Pharmed

PSILO-BALZAM 10MG 20GR GEL (NIJFARM)

PSİLO-BALZAM, 1% xaricə istifadə üçün gel

PSİLO-BALZAM tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq difenhidramin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Günəş yanıqları və I dərəcəli yanıqlar; həşərat sancmaları; övrə; müxtəlif mənşəli dəri qaşınmaları (xolestaz zamanı olan qaşınma istisna olmaqla): qaşınan dermatozlar, ekzema, suçiçəyi, dərinin allergik qıcıqlanmaları, bitkilərlə təmas səbəbindən yaranan kontakt dermatitlər.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; tərkibində difenhidramin olan istənilən preparatlarla eyni zamanda istifadə; dərinin geniş səthlərində istifadə; 2 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi, ana üçün gözlənilən potensial faydanın dölə və ya körpəyə olan riski qiymətləndirildikdən sonra mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri məlum deyil.

PSİLO-BALZAM istifadə qaydası və dozası

Xaricə istifadə edilir. Böyüklər və 2 yaşdan böyük uşaqlara Psilo-Balzam® dərinin zədələnmiş nahiyəsinə (ovuc boyda zədələnmiş sahəyə gelin 3-5 sm uzunluğunda zolağı) gündə 3-4 dəfə yaxılır və yüngül masaj hərəkətləri ilə yayılır.