
Remedi
Remenol
Remenol®
Tərkibi:
Təsiredici maddə: L-Metilfolat 400 mkq
Köməkçi maddələr:
Mikrokristalliksellüloza(E460), Laktoza monohidrat, Polivinilpirolidon(E201), Natrium Glükonat, Natrium Florid
Bioloji fəalliğa malik qida əlavəsidir.
DƏRMAN VASİTƏSİ DEYİLDİR!
Remenol®
L-Metilfolat(Metilfolat və ya 5-Metiltetrahidrofolat)-B9 (folat) vitaminin bioloji aktiv formasıdır. L-Metilfolat orqanizmdə baş beyin və sinir sistemi sağlığını təmin etməklə bərabər, orqanizmdə iki əsas funksiyani yerinə yetirir-Neyrotransmitter funksiyası və önəmli bir ferment tənzimləyicisi olan SAME(s-adenosylmetioninə) yaranması. B12(Kobalamin) vitamini ilə bərabər orqanizmdə qan yaranma prossesində iştirak edir. Bilindiyi kimi Fol turşusu əsasən vitamin dəstəklərində və qidaya qatqı olaraq əlavə olunan sintetik formada olan “B qrupu” vitaminidir. Orqanizm fol turşusunu L-MTHF formuna çevirə bilmirsə, fol turşusu orqanizm üçün faydasiz olur. Fol turşusundan fərqli olaraq L-MTHF orqanizmdə hüceyrə membranindan asanlıqla keçərək mühüm funksiyalari yerinə yetirir. Hamiləlik dönəmində L-MTHF qəbulu anadan olacaq uşaqda nevroloji qüsurlarin aradan qaldırılmasına kömək edir.
Əks göstərişlər
-Preparatın hər hansı komponentinə qarşı fərdi hiperhəssaslıq.
-Hamiləlik və laktasiya dövründə həkim məsləhəti ilə qəbul olunmalıdır.
Xüsusi göstərişlər
Böyrək və qaraciyər çatışmamazlığı.
Əlavə təsirlər
Allergik reaksiyalar, nəfəs darlığı, müxtəlif ölçülü səpkilər.
Qeyd olunan hallardan hər hansı biri ilə qarşılaşsanız mütləq həkiminizə müraciət edin.
İstifadə qaydası və dozalanma
Remenol® ağızda dilaltı qəbul olunur.
Dilaltında tamamilə əriməsi gözlənilməlidir.
Böyüklər 1 tablet gündə 1 dəfə
Həkim məsləhəti olmadan tövsiyə olunan doza həddinin aşılması məsləhət görülmür.
Saxlanma şəraiti
250 C-dən yuxarı olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlıq müddəti
3 il
Buraxılış forması
Remenol ® N 60 ağızda əriyən tabletlər.
İstehsalçı:
KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sag. Paz. İth. İhr. San. Tic. Ltd. Şti./KOC
PHARMACEUTİCALS CO.LTD.
Adres/Adress:Macun Mah.Erciyes İsyerleri Sitesi 196.Cad.No:21.Yenimahalle/
ANKARA/TÜRKİYYE Tel: +90 312 397 65 70 / Fax: +90 312 397 88 75
www.kocilac.com / info@kocilac.com
İşletme kayıt No/ Company Registration Number : TR-06-K-004366