Pharmed
PIRIDOKSIN HIDROXLORID 50MG 1ML
PİRİDOKSİN HİDROXLORİD 50 mq/ml inyeksiya üçün məhlul
Piridoksin Hidroxlorid , tərkibi
Təsiredici maddə: 1 ampulda 50 mq piridoksin hidroxlorid vardır.
Köməkçi maddələr:inyeksiya üçün su.
Istifadəsinə göstərişlər
B6 vitamininin hipo- və avitaminozu (müalicəsi və profilaktikası)-natamam qidalanma, uzun müddət
davam edən infeksiya, diareya, enterit, spru, uzun müddət davam edən stress vəziyyəti,
malabsorbsiya sindromu, mədənin və bağırsağın böyük hissəsinin çıxarılmasından sonrakı vəziyyət,
hemodializ.
Kompleks terapiyanın tərkibində: hipoxrom və mikrositar anemiya, parkinsonizm, radikulit, Littl
xəstəliyi, Menyer xəstəliyi və sindromu, nevritlər (o cümlədən, şəkərli diabet fonunda), nevralgiya,
yenidoğulmuşlarda anadangəlmə piridoksindən asılı qıcolma sindromu, ftivazidin qəbul edən
pasiyentlərdə qıcolmanın yaranmasının profilaktikası; hestoz, alkoqolizm, etanol və vərəməleyhinə
dərman vasitələrinin qəbulu fonunda qaraciyərin zədələnməsi, kəskin və xroniki hepatitlər, diurezin
artması və diuretiklərin təsirinin güclənməsi üçün.
Dermatitlər (o cümlədən, atopik və seboreyalı), herpetik infeksiyalar (Varicella zoster, Herpes
simplex), psoriaz, ekssudativ diatez.
Əks göstərişlər
Hiperhəssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərman vasitəsinin hamilə qadınlarda istifadəsi üzrə nəzarət edilən tədqiqatların olmaması ilə
əlaqədar hamiləlik dövründə piridoksin hidroxloridin istifadəsi, yalnız qadın üçün gözlənilən fayda
dölə olan potensial riskdən üstün olduğu halda məsləhət görülür.
Piridoksin ana südü ilə ekskresiya olunur. Piridoksinin yüksək dozalarda laktasiyanı zəiflətdiyi
barədə məlumat vardır. Laktasiya dövründə piridoksinin istifadəsinə ehtiyac olduqda, süd verən
analar üçün məsləhət görülən sutkalıq tələbatı aşmayan dozanın istifadəsini təyin etmək tövsiyə
edilir.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Dərman vasitəsi adətən nəqliyyat idarə etməkdən və ya mexanizmlərlə işləmək qabiliyyətinə təsir
etmir, lakin əlavə təsirlərin inkişafının mümkünlüyünü nəzərə almaq lazımdır.
Piridoksin Hidroxlorid , istifadə qaydası və dozası
Daxilə qəbulu mümkün olmadıqda (qusma zamanı) və bağırsaqda sorulmanın pozulması zamanı
dərialtı (d/a), venadaxili (v/d), əzələdaxili (ə/d) yeridilir. Böyüklərə 50-100 mq/sutka 1-2 dəfə,
uşaqlara 20 mq təyin edilir. Müalicə kursu böyüklər üçün 1 ay, uşaqlar üçün 2 həftədir. İzoniazidlə,
ftivazidlə yanaşı terapiya zamanı 5-10 mq/sutka təyin edilir.
Sideroblastik anemiyanın müalicə üçün daxilə gündəlik 100 mq və ya həftədə 2 dəfə 100 mq ə/d
təyin edilir. Eyni vaxtda fol turşusu, sianokobalamin, riboflavin istifadə etmək məqsədəuyğundur.
Parkinsonizm zamanı ə/d 100 mq/sutka təyin edilir; kurs müalicə 20-25 inyeksiyadır, kursu 2-3
aydan sonra təkrar edilir və ya 50-100 mq/sutka dozadan başlayaraq, doza hər gün 50 mq artırmaqla,
12-15 gün ərzində birdəfəlik inyeksiya şəklində 300-400 mq/sutka dozaya çatdırılır.
İnvolyusion yaş depressiyası zamanı ə/d 200 mq/sutka təyin edilir.
Piridoksindən asılı qıcolma sindromunun müalicəsi üçün böyüklərə v/d və ya ə/d gündəlik 30-600
mq; uşaqlara 10-100 mq yeridilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.