Pharmed
RELIF 2,5/30MG 28,4GR MELHEM
RELİF
Beynalxalq patentləşdirilməmış adı: Phenylephrine hydrochloride
RELİF Tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 2,5 mq fenilefrin hidroxlorid vardır.
Köməkçi maddələr: mineral yağ, vazelin, metilparahidroksibenzoat (Е218),
propilparahidroksibenzoat (Е216), susuz lanolin, benzoy turşusu (Е210),
qarğıdalı yağı, qliserol, lanolin spirtləri, bərk parafin (58/60), kəklikotu yağı,
vitamin E, ağ mum, təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Babasilin və anal çatların müalicəsində xaricə istifadə üçün digər vasitələr.
АТС kodu: С05АХ.
Farmakoloji xüsusiyyətləri
Fenilefrin hidroxlorid α-adrenomimetikdir, yerli damardaraldıcı təsir göstərir, anorektal nahiyənin
ekssudasiyasını, toxumaların şişkinliyini, qaşınmanı azaldır.
İstifadəsinə göstərişlər
Babasilin, anal çatların, anal qaşınmaın müalicəsində simptomatik vasitə kimi.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, ağır arterial hipertenziya, ürək ritminin
taxisistolik pozuntuları, kompensasiya olunmayan ürək catışmazlığı, ürək keciriciliyinin pozuntuları,
ağır böyrək və/və ya qaraciyər catışmazlığı, tireotoksikoz, kəskin pankreatit, tromboemboliya
(həmcinin əvvəl kecirilmiş), qranulositopeniya, monoaminooksidazanı (MAO) inhibə edən
preparatlarla birlikdə və ya MAO-nu inhibə edən preparatlarla müalicənin bitməsindən 14 gün sonra
istifadəsi.
Xüsusi ğöstərişlər və ehtiyat tədbirləri
Arterial hipertenziyalı, ürək-damar xəstəlikləri, qalxanvari vəzin xəstəlikləri, bağlıbucaqlı qlaukoma,
şəkərli diabet, qaraciyər, mədəaltı vəzi xəstəlikləri, sidik ifrazatı pozuntuları (məs., prostat vəzinin
hiperplaziyası) olan pasiyentlərdə dərman vasitəsini yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə
etməli, müalicə zamanı həkim nəzarətində olmalıdır.
Preparatı təyin etməzdən əvvəl həkim diqər simpatomimetik vasitələrə qarşı allergik reaksiyalar da
daxil olmaqla allergik anamnezi dəqiqləşdirməlidir.
Anal kanaldan ciddi qanaxmalarda və ya istifadədən sonra terapevtik effekt olmazsa, həkimlə
məsləhətləşmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparat digər damardaraldıcı vasitələrlə eyni zamanda istifadə edilməməlidir (yeritmə üsulundan
asılı olmayaraq), eləcə də antihipertenziv dərman vasitələri ilə (β-adrenoblokatorlarla). Atropin
sulfat, fenilefrin tərəfindən törədilən reflektor bradikardiyanı aradan qaldırır və ona olan vazopressor
reaksiyanı artırır. Fenilefrinlə β-adrenoblokatorların eyni vaxtda qəbulu arterial hipertenziya və ürək
blokadası mümkün ola bilən bradikardiyaya gətirə bilər.
Relif dərman vasitəsinin qalxanabənzər vəzi hormonları ilə, ürək keciriciliyinə təsir edən (ürək
qlikozidləri, antiaritmik vasitələr) preparatlarla birgə qəbulu zamanı ehtiyatlı olmaq lazımdır. Kalium
ifrazına səbəb olan preparatlarla (məsələn, furosemid kimi diuretiklər) eyni vaxtda qəbulu
hipokaliemiyanın artmasına və fenilefrin kimi vazopressor preparatlara qarşı həssaslığın azalmasına
səbəb ola bilər.
Fenilefrin və digər simpatomimetik preparatlarla birlikdə istifadə mərkəzi sinir sisteminin əlavə
stimullaşdırılmasına səbəb ola bilər və bu da oyanıqlıq, əsəbilik, yuxusuzluq, hətta qıcolma tutmaları
ilə müşayiət oluna bilər.
