Pharmed
RENGALIN 100ML SUSP RUS
RENQALİN, daxilə qəbul üçün homeopatik məhlul
RENQALİN tərkibi
Təsiredici maddələr:100 ml məhlulun tərkibində vardır: bradikininə qarşı affin təmizlənmiş antitel 0,12 q*, histaminə qarşı affin təmizlənmiş antitel 0,12 q*, morfinə qarşı affin təmizlənmiş antitel 0,12 q*.
İstifadəsinə göstərişlər
Renqalin böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda göstərişdir. Qrip və KRVİ zamanı produktiv və qeyri-produktiv öskürək, kəskin faringit, larinqotraxeit, kəskin obstruktiv laringit, xroniki bronxit və yuxarı və aşağı tənəffüs yollarının digər infeksioniltihabi və allergik xəstəlikləri.
Əks göstərişlər
3 yaşa qədər uşaqlar. Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Fruktozaya qarşı irsi dözümsüzlük (tərkibində maltitol olduğu üçün).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Renqalin preparatının hamilə qadınlarda və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Hamiləlik və laktasiya dövründə preparat, yalnız ana üçün gözlənilən fayda dölə və uşağa olan potensial riskdən üstün olduğu halda istifadə edilir. Fayda/risk nisbəti həkim tərəfindən müəyyən edilir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Öyrənilməyib.
RENQALİN istifadə qaydası və dozası
Daxilə qəbul edilir. Yemək vaxtı olmamaq şərtilə bir qəbula 1-2 çay qaşığı (5-10 ml) təyin edilir.Preparatın maksimal effekt verməsi üçün məhlulu udmazdan əvvəl ağızda saxlamaq tövsiyə edilir. Sutkada 3 dəfə 1-2 çay qaşığı istifadə olunur. Pasiyentin vəziyyətinin ağılıq dərəcəsindən asılı olaraq, ilk 3 gün qəbulun tüzliyi sutkada 4-6 dəfəyə qədər artırıla bilər.
Terapiyanın müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır və həkim tərəfindən müəyyən edilir.