PharmEd

Pharmed

PIRIDOKSIN HIDROXLORID 50MG 1ML N10 AMP(B6) (REYGAN)

TƏSDİQ EDİLMİŞDİR 
 Azərbaycan Respublikası
 Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 ___________________ 2023-cü il
 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PİRİDOKSİN inyeksiya üçün məhlul
PYRIDOXINE
Beynəlxalq patentləşdirilməmiş adı: Pyridoxine
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq piridoksin hidroxlorid vardır.
Köməçi maddələr: inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz və ya cüzi sarımtıl mayedir.
Farmakoterapevtik qrupu.
Sadə vitamin preparatları. Piridoksin (Vitamin B6
).
ATC kodu: A11HA02.
Farmakoloji xüsusiyyətləri 
Farmakodinamikası
Mərkəzi və periferik sinir sisteminin normal funksiyası üçün lazımdır, maddələr mübadiləsində vacib 
rol oynayır, neyromediatorların sintezində iştirak edir. Fosforlaşmış formada aminoturşuların 
dekarboksil-, pereamin-, dezaminləşmə proseslərini təmin edir, zülalların, fermentlərin, hemoqlobin 
və prostaqlandinlərin sintezində, serotoninin, katexolaminlərin, qlutamin turşusunun, QAYT-ın, 
histaminin mübadiləsində iştirak edir, doymamış yağ turşularınm utilizasiyasını yaxşılaşdırır, qanda 
lipidlərin və xolesterinin səviyyəsini azaldır, miokardın yığılma funksiyasını yaxşılaşdırır, fol 
turşusunun aktiv formaya çevrilməsinə səbəb olur, hemopoezi stimullaşdırır. Aterosklerozda vitamin 
B6 lipid mübadiləsini yaxşılaşdırır. Diurezi artırır və diuretiklərin təsirini gücləndirir.
Şəkərli diabet və aterosklerozda piridoksin qlikolizəolunmuş hemoqlobinin səviyyəsini azaldır; 
yüksək arterial təzyiqin enməsinə səbəb olur.
Qeyd olunub ki, piridoksin norepinefrin və serotoninin əmələ gəlməsinə müsbət təsir göstərir və
depressiyalarda onların əmələ gəlməsini artırır. Bu, onun katexolaminlərin sintezində dofa-
dekarboksilazanın kofaktoru kimi iştiraki ilə əlaqədardır.
Piridoksin laxtalanma müddətini uzadır və trombositlərin aqreqasiyasım inhibə edir. Bu, 
piridoksalfosfatın fibrinogen və trombositlərin üzərində yerləşən spesifık aminqruplarla birləşməsi 
ilə əlaqədardır.
Farmakokinetikası
Qaraciyərdə farmakoloji aktiv metabolitlərin əmələ gəlməsi ilə metabolizə olunur (pirdoksalfosfat və
piridoksaminofosfat). Pirdoksalfosfat plazma zülalları ilə 90% birləşir. toxumalara yaxşı keçir. 
Əsasən qaraciyərdə, az dərəcədə – əzələlərdə və MSS-də toplanır. Cifti keçir, ana südü ilə xaric 
olunur. Yarımxaricolma dövrü (T Vı ) – 15-20 gün. Böyrəklərlə (venadaxili yeridilmə zamanı 2% 
ödlə), həmçinin hemodializ vasitəsi ilə xaric olunur.

