Pharmed

REOSORBILAKT 400ML SISTEM

RHEOSORBILACT

 

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibinə 60,0 mq sorbitol, 19,0 mq natrium laktat (100% 
 maddə hesabı ilə), 6,0 mq natrium xlorid, 0,1 mq kalsium xlorid dihidrat 
 (kalsium xlorid hesabı ilə), 0,3 mq kalium xlorid, 0,2 mq maqnezium xlorid 
 heksahidrat (maqnezum xlorid hesabı ilə) vardır.
Köməkçi maddələr:inyeksiya üçün su.

 

Təsviri

Şəffaf, rəngsiz mayedir.
Nəzəri osmolyarlığı 891 mOsm/l; pH 6,0-7,6; ion tərkibi: 1ml preparatın tərkibinə 272,20 mmol
Na+
, 4,02 mmol K+, 0,90 mmol Ca++, 2,10 mmol Mg++, 112,69 mmol Cl-
, Lac- 169,55 mmol.

 

Farmakoterapevtik qrupu

Eketrolit balansına təsir göstərən məhlullar. Digər preparatlarla kombinasiyada elektrolitlər.

 

ATC kodu: B05BB04.

 

Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası

Reosorbilakt® reoloji, şokəleyhinə, dezintoksikasiyaedici, qələviləşdirici və bağırsağın peris-
taltikasını stimullaşdırıcı təsirlərə malikdir. Preparatın əsas farmakoloji aktiv maddələri 
sorbitol və natrium laktatdır. Sorbitol qaraciyərdə əvvəl fruktozaya çevrilir ki, bu da, sonra 
qlükozaya və daha sonra qlikogenə çevrilir. Sorbitolun bir hissəsi təcili enerji ehtiyacı üçün 
istifadə edilir, digər hissəsi isə ehtiyat kimi qlikogen şəklində toplanır. Sorbitolun izotonik 
məhlulu dezaqreqat təsirə malik olub, toxumaların perfuziya və mikrosirkulyasiyasını yax-
şılaşdırır.
Bikarbonat məhlulundan fərqli olaraq natrium laktat vasitəsilə metabolik asidozun korreksiyası 
onun maddələr mübadiləsinə qoşulması ilə tədricən keçir, pH-ın kəskin dəyişiklikləri baş 
vermir. Natrium laktatın təsiri yeridilmədən 20-30 dəqiqə sonra yaranır.
Natrium xlorid rehidratasiyaedici təsirə malikdir, müxtəlif patoloji hallarda natrium və xlor 
ionlarının çatışmazlığını aradan qaldırır.
Kalsium xlorid kalsium ionlarının çatışmazlığını aradan qaldırır. Kalsium ionları sinir impuls-
larının keçirmə prosesinin baş verməsi, skelet və saya əzələlərin yığılması, miokardın fəaliyyəti, 
sümük toxumasının formalaşması, qanın laxtalanması üçün lazımıdır. Hüceyrələrin və damar 
membranların keçiciliyini azaldır, iltihabı reaksiyaların əmələ gəlməsinin qarşısını alır, 
infeksiyalara qarşı orqanizmin müqavimətini artırır.

Kalium xlorid su-elektrolit balansını bərpa edir. Mənfi xrono- və batmatrop təsir, yüksək 
dozalarda mənfi ino- , dromotrop və mülayim diuretik təsirlər göstərir. Sinir impulslarının 
keçirmə prosesində iştirak edir. Asetilxolinin səviyyəsini artırır və vegetativ sinir sisteminin 
simpatik hissəsinin oyanıqlığına gətirir. Əzələ distrofiyası və miasteniya zamanı skelet 
əzələlərinin yığılmasını yaxşılaşdırır.

 

Farmakokinetikası

Sorbitol ümumi metabolizmə tez qatılır, onun 80-90%-i qaraciyərdə utilizasiya edilir və 
qlikogen şəklində, 5%-i beyin toxumalarında, ürək əzələsində və skelet əzələlərində toplanır. 
6-12%-i sidiklə xaric olunur. Qan damarına yeridilərkən natrium laktatdan natrium, CO2 və H20 
azad olur ki, bu da, bikarbonat natrium əmələ gətirir, bunun nəticəsində qanın qələvi ehtiyatının 
artmasına səbəb olur. Yeridilmiş natrium laktatın, yalnız yarısı aktiv hesab edilir (izomer L), 
digər hissəsi isə (izomer D) metabolizmə uğramır və sidiklə xaric olur.
Natrium xlorid, yalnız dövr edən qan həcmini müvəqqəti artıraraq, qan dövranından tez xaric 
olur. Diurezi gücləndirir.

 

İstifadəsinə göstərişlər 

Travmatik, cərrahi, hemolitik, toksik və yanıq şokun müalicə və profilaktikası məqsədi ilə kapil-
yar qan dövranının yaxşılaşması üçün, kəskin qanaxmalar, yanıq xəstəliyi; intoksikasiya ilə mü-
şayiət edilən infeksion xəstəliklər, xroniki hepatitin kəskinləşməsi; sepsis; əməliyyata hazırlıq
üçün və əməliyyatdan sonraki dövr; tromboz, tromboflebit, endarteriit, Reyno xəstəliyinin profi-
laktikası məqsədi ilə arterial və venoz qan dövranının yaxşılaşması üçün.

