Gedeon Richter
QROPRİNOSİN-RİXTER SUP
QROPRİNOSİN-RİXTER şərbət
QROPRİNOSİN-RİXTER tərkibi
Təsiredici maddə: 5 ml şərbətin tərkibində 250,00 mq inozin pranobeks vardır.
Köməkçi maddələr: saxaroza, metilparahidroksibenzoat (E 218), propilparahidroksibenzoat (E
216), natrium hidroksid (E 524), limon turşusu monohidrat (E 330),
təmizlənmiş su.
İstifadəsinə göstərişlər
250 mq/5 ml Qroprinosin-Rixter şərbətinin istifadəsi ilk növbədə 3-6 yaşa qədər uşaqlar üçün aşağıdakı hallarda göstərişdir:
- I-ci və ya II-ci növ sadə herpes viruslarının (sadə herpes) törətdikləri dəri və selikli qişanın infeksiyaları.
- Yarımkəskin sklerozlaşan panensefalit.
- İmmunitetləri zəif olan şəxslərdə yuxarı tənəffüs yollarının residivləşən infeksiyalarının əlavə müalicəsi.
6 yaşdan yuxarı (bədən kütləsi 21 kq-dan artıq) pasiyentlərdə Qroprinosin tabletlərindən istifadə etmək məqsədəuyğundur, bu tabletləri çeynəmək, istifadə etməzdən bilavasitə əvvəl xırdalamaq və/və ya bir qədər suda həll etmək olar.
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
- Podaqra tutması.
- Böyrək daşı xəstəliyi.
- III dərəcəli ağır böyrək çatışmazlığı.
- Qan zərdabında sidik turşusunun konsentrasiyasının yüksəlməsi.
- 3 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın dölün inkişafına və fertilliyə təsiri ilə əlaqəli nəzarət olunan klinik tədqiqatlar aparılmayıb.
İnsanlarda inozinin ana südü ilə xaric olması məlum deyil.
Beləliklə, həkim tərəfindən preparatın faydasının potensial risklərdən üstün olması müəyyən edilən hallar istisna olmaqla, Qroprinosin-Rixter preparatını hamilə qadınlarda və körpələrini ana südü ilə qidalandıran qadınlarda istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
İnozin pranobeksin farmakodinamikasını nəzərə alaraq, Qroprinosin-Rixter şərbətinin nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri az ehtimal edilir.
QROPRİNOSİN-RİXTER istifadə qaydası və dozası
Preparat, yalnız daxilə qəbul edilir.
Preparatın dozası pasiyentin bədən kütləsindən və xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq müəyyən edilir. Sutkalıq doza sutkada bir neçə dəfə qəbul etmək üçün bərabər hissələrə bölünməlidir. Müalicənin davametmə müddəti, bir qayda olaraq, 5-14 gün təşkil edir. Preparatın qəbulunu simptomların təzahürü azaldıqdan sonra daha 1-2 gün ərzində davam etdirmək lazımdır. Qroprinosin-Rixter şərbətinin 1 ml-də 50 mq inozin pranobeks vardır.
3 yaşdan yuxarı uşaqlarda dozalanma rejimi
Preparatın məsləhət görülən sutkalıq dozası adətən, bədən çəkisinə görə 50 mq/kq təşkil edir ki, bu da, bədən çəkisinin hər 1 kq-na 3-4 qəbula bölünmüş 1 ml Qroprinosin-Rixter şərbətinə ekvivalentdir. Sutkalıq dozanın hesablanması üçün aşağıdakı cədvəldən istifadə etmək lazımdır:
|
Bədən çəkisi |
Sutkalıq doza (50 mq/kq bədən çəkisi hesabı ilə) |
|
10 – 14 kq |
3 × 5 ml |
|
15 – 20 kq |
3 × 5 ml-dən 7,5 ml-ə qədər |
|
21 – 30 kq |
3 × 7,5 ml-dən 10 ml-ə qədər |
|
31 – 40 kq |
3 × 10 ml-dən 15 ml-ə qədər |
|
41 – 50 kq |
3 × 15 ml-dən 17,5 ml qədər |
Dozalanmanın düzgün aparılması üçün əlavə edilmiş ölçülü şkalalı şprisdən istifadə etmək lazımdır.
Uşaqlarda I və ya IIi növ sadə herpes virusunun törətdiyi dəri və selikli qişaların infeksiyaları
Preparatı sutkalıq 50 mq/kq-a hesabı ilə 3-4 dəfəlik qəbula bölünmüş dozada 10-14 gün müddətində (simptomlar aradan qalxana qədər) qəbul etmək lazımdır.
İmmunitetləri zəif olan şəxslərdə yuxarı tənəffüs yollarının residivləşən infeksiyalarının əlavə müalicəsi
Uşaqlar üçün preparatın sutkalıq dozası 21 gün ərzində bədən çəkisinə 3-4 dəfəlik qəbula bölünmüş 50 mq/kq təşkil edir (və ya 7-10 gün ərzində davam edən eyni intervallarla 3 kurs). İmmunçatışmazlıq vəziyyətlərinin korreksiyası zamanı müalicə kursunun müddəti 3-9 həftə təşkil edə bilər.
Yarımkəskin sklerozlaşan panensefalit
8-10 gün ərzində qəbul edilən preparatın sutkalıq dozası 6 dəfəlik qəbula bölünmüş (hər 4 saatdan bir) 50-100 mq/kq-a təşkil edir; yüngül gedişli proses zamanı 8 günlük fasilədən sonra əlavə 1-3 kurs, ağır gedişli xəstəlikdə isə 9 əlavə kurs təyin etmək olar.
3 yaşdan aşağı uşaqlarda istifadə etmək olmaz.
Yetkin yaşlı pasiyentlərdə, o cümlədən, yaşlı pasiyentlərdə dozalanma rejimi
Məsləhət görülən sutkalıq doza bədən çəkisinə 50 mq/kq (bədən çəkisinə sutkada 1 ml/1 kq) təşkil edir: bir qayda olaraq, 3 və ya 4 dəfəlik qəbula bölünmüş cəmi 3 q (sutkada 60 ml şərbət). Maksimal sutkalıq doza 4 q (sutkada 80 ml şərbət) təşkil edir.