İstifadəsinə göstərişlər
Vitamin В6 hipo- və avitaminozu (müalicə və profilaktika) – zəif qidalanma, uzunmüddətli 
infeksiya, diareya, enterit, spru, uzunmüddətli stress halları; malabsorbsiya sindromu, mədənin və
bağırsaqların böyük hissəsinin götürülməsindən sonrakı hallar, hemodializ.
Kompleks müalicənin tərkibində: hipoxrom, mikrositar və sideroblast anemiya, parkinsonizm, 
radikulit, Littl xəstəliyi, Menyer sindromu və xəstəliyi, nevritlər (o cümlədən şəkərli diabet fonunda), 
nevralgiya, yenidoğulmuşlarda anadangəlmə piridoksin-asılı qıcolma sindromu, izoniazid və vərəm
əleyhinə digər preparatların istifadəsində xəstələrdə qıcolmaların profılaktikası, hestoz, alkoqolizm, 
etanol və vərəm əleyhinə dərman vasitələrinin qəbulu fonunda qaraciyərin zədələnməsi, kəskin və
xroniki hepatitlər.
Dermatitlər (o cümlədən atopik və seboreyalı), herpetik infeksiyalar (Varicella zoster, Herpes 
simplex), psoriaz, ekssudativ diatez, neyrodermit, leykopeniya müxtəlif etiologiyali, ateroskleroz, 
hamilələrin toksikozu, involyusion depressiya, hava və dəniz xəstəliyi.
Əks göstərişlər
Qaraciyərin ağır zədələnmələri, preparata qarşı yüksək həssaslıq, ürəyin işemik xəstəliyi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Mədə və 12-barmaq bağırsağın xora xəstəliyində mədə şirəsinin turşuluğunun yüksəlməsi ilə
əlaqədar preparat ehtiyatla istifadə olunur.
Alkoqoldan daimi istifadə zamanı piridoksinin mübadiləsi pozulur.
Digər dərman vasitəlləri ilə qarşdıqlı təsiri
Piridoksin hidroxlorid məhlulu diuretiklərin təsirini gücləndirir. Preparat L-dopa ilə birgə təyin 
olunmur. Çünki sonuncunun təsirini zəiflədir.
İzonikotin, hidrazid, penisillamin, sikloserin, estrogen tərkibli oral kontraseptivlər piridoksinin 
effektini zəiflədir.
Ürək qlikozidləri, qlutamin turşusu və asparkam ilə kombinasiya olunur.
Sikloserin, etionamid, hidralazin, azatioprin, xlorambusil, kortikotropin, siklofosfamid, siklosporin, 
merkaptopurin, izoniazid, penisillin ilə birgə piridoksin hidroxloridin istifadəsi anemiya və
nevropatiya əmələ gətirə bilər. Parkinsonizm əleyhinə preparatların effektivliyini azaldır. Rezorbtiv 
təsirli levomisetin preparatlarınm (sintomisin və xloramfenikol) uzunmüddətli istifadəsi zamanı
əmələ gələn oftalmoloji ağırlaşmaların qarşısını alır.
Trisiklik antidepressantların antixolinergik aktivliyi ilə əlaqədar əlavə effektləri (ağızda quruluq, 
sidiyin ləngiməsi) aradan qaldırır.
Yüksək dozalarda piridoksin qıcolma əleyhinə vasitələrin təsirini artıra bilər.
Kortikosteroidlər orqanizmdə B6 vitamininin miqdarınm azalmasına gətirə bilər.
Uyuşmazlığı
Bı və B12 vitamin məhlulları ilə bir şprisdə piridoksin-hidroxlorid məhlulunu yeritmək olmaz. Bu 
vitaminlərin bir şprisdə qarışdırılmasında vitaminlər parçalanır və Bı vitamininin allergik təsiri 
güclənə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparat hamilələrdə toksikoz və qusma zamanı təyin edilir. Laktasiya dövründə
preparatın istifadəsi zamam laktasiyanın azalması mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir göstərmir.
İstifadə qaydası və dozası
Bağırsaqlarda sorulmannın pozulması nəticəsində preparatın qaxilə qəbulu mümkün olmadıqda 
əsasən əzələdaxili, venadaxili ya dərialtı yeridilir.
Böyüklər üçün B6 hipovitaminozunda gündə 5%-li məhlul 50-100 mq təyin edilir. Müalicə kursu - l
ay.
Parkinsonizm: əzələdaxili gündə 5%-li məhlulundan 2 ml (kurs – 20-25 gün, 2-3 aydan sonra təkrar 
kurs). Bu xəstəliyin müalicəsinin digər sxemi üzrə 5%-li məhlulundan 50-100 mq (l-2 ml) başlanğıc 
dozada əzələdaxili yeridilir, sonra isə gündəlik doza 50mq (l ml) artırılır və gündə (birdəfəlik) 300-
400 mq-a (6-8 ml) qədər çatdırılır. Müalicə kursu belə hallarda 12-15 gün təşkil edir.