 

Əks göstərişlər 

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Reosorbilakt® preparatını alkoloz 
zamanı, eləcə də, böyük maye həcmlərinin yeridilməsinə əks göstərişlər olduğu hallarda (beyinə 
qansızma, tromboemboliya, ürək-damar dekompensasiyası, III dərəcəli arterial hipertenziya, 
ürəyin dekompensasiyalı qüsuru, terminal böyrək çatışmazlığı), susuzlaşma, oliquriya zamanı 
istifadə etmək olmaz.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparat qanda turşu-qələvi vəziyyətinin və elektrolitlərin, qaraciyərin vəziyyətinin və arterial 
təzyiqin göstəricilərinə nəzarət etməklə istifadə edilir. Kalkulyoz xolesistiti olan pasiyentlərə 
ehtiyatla yeridilir.
Preparatın tərkibində sorbit vardır, bu səbəbə görə fruktozaya qarşı dözümsüzlük kimi nadir irsi 
xəstəlikdən əziyyət çəkən pasiyentlərdə preparatdan istifadə etmək olmaz.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Digər dərman vasitələri üçün həlledici-daşıyıcı məhlul kimi istifadə etmək olmaz.
Uyuşmazlıq
Reosorbilakt® preparatını fosfat- və karbonattərkibli məhlullarla qarışdırmaq olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə əks göstərişlər üzrə məlumat yoxdur.

 

Pediatriyada istifadəsi

Uşaqlarda istifadə təcrübəsi barədə kifayət qədər məlumat yoxdur.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə 
təsiri

Preparat stasionar şəraitdə istifadə edildiyi üçün bu təsiri barədə məlumat yoxdur.

 

İstifadə qaydası və dozası

Reosorbilakt® böyüklərə venadaxili damcı üsulu ilə 40-60 damcı/dəqiqə sürətlə yeridilir. Ehtiyac 
olduğu halda preparatın şırnaq üsulu ilə yeridilməsi 30 damcı/dəqiqə sürətlə damcı üsulu ilə

yeritmə yolu ilə keçirilmiş testdən sonra mümkündür. 15 damcı yeridildikdən sonra preparatın 
infuziyası dayandırılır, reaksiya olmadığı hallarda Reosorbilakt® 3 dəqiqən sonra şırnaq üsulu ilə 
yeridilir.
Travmatik, cərrahi əməliyyatdan sonraki, hemolitik və yanıq şok zamanı böyüklərə birdəfəlik 
600-1000 ml (10-15 ml/kq pasiyentin bədən çəkisinə) və təkrar 600-1000 ml (10-15 ml/kq 
pasiyentin bədən çəkisinə) əvvəlcə şırnaq, sonra damcı üsulu ilə yeridilir. Xroniki hepatit zamanı 
böyüklərə 400 ml (6-7 ml/kq bədən çəkisinə) damcı üsulu ilə təyin edilir. Kəskin qanaxmalar 
zamanı 1500-1800 ml (25 ml/kq bədən çəkisinə qədər).Belə hallarda preparatın infuziyasını 
hospitalönü mərhələdə xüsusiləşdirilmiş tibbi yardım maşınında keçirmək məsləhət görülür. 
Müxtəlif cərrahi əməliyyatlardan əvvəlki və sonraki dövrlərdə 3-5 gün ərzində 400 ml (6-7 ml/kq 
bədən çəkisinə) damcı üsulu ilə təyin edilir.Qan damarlarının trombobliterasiyaedici 
xəstəliklərində 8-10 ml/kq bədən çəkisinə hesabla damcı üsulu ilə yeridilir, bir gündən sonra 
təkrar yeridilir, müalicə kursu 10 infuziyalara təşkil edir.

 

Əlavə təsirləri

Immun sistedə baş verən pozğunluqlar: anafilaktoid reaksiyalar, angionevrotik ödem, 
hipertermiya.
Kardial poğunluqlar: arterial təzyiqin yüksəlməsi və ya enməsi, taxikardiya, təngnəfəslik,
akrosianoz.
Nevroloji pozğunluqlar: tremor, başağrısı, başgicəllənmə, ümumi zəiflik.
Dəri və dərialtı toxumalarda baş verən dəyişikliklər: dəri səpgiləri, övrə, qaşınma.
Ümumi pozğunluqlar: ağrı və yanma hissi daxil olmaqla, yeridilmə nahiyəsində dəyişikliklər.

 

Doza həddinin aşılması

Alkaloz əlamətləri yaranır ki, bu da, preparatın dərhal ləğv olunması zamanı öz-özünə tez keçib 
gedir, bəzən kollaps, susuzlaşma (diurezin güclənməsi hesabına) əmələ gəlir.Yeritmə sürəti 
artırıldıqda, taxikardiya, arterial təzyiqin yüksəlməsi, təngnəfəslik, başağrısı, sinə arxasında və 
qarın nahiyəsində ağrılar mümkündür. Göstərilən simptomlar preparatın ləğv olunması və ya 
məhlulun sürətinin xeyli azaldılması zamanı öz-özünə tez keçib gedir.

 

Buraxılış forması

200 ml və ya 400 ml məhlul, flakonda. Müəyyən sayda flakon müvafiq sayda içlik vərəqə ilə 
birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

25º C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 
Dondurmaq olmaz.

 

Yararlılıq müddət

2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı

“Yuriya-Farm” MMC.
Ünvan
Ukrayna, 18030, Çerkassı ş., Verbovetskiy k., 108.
Tel.:/Faks: (044) 281-01-01.