Pharmed

PERTUSSIN 120/10MG 100ML SRP

PERTUSSİN şərbət
 


PERTUSSİN tərkibi


Təsiredici maddə: 1 q şərbətin tərkibində 120 mq kəklikotunun duru (1:1) ekstraktı (Serpilli
 herba) (ekstragent – etanol 30%), 10 mq kalium bromid vardır.
Köməkçi maddələr: şəkərli şərbət, etanol 96%, təmizlənmiş su.


Farmakoterapevtik qrupu
Öskürək və soyuqdəymə xəstəliklərində istifadə edilən vasitələr.
ATC kodu: R05CA10.


Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası

Pertussin bəlğəmin xaric olmasını sürətləndirir, yumşaldıcı effektə malikdir və sedativ təsir
göstərir. Preparat mukosiliar klirensi stimulə edir. Kəklikotu ekstraktında efir yağlarının, aşı
maddələrinin, acılığın olması, sinir uclarının (əsasən parasimpatik) qıcıqlanmasına səbəb olur ki,
bu da, bronxiolun duru ekstraktının xaric olmasını gücləndirir, bronxial ifrazatın özlülüyünü
azaldır. Bəlğəmin xaric olmasını gücləndirir, səyrici epitelinin aktivliyini artırır, bronxial ağacın
drenaj funksiyasını yaxşılaşdırır.


Farmakokinetikası
Öyrənilməyib.


PERTUSSİN istifadəsinə göstərişlər


Tənəffüs yollarının öskürəklə müşayiət edilən iltihabi xəstəliklərinin simptomatik müalicəsi:
bronxitlər, traxeitlər, pnevmoniyalar, göyöskürək.


PERTUSSİN əks göstərişlər


Preparatın istənilən komponentinə, o cümlədən, bromidlərə və Dodaqçiçəklilər (Lamiaceae)
fəsiləsinin digər bitkilərinə qarşı yüksək həssaslıq, eləcə də, kərəvəzə və tozağacının tozuna
(çarpaz reaksiya mümkündür); 4 yaşa qədər uşaqlar; ürək-damar sisteminin dekompensasiyası;
arterial hipotenziya, ifadəli ateroskleroz, anemiya, böyrək funksiyasının pozulması ilə böyrək
xəstəlikləri, şəkərli diabet, alkoqolizm.


Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı məsləhət görülən dozalarda qəbul etmək lazımdır.
Şəkərli diabetli pasiyentlərin preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi
vacibdir.
4-6 yaşlı uşaqlarda preparat qaynanmış suda həll edilərək istifadə edilir.
Preparatla müalicə zamanı simptomatika pisləşdikdə və/və ya təngnəfəslik, bədən
temperaturunun yüksəlməsi, irinli bəlğəm yarandıqda, həkimlə məsləhətləşmək vacibdir. Bir
həftə ərzində simptomatika dəyişməz qaldıqda, həkimlə məsləhətləşmək lazımdır.


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlum deyil. Eyni vaxtda istənilən digər dərman vasitəsi istifadə edilərsə, bu barədə həkimə
məlumat vermək lazımdır.


Hamiləlik və laktasiya dövründə istifadəsi
Kifayət qədər məlumat olmadığı üçün bu dövrlərdə preparatın istifadəsi məsləhət görülmür.


Pediatriyada istifadəsi
4 yaşdan yuxarı uşaqlarda həkim təyinatı ilə istifadə etmək olar.


Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri

Preparatın tərkibində spirt olduğu üçün pasiyentlər nəqliyyat vasitəsini və digər potensial
təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmalıdırlar.


PERTUSSİN istifadə qaydası və dozası


Daxilə qəbul edilir. Böyüklər və 12 yaşdan yuxarı uşaqlara sutkada 3 dəfə 1 xörək qaşığı (15 ml)
təyin edilir.
4-6 yaşlı uşaqlarda ½ çay qaşığı (2,5 ml) sutkada 3 dəfə, 6-9 yaşlı uşaqlarda 1 çay qaşığı (5 ml)
sutkada 3 dəfə, 9-12 yaşlı uşaqlarda 1 desert qaşığı (10 ml) sutkada 3 dəfə istifadə edilir.
6 yaşa qədər uşaqlarda preparatın birdəfəlik ½ çay qaşığı (2,5 ml) dozasını 2 desert qaşığı (20
ml) soyudulmuş qaynanmış suda həll etmək lazımdır.
Müalicə müddətini xəstəliyin gedişindən, kompleks terapiyanın xarakterindən və preparata qarşı
dözümlülükdən asılı olaraq həkim təyin edir.


PERTUSSİN əlavə təsirləri


Uzunmüddətli istifadəsi zamanı bromizm yarana bilər: dəri səpgiləri, rinit, konyunktivit,
qastroenterokolit, ümumi zəiflik, ataksiya, bradikardiya.
Mədə-bağırsaq sistemində baş verə bilən pozulmalar mümkündür (ürəkbulanma, qusma, diareya
daxil olmaqla).
Preparatın tərkibindəki maddələrə qarşı allergik reaksiyalar mümkündür.
İstənilən əlavə təsirin yaranması zamanı həkimə müraciət etmək lazımdır.


Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı əlavə təsirlərin güclənməsi mümkündür. Terapiya
simptomatikdir.


Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.