Relif dərman vasitəsini MAO inhibitorları ilə eyni zamanda və ya müalicəni dayandırdıqdan sonra
14 gün ərzində istifadə etməyin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə dərman vasitəsinin istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Sinir sistemində yarana bilən əlavə təsirləri nəzərə alaraq, ehtiyatlı olmaq məsləhət görülür.
RELİF İstifadə qaydası və dozası
Preparat gigiyenik prosedurlardan sonra istifadə edilməlidir. Applikatorun qoruyucu başlığı
çıxardılır. Applikator tuba goşulur və applikatoru yağlamaq üçün bir qədər məlhəm çıxardılır.
Məlhəm gündə 4 dəfəyə qədər (səhər, gecə və hər bağırsaq boşalmasından sonra) zədələnmiş
nahiyəyə anal çıxışın xaricinə və ya daxilinə ehtiyatla applikator vasitəsilə sürtülür. Hər istifadədən
sonra applikatoru yumaq və qoruyucu başlığa yerləşdirmək lazımdır. 12 yaşa qədər uşaqlarda
istifadəsi həkimin göstərişi ilə olmalıdır.
Böyüklərdə və 12 yaşdan yuxarı olan uşaqlarda babasilin özünü müalicəsi üçün istifadə olunan doza
gündə 2 mq fenilefrin hidroxlorid (1 q məlhəmdə 2,5 mq fenilefrin hidroxlorid var) keçməməlidir.
Həkimin təyini olmadan bu dozadan artıq istifadə tövsiyə edilmir.
Əlavə təsirləri
Aşağıdakı əlavə təsirlər daş verə bilər:
Ürək-damar sisteminə: reflektor bradikardiya, ürək ritminin pozuntuları, arterial təzyiqin artması.
İmmun sistemə: digər simpatomimetik vasitələrə qarşı allerqik reaksiyalar, qarşılıqlı tipli reaksiyalar
daxil olmaqla hiperhəssaslıq reaksiyaları, hansılar ki, özünü dəri səpgiləri, qaşınma, anqionevrotik
ödem, kontakt dermatit şəklində göstərə bilər.
Sinir sisteminə: başgicəllənmə, əsəbilik, baş ağrısı, tremor, yuxusuzluq, narahatlıq, isti basma hissi.
Dəriyə və dərialtı toxumalara: kontakt dermatit, hiperemiya, dəri səpgiləri, qaşınma, ödem, ağrı,
göynəmə.
Əlavə təsirlər barədə məlumatların verilməsi
Əgər istənilməyən reaksiyalar yaranarsa, həkiminizlə məsləhətləşin. Bu tövsiyə, içlik vərəqədə
göstərilməyənlər də daxil olmaqla, hər hansı bir istənilməyən reaksiyalara tətbiq edilir. Əlavə təsirlər
barədə məlumatları, siz dərmanların səmərəsizliyi barədə məlumatlar da daxil olmaqla, əlavə təsirlər
haqqında məlumat bazasına bildirə bilərsiniz. Əlavə təsirlər haqqında məlumat verməklə, siz
preparatın təhlükəsizliyi haqqında daha ətraflı məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Tövsiyə olunmuş doza həddinin aşılması zamanı hiperkoaqulyasiyaya meyillilik yarana bilər.
Doza həddinin aşılması zamanı aşağıdakı pozuntular ola bilər: arterial hipertenziya, ürək nahiyəsində
ağrı və diskomfort, ürəkdöyünmə, nəfəs pozuntuları, qeyri-kardiogen ağciyər ödemi, oyanma,
qıcolma, yuxu pozuntuları, əsəbilik, qıcıqlanma, hallüsinasiyalı psixozlar, ümumi zəiflik, anoreksiya,
ürəkbulanma, qusma, oliquriya, sidik ifrazının pozulması, üzun qızarması, ətraflarda soyuqluq hissi,
paresteziyalar, hiperqlikemiya, hipokaliemiya, həyati vacib orqanlara qan axınının azalması, hansi ki,
boyrəklərin qan təchizatını pisləşdirir, metabolik asidoz, ümumi periferik müqavimətin artması
nəticəsində ürəyin yüklənməsinin artması. Müalicəsi simptomatikdir.
Buraxılış forması
28,4 q məlhəm, tubda. 1 tub applikator və içlik vərəgə ilə birgə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır