Gedeon Richter
Qroprinosin 500 Mg N50 tablet
QROPRİNOSİN 500 mq tabletlər
GROPRINOSIN®
Beynəlxalq patentləşdirilməmiş adı: İnosine pranobex
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq inozin pranobeks (metizoprinol, inozin
dimepranol asetoben) vardır.
Köməkçi maddələr:kartof nişastası, povidon, maqnezium stearat.
Farmakoterapevtik qrupu
Birbaşa təsirli virusəleyhinə preparatlar.
İstifadəsinə göstərişlər
- Sadə herpes (Herpes Simplex) virusu ilə törədilən dodaq və üz herpesinin müalicəsi.
-Yuxarı tənəffüs yollarının residivləşən infeksiyaları zamanı immun sistemi zəif olan
pasiyentlərdə kompleks müalicə.
Əks göstərişlər
Aşağıda göstərilən hallarda Qroprinosini istifadə etmək olmaz:
- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Allergik reaksiyanın
simptomları səpgi, qaşınma, tənəffüsün çətinləşməsi, üzün, dodaqların, boğazın və dilin
ödemi ola bilər.
- Hazırda pasiyentdə podaqra tutması (oynaqların ətrafında ödemlə və dərinin qızarması ilə
və ya iri oynaqların ətrafında eksudatın əmələ gəlməsilə müşayiət olunan güclü oynaq
ağrıları) inkişaf etdiyi halda və ya qanın biokimyəvi analizinin nəticəsində sidik turşusu
səviyyəsinin yüksəlməsi qeyd olunduqda.
- Pasiyent böyrək daşı xəstəliyi olduqda.
- III dərəcəli ağır böyrək çatışmazlığı.
- Qroprinosin 3 yaşa qədər uşaqlarda əks göstərişdir.
- Hamiləlik və laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Göstərilən preparatın istifadəsinə başlamazdan əvvəl, pasiyent hamilə olması və ya körpəsini ana
südü ilə qidalandırması və ya hamiləliyini ehtimal etməsi və ya hamiləliyinin planlaşdırılması
barədə həkimlə və ya əczaçı ilə məsləhətləşməlidir.
Bu preparatın istifadəsi həkim tərəfindən tövsiyə olunan hallar istisna olmaqla, Qroprinosin
preparatını hamiləlik və ya laktasiya dövründə istifadə etmək olmaz. Həkim preparatın istifadə
faydasının ehtimal edilən riskdən nə dərəcədə üstün olduğunu qiymətləndirməlidir.
Pediatriyada istifadəsi
3 yaşdan yuxarı uşaqlarda istifadə edilir. 6 yaşdan aşağı uşaqlarda və tableti uda bilməyən
pasiyentlər üçün tableti xırdalamaq və az miqdar suda həll etmək lazımdır.
Yaşlı pasiyentlərdə istifadəsi
Preparatın dozasını dəyişdirməyə ehtiyac yoxdur, preparat orta yaşlı böyük pasiyentlərdə olduğu
kimi istifadə edilir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Qroprinosinin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə
qabiliyyətinə təsiri az ehtimal edilir.
İstifadə qaydası və dozası
Preparatı hər zaman həkim tövsiyələrinə ciddi riayət edərək, qəbul etmək lazımdır. İstənilən
şübhə meydana çıxdıqda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Preparatı daxilə, yaxşı olar ki, yeməkdən sonra bərabər zaman intervalları ilə sutkada 3-4 dəfə
qəbul etmək lazımdır. Tableti çeynəmək, xırdalamaq və/və ya istifadə etməzdən bilavasitə əvvəl
az miqdar suda həll etmək (6 yaşdan kiçik uşaqlarda aspirasiyadan çəkinmək məqsədi ilə) olar.
Nozologiyadan, prosesin ağırlıq dərəcəsindən və residivlərin tezliyindən asılı olaraq, müalicənin
müddəti fərdi müəyyən olunur. Orta hesabla müalicənin müddəti 5-14 gün təşkil edir.
Simptomların şiddəti aşağı düşdükdən sonra müalicəni daha 1-2 gün müddətində davam
etdirmək lazımdır. Adətən sutkalıq doza sutkada 6 tablet (3 q) (məsələn, sutkada 3 dəfə 2 tablet)
təşkil edir. Maksimal sutkalıq doza sutkada 4 q (sutkada 8 tablet) təşkil edir. Ehtiyac olduqda, 7-
10-günlük fasilədən sonra müalicə kursunu təkrar etmək olar.
Preparatın istifadəsi üzrə məsləhət görülən dozası və sxemi
- sadə herpes (Herpes Simplex) virusunun törətdiyi dodaq və üz herpesi: böyüklər: sutkada 3-4
dəfə 2 tablet (sutkada 6-8 tablet); uşaqlar: sutkalıq doza 3-4 dəfə qəbul etməklə, 10-14 gün
ərzində 50 mq/kq-a hesabı ilə təyin edilir;
- immun sistemi zəifləmiş pasiyentlər (kompleks müalicədə): böyüklər: sutkada 3-4 dəfə 2 tablet,
müalicə kursu 2 həftədən 3 aya qədərdir; uşaqlar: sutkalıq doza 50 mq/kq-a hesabı ilə 3-4 dəfə
qəbul etməklə, 21 gün ərzində (və ya 7-10 gün müddətində eyni intervallarla 3 kurs) təyin edilir.
3 yaşdan yuxarı uşaqlar
Məsləhət görülən doza sutkada bədən çəkisinə görə 50 mq/kq təşkil edir. Tabletin üzərindəki xətt
iki bərabər dozaya bölmək üçün deyil, yalnız tablet və udmanı asanlaşdırmaq üçün nəzərdə
tutulub, bu səbəbə görə 20 kq-a qədər bədən çəkisi olan uşaqların müalicəsi üçün başqa
preparatdan istifadə etmək lazımdır.
Qroprinosin preparatının istifadəsi unudulduqda
Preparatın istifadəsi unudulduqda, növbəti dozanın istifadə vaxtının çatdığı hallar istisna
olmaqla, tələb olunan dozanı dərhal qəbul etmək lazımdır. Preparatın ötürülən dozasını
kompensasiya etmək məqsədilə ikiqat dozanı qəbul etmək olmaz.
Qroprinosin preparatının istifadəsinin dayandırılması
Pasiyent Qroprinosinin istifadəsini dayandırdıqda, gözlənilən terapeftik effekt əldə olunmaya
bilər və ya xəstəliyin simptomları güclənə bilər.
Preparatın istifadəsilə əlaqədar əlavə suallar yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək
lazımdır.
Buraxılış forması
10 tablet, alüminium folqalı və PVX/PE/PVDX örtüklü blisterdə. 2 və ya 5 blister, içlik vərəqə
ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Dərman preparatlarını çirkab sularına və ya məişət tullantılarına atmaq olmaz. İstifadəsi sona
çatan dərman preparatının qalıqlarının ləğv olunması barədə məlumatı əczaçı ilə dəqiqləşdirmək
lazımdır. Bu tədbirlər ətraf mühitin qorunmasına yönəldilir.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı və qablaşdırıcı
“Gedeon Rixter Polşa” MMC.
Polşa 05-825, Qrodzisk Mazovetskiy, K. Yu. Ponyatovskiy k. 5.
İstehsalçının və ərizəçinin maraqlarını təmsil edən şirkət
“Gedeon Rixter” ASC.
1103 Budapeşt, Demrei küç., 19-21, Macarıstan.
Qaynar xəttin telefonu (zəng ödənişsizdir): 7-800-555-00777.
Elektron ünvan: drugsafety@g-richter.ru