfenadin preparatlarının qəbulu (allergiyaya qarşı antihistamin dərman
vasitələri).
˗ Sizaprid preparatının qəbulu (mədə pozğunuğu zamanı istifadə olunan preparat).
˗ Pimozid preparatının qəbulu (psixi xəstəliklərin müalicəsində istifadə olunan preparat).
˗ Xinidin preparatının qəbulu (ürək aritmiyalarının müalicəsində istifadə olunan preparat).
˗ Eritromisin preparatının qəbulu (infeksiyaların müalicəsində istifadə olunan antibiotik).
˗ Amiodaron preparatının qəbulu (qeyri-müntəzəm ürək döyüntülərinin (aritmiya)
müalicəsində istifadə olunur).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin:
˗ qaraciyər və ya böyrək pozğunluqları,
˗ ürək ritminin pozğunluqları daxil olmaqla ürək xəstəlikləri,
˗ qanda kalium, kalsium və ya maqneziumun səviyyəlirinin dəyişiklikləri,
˗ ağır dəri reaksiyaları inkişafı (qaşınma, dəridə qızartı və ya tənəffüs çətinliyi),
˗ böyrəküstü vəzilərin kortizol kimi bəzi steroid hormonlarının kifayət qədər miqdarda
hasil etmədiyi halında “adrenal çatışmazlıq” əlamətlərinin (xroniki və ya davamlı
yorğunluq, əzələ zəifliyi, iştahsızlıq, bədən çəkisinin itkisi, abdominal ağrı) inkişafı.
Flukonazol preparatı qida və içkilərlə.
Flukonazol preparatı qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər.
Köməkçi maddələr haqqında xüsusi məlumat
Preparatın tərkibində laktoza var. Bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlük, Lapp-laktaza
çatışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası kimi, nadir irsi xəstəlikləri qeyd olunan
pasiyentlərdə göstərilən preparatı istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıdakılar keçmişdə qəbul etdiyiniz və ya gələcəkdə qəbul ediləcək preparatlara da aid ola
bilər.
Resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı digər dərman vasitəsi
istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkim və ya əczaçıya bu
barədə məlumat verin.
Astemizol, terfenadin (allergiyaya qarşı antihistamin dərman vasitələri), sizaprid (mədə
pozğunuğu zamanı istifadə olunan preparat), pimozid (psixi xəstəliklərin müalicəsində istifadə
olunan preparat), xinidin (ürək aritmiyalarının müalicəsində istifadə olunan preparat) və ya
eritromisin (infeksiyaların müalicəsində istifadə olunan antibiotik) qəbul etdikdə bu barədə
dərhal həkimə məlumat verin, bu preparatlar flukonazol ilə eyni zaman qəbul edilməməlidir
("Əks göstərişlər" bölməsinə baxın).
Bəzi preparatlar flukonazol ilə qarşılıqlı təsir göstərə bilər. Aşağıdakı preparatlardan birini qəbul
etdikdə həkimə bu barədə məlumat verin:
˗ rifampisin və ya rifabutin (infeksiyaların müalicəsində istifadə olunan antibiotiklər),
˗ hidroxlorotiazid (sidikqovucu preparat),
˗ alfentanil, fentanil (anesteziya kimi istifadə olunur),
˗ amitriptilin, nortriptilin (antidepressant kimi istifadə olunur),
˗ amfoterisin B, vorikonazol (göbələkəleyhinə preparatlar),
˗ trombların qarşısını almaq üçün qanı durulaşdıran preparatlar (varfarin və ya oxşar
preparatlar),
˗ yuxusuzluq və ya narahatlıqda istifadə olunan benzodiazepinlər (midazolam, triazolam və
ya oxşar preparatlar),
˗ karbamazepin, fenitoin (qıcolmaların müalicəsində istifadə olunan preparatlar),
˗ nifedipin, isradipin, amlodipin, felodipin, verapamil və lozartan (hipertoniyanın (yüksək
qan təzyiqi) müalicəsində istifadə olunan preparatlar),
˗ siklosporin, everolimus, sirolimus və ya takrolimus (transplantasiyadan sonra istifadə
olunan preparat),
˗ xərçəngin müalicəsində istifadə olunan siklosfosfamid, cəzair bənövşəsi alkaloidləri
(vinkristin, vinblastin və ya oxşar preparatlar),
˗ halofantrin (malyariyanın müalicəsi üçün istifadə olunan preparat),
˗ xolesterinin yüksək səviyyəsinin azaldılması üçün istifadə olunan statinlər (atorvastatin,
simvastatin və fluvastatin və ya oxşar preparatlar),
˗ metadon (ağrıkəsici),
˗ selekoksib, flurbiprofen, naproksen, ibuprofen, lornoksikam, meloksikam, diklofenak (qeyristeroid iltihabəleyhinə preparatlar (QSİƏP)),
˗ peroral kontraseptivlər,
˗ prednizon (steroid),
˗ AZT kimi tanınan zidovudin, sakvinavir (İİV olan pasiyentlərdə istifadə olunur),
˗ xlorpropamid, qlibenklamid, qlipizid və ya tolbutamid kimi diabetəleyhinə preparatlar,
˗ teofillin (astmanın müalicəsində istifadə olunur),
˗ A vitamini (qida əlavəsi),
˗ ivakaftor (mukovissidozun müalicəsində istifadə olunur),
˗ amiodaron (qeyri-müntəzəm ürək ritminin (aritmiya) müalicəsində istifadə olunur),
˗ ibrutinib,
˗ olaparib,
˗ tofatisinib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hər hansı bir dərman qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin.
