Herba Flora
Prolaks
Tərkibi (100 ml):
- Adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 5,29 ml;
- Köməkçi maddələr: Adi ərik (Prunus armeniаca) meyvəsinin şirəsi – 4,6 ml;
- Adi gavalı (Prunus domestica) meyvəsinin şirəsi – 4,6 ml;
- Adi əncir (Ficus carica) meyvəsinin şirəsi – 4,6 ml,
- Təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
Məhsulun xüsusiyyətləri:
- Şərbət spazm və sancı törətmədən bağırsaqlarda qida kütlələrinin ləngiməsinin qarşısını alır və bağırsaqların təbii boşalmasını təmin edir.
- Bağırsaq möhtəviyyatını yumşaldır, qəbizliyin aradan qalxmasına yardımçı olur, bağırsaqların selikli qişasının üzərini örtür, toksiki maddələrin qana sorulmasının qarşısını alır.
- Bağırsaqlardan suyun sorulmasını ləngidir, bağırsaq divarında olan reseptorları qıcıqlandıraraq peristaltikanı artırır və bağırsaqların boşalmasını təmin edir.
- Həzm vəzilərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır və bağırsaqların normal funksiyasını bərpa edir.
- Bağırsaqlarda olan spazmı və sancını azaldır, bağırsaqların evakuasiyasını sürətləndirir.
İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):
- Qəbizliklər, o cümlədən qəbizliklə müşayiət olunan kolitlər
Qəbizliklə müşayiət olunan disbakterioz
Qidalanma ilə əlaqəli qəbizliklər
Qurd invaziyaları ilə bağlı qəbizlik
Qəbizliklə müşayiət olunan digər xəstəliklər
İstifadə qaydası:
- 4-7 yaş 1 çay qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl
- 7-12 yaş 2 çay qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl
- 12 yaşdan yuxarı 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl
- Uzun müddətli istifadəsi zərərsizdir, bağırsağın funksiyası bərpa olunana qədər istifadə oluna bilər.
- (Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.)
- Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıqda
Saxlanılması:
250 C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 2 ildir.
Buraxılış forması:
Tünd rəngli şüşə flakon, 100 ml
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.