Pharmed
PROKTOTROMBIN 120 IU N10 SAM
PROKTOTROMBİN, rektal suppozitoriyalar
PROKTOTROMBİN tərkibi
Təsiredici maddələr: 1 suppozitoriyanın tərkibində 120 BV heparin natrium, 1,675 mq prednizolon Asetat, 30 mq lauromakroqol 400 vardır.
İstifadəsinə göstərişlər
Daxili və xarici babasil (xüsusilə tromboz və iltihab ilə); Venaların hemmoroidal tromboflebiti; Anal çatlar; Rektal nahiyyənin ekzeması və qaşınması; Anorektal zonanın cərrahi müdaxiləyə hazırlanması.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; - Dərinin virus, bakterial və göbələk zədələnmələri; - Vərəm; - Sifilis; - Dəri xərçəngi (anorektal zonada); - Qanın laxtalanmasının qanaxmaya meylli pozğunluğu; - Vaksin yeridilməsi zamanı reaksiyalar; - Hamiləliyin I trimestri; - 12 yaşa kimi uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin I trimestrində əks göstərişdir. II və III trimestrdə, həmçinin, laktasiya dövründə preparat yalnız o zaman istifadə oluna bilər ki, onun anaya verə biləcəyi fayda dölə olan potensial riskindən üstün olsun.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə zamanı sürətli reaksiya tələb edən fəaliyyət ilə məşğul olmaq, potensial təhlükəli mexanizmləri və nəqliyyat vasitələrini idarə etmək olar.
PROKTOTROMBİN istifadə qaydası və dozası
Preparat, r ektal yolla, defekasiya aktından sonra, sutkada 1 -2 dəfə istifadə edilir. Gündə 1 şam (rektal suppozitoriya) təyin olunur. Hemmoroid al düyünlərə və selikli qişaya maksimal təsir etməsi üçün anal kanalın distal hissəsində 1-2 dəqiqə saxlamaq, sonra anal kanala dərinə yeritmək lazımdır. Müalicə kursu 7- 14 gündür.