Hamilə olduqda (və ya hamilə olduğunuzu düşündükdə) bu barədə həkimə məlumat verin.
Hamiləlik dövründə həkimin göstərişi olmadan flukonazol preparatı qəbul edilməməlidir.
Tədqiqatlar onu göstərir ki, hamiləliyin I trimestrində flukonazol qəbul edən qadınlarda spontan
abort riski artır.
Laktasiya
Hər hansı bir dərman qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Laktasiya
dövründə həkimin göstərişi olmadan flukonazol preparatı qəbul edilməməlidir.
Flukonazol preparatını birdəfılik dozada (150 mq) qəbul etdikdən sonra, ana südü ilə
qidalandırmanı davam etmək olar. Preparat təkrar dozada qəbul edildikdə, ana südü ilə
qidalandırma dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Flukonazol preparatının istifadəsi zamanı başgicəllənmə və qıcolmalar mümkündür, nəqliyyat
idarə etdikdə və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial
təhlükəli fəaliyyət növlərilə məşğul olduqda bunu nəzərə almaq lazımdır.
REPLEK-FLUKONAZOL İstifadə qaydası və dozası
Flukonazol preparatını həmişə həkimin dediyi kimi qəbul edin. Əmin olmadıqda, həkim və ya
əczaçı ilə məsləhətləşin. Həkimlə məsləhətləşmədən preparatın dozasını dəyişmək və ya
qəbulunu dayandırmaq olmaz.
Kapsul bir stəkan su ilə bütöv qəbul olunmalıdır. Preparatı hər gün eyni vaxtda qəbul etmək
tövsiyə olunur.
Böyüklər:
Xəstəlik, Doza
Genital kandidoz 150 mq birdəfəlik doza
Vaginal kandiozun residivlərinin
profilaktikası
Hər 3 gündən bir 150 mq, ümumi 3 doza (1-ci, 4-cü
və 7-ci günlər), sonra infeksiya riski olduqda
həftədə 1 dəfə 6 ay ərzində
Xüsusi populyasiyalar:
Yaşlılar:
Böyrək pozğunluğu olmadıqda böyüklər üçün tövsiyə olunan adi doza təyin olunur. Böyrək
funksiyasından asılı olaraq həkim dozanı tənzimləyə bilər.
Uşaqlar:
Pediatrik populyasiyada genital kandidozun müalicəsində flukonazolun təhlükəsizliyi və
effektivliyi müəyyən edilməyib. Yeniyetmələrdə (12-17 yaş) cinsiyyət orqanlarının
kandidozunun müalicəsi lazım olduqda, preparatın dozası böyüklərdə olduğu kimi təyin
olunmalıdır.
Flukonazol preparatının təsirinin çox güclü və ya çox zəif olduğunu hiss etdikdə, həkimə və ya
əczaçıya bu barədə məlumat verin.
Flukonazol preparatının istifadəsi unudularsa
Tabletin qəbulu unudulduqda, həmin gün xatırlayan kimi onu dərhal qəbul edin. Növbəti dozanın
vaxtı yaxınlaşdıqda, gözləyin, unudulmuş dozanı qəbul etməyin. Unudulmuş dozanı əvəz etmək
üçün ikiqat doza istifadə edilməməlidir.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, bu dərman da hamıda olmasa da əlavə təsirlərin yaranmasına səbəb ola
bilər.
Ciddi allergik reaksiyalar nadir olsa da, bir neçə allergik reaksiya halı bildirilmişdir. Aşağıdakı
simptomlardan biri yarandıqda dərhal həkimə məlumat verin.
