Pharmed

Relif advans 200/30 mq 28,4 qr məlhəm

RELİF ADVANS rektal məlhəm
RELIEF ADVANCE

 


Beynalxalq patentləşdirilməmiş adı: Benzocaine

 

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 200 mq benzokain vardır.
Köməkçi maddələr: açıq rəngli mineral yağ, ağ vazelin, propilenqlikol, metilparahidroksibenzoat 
 (Е218), propilparahidroksibenzoat (Е216), sorbitan stearat.

 

Farmakoterapevtik qrupu

Babasilin və anal çatların müalicəsində yerli istifadə üçün vasitə. Yerli anestetiklər.

 

İstifadəsinə göstərişlər

Babasil zamanı, anal çatlarda, proktoloji əməliyyatlardan sonrakı dövrdə; diaqnostik 
manipulyasiyalar zamanı yerli ağrıkəsici vasitə kimi.

 

Əks göstərişlər

Preparatın inqredientlərinə, həmçinin diqər amid tipli anestetik vasitələrə qarşı yüksək həssaslıq,
tromboemboliya (həmçinin keçirilmiş), qranulositopeniya.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadə etmək məsləhət görülmür. 

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri 
haqqında məlumat yoxdur.

 

İstifadə qaydası və dozası

Preparat gigiyenik prosedurlardan sonra istifadə etdilməlidir. Applikatorun qoruyucu başlığı 
çıxardılır. Applikator tuba goşulur və applikatoru yağlamaq üçün bir qədər məlhəm çıxardılır. 
Məlhəm gündə 4 dəfəyə qədər (səhər, gecə və hər bağırsaq boşalmasından sonra) zədələnmiş 
nahiyəyə anal çıxışın xaricinə və ya daxilinə ehtiyatla applikator vasitəsilə sürtülür. Hər istifadədən 
sonra applikatoru yumaq və qoruyucu başlığa yerləşdirmək lazımdır. 12 yaşa qədər uşaqlarda 
istifadəsi həkimin göstərişi ilə olmalıdır.

 

Buraxılış forması 

28,4 q məlhəm, tubda. 1 tub applikatorla və içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

25ºC-dən yuksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

2 il. 
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı

Famar S.A.
63, Ag. Dimitrou str., 17456 Alimos, Athens, Yunanıstan.

 

Qeydiyyat vəsiqəsinin ahibi

Bayer Konsumer Keya AG.
Peter Merian-Ştrasse 84, 4052 Basel, İsveçrə.