Pharmed

PRESTANS N30 TB

PRESTANS 5 mq/5 mq; 10 mq/5 mq; 5 mq/10 mq; 10 mq/10 mq tabletlər

 

PRESTANS tərkibi

Təsiredici maddələr: 
Prestans 5 mq / 5 mq: 1 tabletin tərkibində 5 mq perindopril arginin və 5 mq amlodipin vardır.
Prestans 10 mq / 5 mq: 1 tabletin tərkibində 10 mq perindopril arginin və 5 mq amlodipin vardır.
Prestans 5 mq /10 mq: 1 tabletin tərkibində 5 mq perindopril arginin və 10 mq amlodipin vardır.
Prestans 10 mq /10 mq: 1 tabletin tərkibində 10 mq perindopril arginin və 10 mq amlodipin 
vardır.
Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat (E470B), mikrokristallik sellüloza 
 (E460), susuz kolloidal silisium dioksid (E551).

 

İstifadəsinə göstərişlər

Prestans yüksək arterial təzyiqin (hipertenziyanın) müalicəsi və/və ya ürəyin stabil işemik
xəstəliyinin (ürəyin qan təchizatının azalması və blokadaya alınması ilə müşayiət olunan xəstəlik) 
müalicəsi üçün təyin olunur. 
Ayrı-ayrılıqda perindopril və amlodipin qəbul edən pasiyentlər bu iki tabletin əvəzinə tərkibində hər 
iki komponent olan Prestans qəbul edə bilərlər. 

 

Əks göstərişlər

- Əgər sizdə perindoprilə və ya AÇF-in hər hansı digər inhibitoruna, amlodipinə və ya hər hansı 
kalsium kanallarının digər antaqonistinə, yaxud Prestans -ın komponentlərindən hər hansı birinə 
qarşı allergiya varsa (“Tərkibi” bölməsində sadalanan);
- Əgər siz hamiləsinizsə və hamiləliyin müddəti 3 aydan artıqdırsa (həmçinin hamiləliyin erkən 
dövrlərində də Prestans -ın qəbulundan çəkinmək lazımdır – bax: Hamiləlik bölməsi);
- Əgər daha əvvəl sizdə AÇF inhibitoru qəbulu zamanı fitverici tənəffüs, sifətin və dilin ödemi, 
güclü qaşınma və ya dəridə səpgi baş veribsə, yaxud sizdə və ya hər hansı ailə üzvünüzdə hər 
hansı başqa şəraitdə bu simptomlar (angioödem) meydana çıxıbsa;
- Əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və 
eyni zamanda şəkərli diabet və ya böyrəklərin funksiya pozulması probleminiz varsa;
- Əgər sizdə aortal qapaqda daralma (aortal stenoz) və ya kardiogen şok (bu xəstəlik zamanı ürək 
bədəni kifayət qədər qanla təmin edə bilmir) varsa;
- Əgər arterial təzyiqiniz kəskin aşağıdırsa (hipotenziya);
- Əgər siz miokard infarktından sonra ürək çatışmazlığından əziyyət çəkirsinizsə;
- Əgər siz dializ və ya başqa hemofiltrasiya prosedurları keçirirsinizsə;
- Qan təchizatı azalması nəticəsində ağır böyrək xəstəliyi (böyrək arteriyasının stenozu);
- Ürək çatışmazlığın müalicəsində istifadə olunan sakubitril / valsartan dərman vəsitələri.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

İstənilən dərman preparatının qəbuluna başlamazdan öncə həkiminizlə məsləhətləşin.
Hamiləlik
Hamilə olduğunuzu (və ya ola biləcəyinizi) düşünürsünüzsə, bu preparatın qəbuluna başlamazdan 
əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Həkim sizə hamiləliyə qədər və ya hamiləlik faktı təsdiq 
edildikdən dərhal sonra Prestans qəbulunu dayandırmağı məsləhət görməli və Prestans-ın əvəzinə 
digər preparat təyin etməlidir. Hamiləliyin erkən dövrlərində Prestans-ın qəbulu tövsiyə edilmir. 
Preparat hamiləliyin 3 aydan artıq müddətlərində qəbul edilməməlidir, çünki bu uşağın sağlamlığına 
ciddi zərər vura bilər.
Laktasiya dövrü
Amlodipinin ana südünə az miqdarda keçdiyi göstərilmişdir.
Əgər uşaq əmizdirirsinizsə və ya planlaşdırırsınızsa həkiminizi mütləq xəbərdar edin. Prestans uşaq 
əmizdirən analara tövsiyə edilmir. Əgər uşağınızı əmizdirməyi davam etdirmək istəyirsinizsə, körpə 
yenidoğulan və ya vaxtından qabaq doğulandırsa, onda həkim sizə digər preparat təyin edəcək.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Prestans nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər. Əgər Prestans qəbul etdikdən sonra özünüzü zəif, ya yorğun hiss edirsinizsə, 
başınız gicəllənirsə, yaxud başağrısı meydana çıxırsa, avtomobil və digər mexanizmləri idarə 
etməyin və dərhal həkiminizlə əlaqə saxlayın. 

 

PRESTANS istifadə qaydası və dozası

Prestans-ın qəbulu zamanı həkimin göstərişlərinə həmişə ciddi riayət edin. Əgər siz dərmanın 
qəbulunun düzgünlüyünə şübhə edirsinizsə, onda həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Tabletləri həmişə eyni vaxtda, səhər yeməyindən əvvəl bir stəkan su ilə birlikdə qəbul edin. 
Həkiminiz sizin üçün düzgün dozanı seçəcək. Bu, adətən, gündə bir tablet təşkil edir.
Prestans adətən ayrı-ayrı tabletlər şəklində perindopril və amlodipin qəbul edən pasiyentlərə təyin 
olunur. 
Əgər siz Prestans-ı qəbul etməyi unutmusunuzsa
Preparatı hər gün qəbul etmək vacibdir, çünki müntəzəmlik müalicəni daha effektiv edir. Buna 
baxmayaraq, əgər siz Prestans-ın bir dozasını qəbul etməyi unutmusunuzsa, növbəti dozanı 
həmişəki vaxtda qəbul edin. Unudulmuş dozanın əvəzini çıxmaq üçün növbəti dozanı iki dəfə 
artırmayın. 
Əgər siz Prestans-ın qəbulunu dayandırırsınızsa
Adətən, hipotenziv müalicə ömür boyu davam etdiyi üçün siz preparatın qəbulunu dayandırmazdan 
əvvəl öz həkiminizlə məsləhətləşməlisiniz. 
Preparatın qəbulu ilə bağlı əlavə suallarınız yaranarsa, müalicə həkiminizə, əczaçınıza müraciət 
edin.