Pharmed
Prosulpin 200 mq N30 tablet
PROSULPİN tabletlər
PROSULPIN®
Beynəlxalq patentləşdirilməmiş adı: Sulpiride
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 50 mq və ya 200 mq sulpirid vardır.
Köməkçi maddələr: kartof nişastası, laktoza monohidrat, susuz kolloidal silisium dioksid,
metilhidroksipropilsellüloza K4M, metilhidroksipropilsellüloza
K15M, maqnezium stearat, talk.
Farmakoterapevtik qrupu
Antipsixotiklər. Benzamidlər
İstifadəsinə göstərişlər
Böyüklərdə və 6 yaşdan yuxarı uşaqlarda kəskin və xroniki şizofreniya.
Böyüklərdə psixotik depressiyanın və depressiyanın ağır formalarının müalicəsi, antidepressantlarla
müalicə uğurlu olmadıqda.
Böyüklərdə Menyer xəstəliyi kimi periferik labirintin başgicəllənməsi.
Əks göstərişlər
- Alkoqolla, yuxugətirici vasitələrlə və analgetiklərlə kəskin zəhərlənmə
- Sulpiridə qarşı yüksək həssaslıq
- hipertoniya xəstəliyinin 2-3-cü mərhələsi
- Feoxromositoma
- Psixomotor oyanıqlıq
- Ehtiyatla – hamiləlik, laktasiya dövrü, yenidoğulmuşlar, yaşlı xəstələr, ürək-damar xəstəlikləri,
böyrək çatışmazlığı, parkinsonizm, epilepsiya.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü
Eksperimental tədqiqatlarda preparatın teratogen effekti təsdiq olunmamışdır.
Preparatın istifadəsi ilə nəzarət olunan klinik tədqiqatlar aparılmamışdır. Prosulpin preparatının hamiləlik
dövründə istifadəsi müddətində dölün zədələnməsi ehtimalı çox aşağıdır. Bununla belə, klinik təcrübənin
olmamasını nəzərə alaraq, hamiləlik dövründə preparatın istifadəsi yalnız, risklər hərtərəfli
qiymətləndirildikdən sonra və son dərəcədə zərurət yarandığı hallarda və maksimal qısa müddət ərzində
mümkündür. Hamiləlik dövrünün üçüncü trimestrində antipsixotik preparatların (Prosulpin preparatı da
daxil olmaqla) təsirinə məruz qalmış yenidoğulmuş körpələr, ekstrapiramid və/və ya abstinent
simptomlar da daxil olmaqla, əlavə effektlər riski ilə daha çox üzləşə bilərlər. Göstərilən simptomlar
davametmə müddətinə və ağırlıq dərəcəsinə görə fərqlənə bilər. Narahatlıq, hipotoniya, əzələ tonusunun
dəyişməsi (həddindən artıq yüksək və ya həddindən artıq aşağı), tremor, yuxuya meyllilik, respirator
distress sindrom, bradikardiya, taxikardiya, qalça bağırsaq problemləri, mekoniumun bağırsaqdan
keçməsinin ləngiməsi, bağırsaqlarda qazın toplanması və ya qida qəbulu pozğunluqları halları qeyd
olunmuşdur. Bu səbəbdən, yenidoğulmuşların vəziyyətlərinə hərtərəfli nəzarət etmək lazımdır.
Laktasiya dövrü
Klinik təcrübənin olmamasını nəzərə alaraq, laktasiya dövründə Prosulpin preparatının istifadəsi yalnız,
risklər hərtərəfli qiymətləndirildikdən sonra və son dərəcədə zərurət yarandığı hallarda və maksimal qısa
müddət ərzində mümkündür, çünki, preparatın təsiredici maddəsi ana südü ilə xaric olunur və südəmər
körpələrə təsir göstərə bilər. Südəmər körpələrin müşahidəsinin aparılması tələb olunur. Laktasiya
dövründə sulpiridin uzunmüddətli istifadəsi məqsədəuyğun deyildir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə zamanı nəqliyyat vasitələrini idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiya
tələb edən digər potensial təhlükəli fəaliyyət növlərindən, həmçinin alkoqolun istifadəsindən çəkinmək
lazmdır.
İstifadə qaydası və dozası
Dozalanması
Şizofreniyanın müalicəsi
Böyüklərdə sulpiridlə müalicəni sutkada 3 dəfə 100 mq dozanın istifadəsindən başlamaq və gələcəkdə
müalicəni, daha yüksək dəstəkləyici dozanın istifadəsi ilə davam etdirmək lazımdır ki, bu da, bir qayda
olaraq, böyüklərdə sutkada 400-800 mq sulpirid təşkil edir və 3 dəfəyə bölünərək qəbul edilir.
