PharmEd

Materia Medika

Rengalin

RENQALİN homeopatik sorma tablatlər
RENGALIN

 


Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.


 Renqalin Tərkibi


Təsiredici maddə: 1 tabletin tərkibində vardır:
bradikininə qarşı affin təmizlənmiş antitel 0,006 q*,
histaminə qarşı affin təmizlənmiş antitel 0,006 q*,
morfinə qarşı affin təmizlənmiş antitel 0,006 q* vardır.
Köməkçi maddələr:izomalt, mikrokristallik sellüloza, maqnezium stearat, susuz limon turşusu,
natrium siklamat, natrium saxarin.
*müvafiq olaraq 10012, 10030, 10050 dəfə durulaşdırılmış üç aktiv maddənin
sulu-spirtli substansiyanın qarışığı şəklində izomaltın üzərinə çəkilir.


Təsviri
Yastısilindrik formalı, iti kənarlı, bir yastı tərəfində xətti olan, bütöv kənarlı, ağ və ya demək olar
ki, ağ tabletlərdir. Tabletin xətt olan yastı tərəfində MATERIA MEDICA, digər yastı tərəfində
RENGALIN yazısı həkk edilmişdir.


Farmakoterapevtik qrupu
Digər öskürəkəleyhinə preparatlar.
АТC kodu: R05DB.


Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası

Eksperimantal olaraq göstərilmişdir ki, preparatın komponentləri endogen tənzimləyicilərin
müvafiq reseptorlarla liqand-reseptor qarşılıqlı təsirinin aktivliyini modifikasiya edir: morfinə
qarşı antitel-opiat reseptorlarla; histaminə qarşı antitel-H1-histamin reseptorları ilə; bradikininə
qarşı antitel-B1-bradikinin reseptorları ilə; bu zaman komponentlərin birlikdə istifadəsi
öskürəkəleyhinəeffektin güclənməsinə səbəb olur.
Oskürəkəleyhinə təsirdən başqa kompleks preparat tərkibinə daxil olan komponentlərin hesabına
iltihabəleyhinə, ödeməleyhinə, antiantiallergik, spazmolitik (histaminə qarşı antitel, bradikininə
qarşı antitel) və analgeziyaedici təsir (morfinə qarşı antitel) göstərir.
Kompleks preparatı olan Renqalin H1-reseptorların histamindən-asılı aktivləşməsinin və B2-
reseptorların bradikinindən-asılı aktivləşməsinin modifikasiyası hesabına seçici şəkildə uzunsov
beyində öskürək mərkəzinin oyanıqlığını azaldır, öskürək refleksinin mərkəzi hissəsini
tormozlayır. Talamusda ağrı həssaslığının mərkəzlərini tormozlayaraq, ağrı impulslarının baş
beyin qabığına ötürülməsini bloka edir. Toxuma və plazma alqogenlərinin (histamin, bradikinin,
prostaqlandinlər və s.) azad olmasını azaltmaqla, periferiyadan ağrı impulslarının axınını inhibə
edir. Narkotik analgetiklərdən fərqli olaraq, tənəffüsün zəifləməsinə, dərman asılılığına səbəb
olmur, narkogen və yuxugətirici təsirə malik deyil.

Bronxospazmı azaldaraq, kəskin faringitin, laringitin və bronxitin təzahürünü yüngülləşdirir.
Histaminin və bradikininin sintezinə və tosqun hüceyrələrdən azad olmasına təsir göstərərək,
allergik reaksiyaların sistem və yerli simptomlarını aradan qaldırır.


Farmakokinetikası
Müasir fiziki-kimyəvi analiz üsullarının (qaz-maye xromatoqrafiyası, yüksək effektli maye
xromatoqrafiyası, xromato-kütlə-spektrometriya) həssaslığı bioloji mayelərdə, orqan və
toxumalarda Renqalin preparatının təsiredici maddələrinin miqdarını qiymətləndirməyə imkan
vermir ki, bu da texniki cəhətdən farmakokinetikanı öyrənməyə imkan vermir.


 Renqalin İstifadəsinə göstərişlər


Renqalin böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda göstərişdir.
Qrip və KRVİ zamanı produktiv və qeyri-produktiv öskürək, kəskin faringit, larinqotraxeit,
kəskin obstruktiv laringit, xroniki bronxit və yuxarı və aşağı tənəffüs yollarının digər infeksion-
iltihabi və allergik xəstəlikləri.


Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Effektivliyi və təhlükəsizliyi üzrə
kifayət qədər məlumat olmadığı üçün 3 yaşadək uşaqlarda Renqalinin istifadəsi məsləhət
görülmür.


Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Renqalin preparatını qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hazırkı dövrə qədər digər dərman vasitələrilə uyuşmazlığı halları qeyd edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Renqalin preparatının hamilə qadınlarda və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi
öyrənilməmişdir. Preparatın istifadəsinə ehtiyac olduqda, “fayda-risk” nisbətini nəzərə almaq
lazımdır.


Pediatriyada istifadəsi
Effektivliyi və təhlükəsizliyi üzrə kifayət qədər məlumat olmadığı üçün Renqalinin 3 yaşa qədər
uşaqlarda istifadəsi məsləhət görülmür.


Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Renqalin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək
qabiliyyətinə təsir etmir.


Renqalin İstifadə qaydası və dozası


Tabletin üzərində olan xətt onu hissələrə bölmək üçün nəzərdə tutulmayıb.
Daxilə qəbul edilir. Bir qəbula 1 tablet istifadə edilir (tam sorulana qədər ağızda saxlamaq
lazımdır). Yemək vaxtı olmamaq şərtilə sutkada 3 dəfə 1-2 tablet qəbul edilir. Pasiyentin ağırlıq
dərəcəsindən asılı olaraq, ilk 3 gün qəbul tezliyi sutkada 4-6 dəfəyə qədər artırıla bilər.
Terapiyanın müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır və həkim tərəfindən müəyyən edilir.


Əlavə təsirləri
Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq reaksiyaları mümkündür.

Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı preparatın tərkibinə daxil olan köməkçi maddələrlə əlaqədar
dispepsik təzahürlərin yaranması mümkündür.

Buraxılış forması
Homeopatik sorma tabletlər.
10 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 2
konturlu-yuvalı qablaşdırma, içlikvərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
 

Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
 

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
 

İstehsalçı
SPC Materia Medica Holding LLC, Russian Federation.
Russia Federation , Chelyabinsk, Buguruslanskaya Street, 54.


Qeydiyyat vəsiqəsinin sahibi/İstehlakçılardan iradları qəbul edən təşkilat
SPC Materia Medica Holding LLC, Russian Federation.
127473, 3rd Samotyochniy per., 9, Moscow, Russia Federation.
Tel.:/Faks: +7 (495) 684-43-33.
Qaynar xətt telefonları: +7 (495) 681-09-30; +7 (495) 681-93-00. E-mail:
hotline@materiamedica.ru
Azərbaycan Respublikası ərazisində iradları qəbul edən təşkilat
“Materia Medika Holdinq “EİŞ” MMC nümayəndəliyi.
Azərbaycan Respublikası, AZ 1025, Bakı ş., Xətai r., Nobel pr., ev 15, məhəllə 1212.
Tel.: +994 12 4886892.
E-mail: az@materiamedica.ru