˗ Xırıltı, nəfəs almaqda çətinlik və ya sinədə sıxılma,
˗ göz qapaqlarının, üzün və ya dodaqların ödemi,
˗ bədənin hər yerində qaşınma, dəridə qızartı və ya qaşınan qırmızı ləkələr,
˗ dəri səpgiləri,
˗ ağır dəri reaksiyaları- suluqlara səbəb olan səpgilər (ağız və dildə yarana bilər).
Flukonazol preparatı qaraciyərə təsir edə bilər. Qaraciyər pozğunluğu simptomlarına aşağıdakılar
aiddir:
˗ yorğunluq,
˗ iştahsızlıq,
˗ qusma,
˗ dəri və ya göz ağlarının saralması (sarılıq).
Flukonazol böyrəküstü vəzilərinin hasil edən steroid hormonlarının səviyyəsinə təsir edə bilər.
Böyrəküstü vəzi problemlərinin simptomlarına aşağıdakılar aiddir:
˗ yorğunluq,
˗ əzələ zəifliyi,
˗ iştahsızlıq,
˗ bədən çəkisinin itkisi,
˗ abdominal ağrı.
Bunlardan biri baş verdikdə, Flukonazol preparatının qəbulunu dayandırın və dərhal həkimlə
əlaqə saxlayın.
Digər əlavə təsirlər
Aşağıdakı əlavə təsirlər yarandıqda və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə
təsirlə qarşılaşsanız, bu barədə həkimə, və ya əczaçıya məlumat verin.
Tez-tez baş verən əlavə təsirlər (hər 10 pasiyentdən 1-i təsir edə bilər):
˗ baş ağrısı,
˗ mədədə narahatlıq, ishal, ürəkbulanma, qusma,
˗ qaraciyər funksiyasının qanda təyini testlərinin nəticələrinin artması,
˗ səpgi.
Bəzən baş verən əlavə təsirlər (100 pasiyentdən 1-ə qədər təsir edə bilər):
˗ dərinin solğunlaşmasına və zəifliyə və ya təngənəfəsliyə səbəb olan qırmızı qan
hüceyrələrinin azalması,
˗ iştahanın azalması,
˗ yuxusuzluq, yuxululuq,
˗ qıcolmalar, başgicəllənmə, vertiqo, paresteziya, sancma və ya uyuşma, dad dəyişiklikləri,
˗ qəbizlik, dispepsiya, meteorizm, ağızda quruluq,
˗ əzələ ağrısı,
˗ qaraciyərin zədələnməsi və dərinin və gözlərin saralması (sarılıq), xolestaz, bilirubinin
səviyyəsinin artması,
˗ suluqlar, qabarıcıqlar (övrə), qaşınma, həddindən artıq tərləmə, dərman səpgisi,
˗ yorğunluq, ümumi halsızlıq, asteniya, qızdırma.
Nadir əlavə təsirlər (1000 pasiyentdən 1-ə qədər təsir edə bilər):
˗ leykositlərin və trombositlərin səviyyəsinin azalması,
˗ trombositlərin sayının azalması nəticəsində dərinin qırmızı və ya bənövşəyi rəngdə
olması, digər qan hüceyrələrinin dəyişiklikləri, aqranulositoz, neytropeniya,
˗ anafilaksiya,
˗ qanın kimyavı göstəricilərinin dəyişiklikləri (qanda xolesterin və yağların yüksək
səviyyələri),
˗ kalium səviyyəsinin azalması,
˗ tremor,
˗ elektrokardioqramma (EKQ) dəyişiklikləri, torsade de pointes, Qt intervalının uzanması,
ürək döyüntülərinin sayı və ya ürək ritmində dəyişikliklər,
˗ qaraciyər çatışmazlığı, hepatosellülyar nekroz, hepatosellülyar zədələnmə,
˗ bədəndə geniş yayılmış səpgilər və dərinin soyulması, ağır dəri reaksiyaları, dodaqların
və ya üzün ödemi daxil olmaqla allergik reaksiyalar (bəzən ağır (angioödem)), toksik
epidermal nekroliz, Stivens-Conson sindromu, kəskin yayılmış ekzantematoz pustulyoz,
eksfoliativ dermatit,
˗ saçların tökülməsi.
Məlum deyil
- DRESS sindrom.
Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkimə,
və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Tövsiyə olunduğundan çox kapsulun qəbulu narahatlıq yarada bilər. Dərhal həkimə və ya ən
yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət edin. Doza həddinin aşılması simptomlarına
həqiqi olmayan şeyləri eşitmə, görmə, hiss etmə və düşünmə (halüsinasiya və paranoidal
davranış) aid ola bilər. Simptomatik müalicə (dəstəkləyici tədbirlər və lazım olduqda mədənin
yuyulması) tövsiyə olunur.
Buraxılış forması
1 kapsul, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.