Sulpiridin ümumi sutkalıq dozası 1000 mq təşkil edir və yalnız xüsusi psixiatrik səbəblər əsasında sulpiridin bu dozası, maksimal 1600 mq-a qədər artırıla bilər.
Yaşı 6-dan yuxarı olan uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə sulpiridin sutkalıq dozası 2-3 dəfəlik
qəbula bölünmüş 3-10 mq/kq bədən kütləsi təşkil edir və bu dozanı artırmaq olmaz. Sulpiridlə müalicə
sutkada 1-2 mq/kq bədən kütləsi dozadan başlamalı və sulpiridin dəstəkləyici dozası sutkada 5 mq/kq
bədən kütləsi təşkil etməlidir.
Bundan əlavə həmçinin, 1 tabletin tərkibində 50 mq sulpirid olan dərman preparatı da mövcuddur.
Psixotik depressiyanın və depressiyanın ağır formalarının müalicəsi
Sulpiridlə müalicəni sutkada 50-150 mq dozanın istifadəsindən başlamaq lazımdır; sulpiridin
dəstəkləyici dozası adətən, sutkada 3 dəfəlik qəbula bölünmüş 150-300 mq təşkil edir. Daha yüksək
sutkalıq dozaların istifadəsi adətən tələb olunmur.
Bundan əlavə həmçinin, 1 tabletin tərkibində 50 mq sulpirid olan dərman preparatı da mövcuddur.
Başgicəllənmənin müalicəsi
Böyüklərdə sulpiridlə müalicəni sutkada 50-150 mq dozanın istifadəsindən başlamaq lazımdır; sulpiridin
dəstəkləyici dozası adətən, sutkada 3 dəfəlik qəbula bölünmüş 150-300 mq təşkil edir.
Bundan əlavə həmçinin, 1 tabletin tərkibində 50 mq sulpirid olan dərman preparatı da mövcuddur.
Yaşlı pasiyentlər (65 yaşdan yuxarı)
Yaşlı pasiyentlərə böyüklər üçün yuxarıda göstərilən dozanın yarısı təyin olunur.
Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər
Renal (böyrək) funksiyalarının pozğunluqları qeyd olunduqda, sulpiridin dozası, böyrək funksiyalarının
pozulması dərəcəsindən asılı olaraq, aşağı salınmalıdır.
Kreatinin Klirensi və Doza
| Kreatinin klirensi | Adətən istifadə edilən sutkalıq dozanın azaldılması |
|---|---|
| 30-60 ml/dəqiqədə | adətən istifadə edilən sutkalıq dozanın 50 %-i |
| 10-30 ml/dəqiqədə | adətən istifadə edilən sutkalıq dozanın 30 %-i |
| < 10 ml/dəqiqədə | adətən istifadə edilən sutkalıq dozanın 20 %-i |
Pediatrik populyasiyada istifadəsi
“Şizofreniyanın müalicəsi” hissəsinə bax.
Pasiyentin vəziyyətindən asılı olaraq, preparatın sutkalıq dozasının təxminən 1-3 həftədən sonra, aşağı
salınması və ya artırılması mümkündür.
Uzunmüddətli müalicə aparıldıqda, hər 3-6 aydan bir gələcək müalicə təkrar nəzərdən keçirilməlidir.
İstifadə qaydası
Preparat peroral yolla istifadə üçün nəzərdə tutulmuşdur.
Tabletlər bütöv, kifayət qədər maye (1 stəkan su) ilə birlikdə daxilə qəbul edilməlidir. Tabletlər qida
qəbulundan asılı olmayaraq istifadə edilir.
Preparatın mərkəzi stimullaşdırıcı effektinin mövcudluğunu nəzərə alaraq, yuxu ilə əlaqəli
problemlərdən qaçınmaq məqsədi ilə sulpiridin sonuncu dozasını saat 16.00-a qədər qəbul etmək tövsiyə
olunur.
Buraxılış forması
50 mq və ya 200 mq-lıq tabletlər.
10 tablet, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan, quru və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Utilizasiya zamanı xüsusi tədbirlər
Xüsusi tələb yoxdur.
Yararlılıq müddəti
4 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Pro.Med.CS Praha a.s., Czech Republic.
Telcska 377/1, Michle, 140 00, Praha 4, Czech Republic.
COOPHARMA s.r.o., Czech Republic.
Zeleny pruh 1090, 140 00 Praha 4, Czech Republic.
Qeydiyyat vəsiqəsinin sahibi
Pro.Med.CS Praha a.s., Czech Republic.
Telcska 377/1, Michle, 140 00, Praha 4, Czech Republic.