Pharmed
PLASENTA KOMPOZITUM 2,2ML N5 AMP
PLACENTA COMPOSITUM, inyeksiya üçün məhlul
PLACENTA COMPOSITUM tərkibi
Təsiredici maddələr: 2,2 ml (= 2,2 q) həcmində 1 ampulun tərkibində vardır: Placenta suis D6 22 µl, Embryo suis D8 22 µl, Vena suis D8 22 µl, Arteria suis D10 22 µl, Funiculus umbilicalis suis D10 22 µl, Hypophysis suis D10 22 µl, Secale cornutum D4 22 µl, Acidum sarcolacticum D4 22 µl, Tabacum D10 22 µl, Strophanthus gratus D6 22 µl, Aesculus hippocastanum D4 22 µl, Melilotus officinalis D6 22 µl, Cuprum sulfuricum D6 22 µl, Natrium pyruvicum D8 22 µl, Barium carbonicum D13 22 µl, Plumbum jodatum D18 22 µl, Vipera berus D10 22 µl, Solanum nigrum D6 22 µl.
İstifadəsinə göstərişlər
Arterioskleroz, siqaret istifadəsi nəticəsində ayağın qanqrenoz vəziyyəti, trofiki yaralar, yataq yarası, dismenor eya, neyrodistoniya, düyünlü eritema, postensefalitik qalıq pozğunluqlar, obliterasiyaedici endarterit, endometrit, buynuz qişanın tutqunlaşması, daxili qulağın qan dövranı səbəbli pozğunluqları.
Əks göstərişlər
Preparatın tərkibində olan bir və ya bir neçə komponentə qarşı allergik reaksiya. Qalxanvari vəzin xəstəlikləri.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya müddətində toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminiz və müalicə edən mütəxəssislə məsləhətləşin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir bildirilməmişdir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.
PLACENTA COMPOSITUM istifadə qaydası və dozası
Digər təyinat yoxdursa Standart doza Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün: 1 ampul həftədə 1-3 dəfə. İstifadə qaydası Placenta comp., inyeksiya üçün məhlul ə.d., d.a., d.d., və ya v.d. yolla yeridilir. Şüşə ampulun açılma qaydası Şüşə ampulu kəsmək lazım deyil.
Bucaq altında ampulun başını tutun, və ampulun yuxarı hissəsinə vuraraq məhlulu aşağıya doğru çalxalayın. Sonra rəngli nöqtə olan hissədən ampulun yuxarı hissəsini qırın. Artıq qalan hissələr atılmalıdır.