Pharmed
POLICAR N10 VAG CAP
POLİKAR, yumşaq vaginal kapsullar
POLİKAR tərkibi
Təsiredici maddə: 1 kapsulda vardır: neomisin sulfat 50,20 mq (35,0 mq (35 000 BV) neomisinə ekvivalent), polimiksin B sulfat 35 000 BV, nistatin 100 000 BV.
İstifadəsinə göstərişlər
Preparatın tərkib hissələrinə qarşı həssas olan mikroblar tərəfindən törədilmiş vaginal infeksiyaların, qeyri-spesifik bakterial vaginitlərin, vulvitlərin və vaginal kandidozun müalicəsi üçün.
Əks göstərişlər
Preparatın tərkib hissələrinə qarşı yüksək fərdi həssaslığı olan şəxslərə əks göstərişdir. Hamiləliyin I trimestrində və südvermə zamanı istifadəsi əks göstərişdir. Böyrək çatışmazlığı və ya ikincili sistem toksikliyi inkişaf etmiş xəstələrdə əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik: II və III trimestrlər zamanı preparatdan yalnız həkim məsləhəti ilə və gözlənilən fayda ehtimal olunan riskdən daha yüksək olduğu hallarda istifadə olunmalıdır. Laktasiya dövrü: Preparatın süd verən anaya təyini zəruridirsə, bu zaman südvermə dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Avtomobil və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiti haqqında məlumat yoxdur.
POLİKAR istifadə qaydası və dozası
Preparat yalnız həkim resepti əsasında istifadə oluna bilər. Arxası üstə uzanmış vəziyyətdə bir kapsul uşaqlıq yoluna dərinə yeridilir. Gündə bir dəfə yatmazdan əvvəl istifadə olunur. Məsləhət görülən müalicə kursu 10 gündür.
Profilaktik məqsədlə 6-10 gün istifadə olunur.