Pharmed

PENTALGİN CREAM

PENTALGİN  örtüklü tabletlər                  

 

PENTALGİN tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 325 mq parasetamol, 100 mq naproksen, 50 mq susuz

                                  kofein, 40 mq drotaverin hidroxlorid, 10 mq feniramin maleat vardır.

Köməkçi maddələr:   mikrokristallik sellüloza, kartof nişastası, natrium kroskarmelloza,

                                  hiproloza (hidroksipropilsellüloza (klusel EF)), limon turşusu  

                                  monohidrat, butilhidroksitoluol (E 321), maqnezium stearat, talk, sarı

                                  xinolin boyaq maddəsi (E 104), indiqokarmin (E 132).

Örtük:                       hipromelloza (hidroksipropilmetilsellüloza), povidon (polivinilpirrolidon

                                  ortamolekulyar tibbi), polisorbat-80 (tvin-80), titan dioksid, sarı xinolin

                                  boya maddəsi, indiqokarmin (E132).

 

 

İstifadəsinə göstərişlər

Müxtəlif mənşəli ağrı sindromu, o cümlədən oynaqlarda, əzələlərdə ağrılar və radikulit zamanı ağrılar, menstrual ağrılar, nevralgiyalar, diş və baş ağrıları (o cümlədən, baş beyin damarlarının spazmı ilə əlaqədar baş ağrıları).

Saya əzələlərinin spazmı ilə əlaqədar ağrı sindromu, o cümlədən xroniki xolesistit, öddaşı xəstəliyi, postxolesistektomik sindrom, böyrək sancısı zamanı.

Posttravmatik və əməliyyatdan sonrakı, o cümlədən iltihab ilə müşayiət olunan ağrı sindromu.

Hərarət sindromu ilə müşayət olunan soyuqdəymə xəstəlikləri (simptomatik müalicə kimi).

 

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, mədə-bağırsaq traktının eroziv-xora zədələnmələri (kəskinləşmə fazasında), mədə-bağırsaq qanaxmaları, tam və ya hissəvi müştərək rast gəlinən bronxial astma, burnun və burunətrafı ciblərin residivedici polipozu və asetilsalisil turşusuna və ya qeyri-steroid iltihabəleyhinə digər preparatlara qarşı hiperhəssasliq, o cümlədən anamnezdə ağır qaraciyər və/və ya böyrək çatışmazlığı, sümük iliyinin qanyaradıcı funksiyasının zəifləməsi, aorta-koronar şuntlamadan sonrakı hallar; ürək-damar sisteminin  ağır üzvi xəstəlikləri (o cümlədən kəskin miokard infarktı), paroksizmal taxikardiya, tez-tez baş verən mədəcik ekstrasistoliyası, ağır arterial hipertenziya, hiperkaliyemiya, 18 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparat hamiləlik zamanı əks-göstərişdir. Laktasiya dövründə preparatın istifadəsi zəruri olduqda laktasiya dayandırılmalıdır.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə nəqliyyat vasitəsini idarə etdikdə və yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olduqda ehtiyatlı olmaq lazımdır.

 

PENTALGİN istifadə qaydası və dozası

Daxilə qəbul edilir.

Preparat 1 tabletdən gündə 1-3 dəfə qəbul edilir. Maksimal sutkalıq doza – 4 tablet təşkil edir.

Hərarətsalıcı kimi istifadə etdikdə müalicənin müddəti 3 gündən, ağrıkəsici kimi – 5 gündən çox olmamalıdır.

Preparatla müalicə ancaq həkim məsləhətindən sonra davam etdirilə bilər.

Göstərilən dozaları aşmaq olmaz.