Pharmed
REMAKSOL 400ML SISTEM
REMAKSOL
REMAKSOL Tərkibi
Təsiredici maddələr: 1 litr məhlulun tərkibində 5,28 q kəhrəba turşusu, 8,725 q meqlumin (N-metil-
qlükamin), 2 q inozin (riboksin), 750 mq metionin, 250 mq nikotinamid vardır.
Köməkçi maddələr: natrium xlorid, kalium xlorid, maqnezium xlorid heksahidrat, natrium hidrok-
sid, inyeksiya üçün su.
Farmakoterapevtik qrupu
Metobolik vasitələr.
ATC kodu: A05BA.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
İnfuziya üçün hepatoprotektor təsirə malik balanslaşdırılmış məhlul.
Preparatın təsiri nəticəsində anaerob proseslərin aerob proseslərə keçməsi sürətlənir, hepatositlərin enerji təminatı
yaxşılaşır, makroergik birləşmələrin sintezi artır, hepatosit membranların lipidlərin peroksid oksidləşməsinə qarşı
davamlığı yüksəlir, antioksidant müdafiə fermentlərinin aktivliyi bərpa edilir. Remaksol sitolizi azaldır, bu isə ALT
və AST indikator fermentlərin azalması ilə özünü büruzə verir.
Remaksol bilirubinin və onun fraksiyalarının azalmasına səbəb olur, sərbəst bilirubinin ödə ekskresiyasını
yaxşılaşdırır. Hepatositlərin ekskretor fermentlərin - QQT və QF aktivliyini azaldır, xolesterinin öd turşularına
oksidləşməsinə səbəb olur.
Farmakokinetikası:
Damcı üsulu ilə venadaxili yeritmə zamanı preparatın tərkibindəki təbii komponentlər orqanizmin toxumalarında tez
paylanır, praktiki olaraq tez utilizasiya olunur.
Metabolizmin məhsulları sidiklə xaric olunur və orqanizmdə yığılmır.
İstifadəsinə göstərişlər
- Qaraciyərin kəskin və ya xroniki zədələnməsi nəticəsində (toksik, alkoqol, dərman hepatitləri);
- virus hepatitlərin kompleksli müalicəsində (etiotrop müalicəyə əlavə kimi).
Əks göstərişlər
- Preparatın komponentlərinə qarşı fərdi dözümsüzlük.
- hamiləlik;
- laktasiya dövrü;
- uşaqlar;
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Venadaxili istifadə olunan digər dərman vasitələri ilə bir flakonda qarışdırmaq məsləhət görülmür.
Ehtiyatla: nefrolitiaz, podaqra, hiperurekimiya.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Venadaxili istifadə olunan digər dərman vasitələri ilə bir flakonda qarışdırmaq məsləhət görülmür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat hamiləlik və laktasiya dövründə əks göstərişdir.
REMAKSOL İstifadə qaydası və dozası
Remaksol xəstəliyin ağırlığından asılı olaraq 400ml-dən 800ml-ə qədər sutkalıq dozalarla 3-12 gün ərzində yalnız
damcı üsulu ilə venadaxili yeridilir. Venadaxili yeritmə sürəti dəqiqədə 40-60 damcı (2-3 ml).
Doza həddinin aşılması
Preparatla doza həddinin aşılması barədə məlumat yoxdur.
Əlavə təsirləri
Məhlulu sürətlə yeritdikdə - dəri örtüklərinin müxtəlif dərəcəli hiperemiyası, istilik hissi, boğazda qıcıqlanma,
ağızda quruluq (preparatın ləğv olunması tələb edilmir).
Allergik reaksiyalar ehtimalı, yəni səpgilər və dəridə qaşınma ola bilər (antihistamin preparatların istifadəsi ilə
aradan qaldırılır).
Nadir hallarda – ürəkbulanma, başağrısı və başgicəllənmə.
Orqanizmdə preparatla aerob proseslərin aktivləşməsi nəticəsində qanda qlükozanın konsentrasiyasının azalması və
sidik turşusunun səviyyəsinin artması mümkündür.
Buraxılış forması
400 ml məhlul, şüşə flakonda. 1 flako, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.