İnvolyusion yaşda depressiyaların müalicəsi üçün piridoksin hidroxlorid məhlulu gündə 200 mq 
(4 ml) dozada əzələdaxili yeridilir.
Sideroblast anemiyanın müalicəsində preparat həftədə 2 dəfə l00 mq (2 ml) dozada əzələdaxili 
yeridilir (eyni zamanda fol turşusunun, riboflavinin, B12 vitamininin istifadəsi tövsiyə edilir). 
Piridoksin-asılı anemiyada (plazmada dəmirin səviyyəsinin yüksəlməsi ilə mikrositar hipoxrom 
anemiya) preparat gündə 50-200 mq dozada əzələdaxili yeridilir.
Nevritlərin və ftivazid və hidrazid izonikotin turşusunun digər törəmələri ilə müalicədə digər 
ağırlaşmaların qarşısını almaq üçün piridoksin hidroxlorid məhlulu 5-10 mq/sut təyin edilir. 
Piridoksin-asılı qıcolma sindromun böyüklərdə müalicəsi üçün – venadaxili ya əzələdaxili 30-
600 mq yeridilir.
Uşaqlara hipoxrom mikrositar anemiyada gündəlik 10-100 mq təyin edilir, febril qıcolmaların 
müalicəsi üçün – 20 mq həftədə 2 dəfə, yenidoğulmuşlarda tetanus zamanı – gündə l00 mq, 
piridoksin-asılı qıcolmalarda – venadaxili l00 mq.
Ağır piridoksin çatışmazlığı hallarında 5%-li məhlulundan 0,5-1 ml (25-50 mq) əzələdaxili yeridilir.
Əlavə təsirləri
Preparatdan istifadə zamanı aşağıdakı əlavə təsirlərin meydana çıxması mümkündür:
- allergik reaksiyalar: anafılaktik şok, övrə, makulo-papulyoz səpgilər, dəri qaşınması;
- epiqastral nahiyədə ağrı, qıcqırma, xlorid turşusunun hipersekresiyası; ətraflarda keyləşmə, 
ətraflarda sıxılma hissinin əmələ gəlməsi – “əlcək” və “corab'’ simptomu;
- laktasiyanm azalması (bəzən bu müalicəvi effekt kimi istifadə edilir), nadir hallarda – qıcolmalar 
(yalnız sürətli yeridilmə zamanı baş verir).
Doza həddinin aşdması
Yüksək dozalarda uzunmüddətli istifadə zamanı B6 hipervitaminozu əmələ gəlir, bu isə əzələ
toxumasında və daxili orqanlarda zülal miqdarının kəskin azalması ilə xarakterizə olunur. B6
hipervitaminozunun erkən mərhələsində dəridə səpgilər, başgicəllənmə, qıcolmalar əmələ gələ bilər.
Müalicəsi
Preparatın istifadəsi ləğv edilir. Simptomatik müalicə təyin olunur.
Buraxlıış forması
l ml məhlul, ampulda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 
Saxlanma şəraiti
30°C-dən aşağı temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxdma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Reyoung Pharmaceutical Co., Ltd., The People’s Republic of China.
No.1 Ruiyang road, Yiyuan country, Shandong province, China.
Qeydiyyat vəsiqəsinin sahibi
Nelson Worldwide AG., Switzerland.
Birkenstrasse 49, 6343 Rotkreuz, Switzerland.