Pharmed

Positon 2,5 mq 30 qr krem

POZİTON xaricə istifadə üçün krem
POSITON

 


Beynəlxalq patentləşdirilməmiş adı: Triamcinolone acetonide + Neomycin sulphate + Nystatin

 


Tərkibi

Təsiredici maddələr: 1q kremin tərkibində 1 mq triamsinolon asetonid, 2,5 mq neomisin sulfat, 
 100 000 BV nistatin vardır.
Köməkçi maddələr: polioksil 40 stearat, sorbit turşusu (E 200), setostearil spirti, dimetikon, 
 titan dioksid (E 171), qliseril monostearat, etilendiamin dihidroxlorid, 
 alüminium hidroksid, metilparahidroksibenzoat (E 218), propilparahid-
 roksibenzoat (E 216), propilenqlikol, sorbitol məhlulu, ağ vazelin, 
 su.

 

Farmakoterapevtik qrupu

Orta təsir gücünə malik kortikosteroidlərlə antibakterial vasitələrin kombinasiyası. Triamsinolon və antibakterial vasitələr.

 

İstifadəsinə göstərişlər

Positon krem bakterial və göbələk infeksiyaları zamanı həssas mikroorqanizmlər tərəfindən
törənən ağırlaşmış dermatozların müalicəsində istifadə olunur.

 

Əks göstərişlər

• Təsiredici, köməkçi maddələrin hər hansı birinə və diğər aminoqlikozidlərə qarşı yüksək 
həssaslıq.
• Çəhrayı sızanaqlar, vərəm, vulqar sızanaqlar, perioral dermatit, dərinin atrofik xəstəlikləri, 
peyvəndlərə qarşı dəri reaksiyaları, perianal və/və ya genital qaşınma və ya viral dəri 
infeksiyaları (məsələn, herpes simplex, suçiçəyi).
• Absorbsiya riski yüksək olduğundan 1 yaşa qədər uşaqlarda istifadə edilməməlidir

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya zamanı neomisinin təsiri haqqında məlumat çox məhduddur. Neomisin
plasentar baryeri keçdiyindən, ananın qanında toplandığından və toksiki təsir göstərə
bildiyindən, hamiləlik və laktasiya zamanı Positon kremin istifadəsi əks göstərişdir.

 

Nəqliyyat vasitəslərini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri

Positon krem nəqliyyat vasitələrini və mexanizmləri idarə etmə qabiliyyətinə təsir göstərmir və
ya az təsir göstərir.

 

İstifadə qaydası və dozası

Yerli istifadə
Həkim nəzarəti olmadan müalicə 7 gündən artıq davam etməməlidir.
Böyüklər
Az miqdarda zədələnmiş nahiyəyə nazik qatla gündə 2 və ya 3 dəfə yaxşılaşma müşahidə oluna
qədər tətbiq olunur. Yaxşılaşmadan sonra bu tətbiq gündə bir dəfəyə kimi azaldıla bilər.
Pediatriya
Bu dərman vasitəsinin istifadəsi yalnız həkim tərəfindən zəruri hesab edildikdə uşaqlar və 
yeniyetmələrdə istifadə edilə bilər; bu halda gündə bir dəfə nazik təbəqə ilə tətbiq edilməli və 
müalicə 7 gündən artıq davam edilməməlidir.
Uşaqlarda istifadə edildikdə, müalicə həkim tərəfindən diqqətlə nəzarət edilməlidir. Preparatı 
bədən səthinin 5-10%-dən artıq olan sahəsinə istifadə etdikdə və ya oklyuziv sarğı, sıx uşaq bezi
altına tətbiq etdikdə xüsusilə diqqətli olmaq lazımdır.
Yaşlı insanlar (65 yaşdan yuxarı)
Positon yaşlı xəstələrə təyyin oluna bilər, lakin böyrək funksiyasının çatmamazlığı zamanı 
neomisin sulfatın absorbsiyası əhəmiyyətli dərəcədə artdığı səbəbindən bu hallarda ehtiyatlı 
olmaq lazımdır.
Böyrək çatmamazlığı 
Böyrək çatışmazlığı olan xəstələrdə doza azaldılmalıdır.

 

Buraxılış forması

30 q krem alüminim tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şəraiti

Resept əsasında buraxılır.

 

İstehsalçı

Laboratorios Vitoria, Portugal.
Rua Elias García, 28
2700-327 Amadora, Portugal.

 

Qeydiyyat vəsiqəsinin sahibi

Faes Farma S.A., Spain.
C/Maximo Aguirre,14, 48940 Leioa (Vizcaya), Spain.