Pharmed
PATRIL FORTE 0,2% 5ML DAMLA
PATRİL FORTE, 0,2 % göz damcısı
PATRİL FORTE tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 2,0 mq olopatadin (2,22 mq olopatadin hidroxlorid şəkilində) vardır.
İstifadəsinə göstərişlər
Allergik konyunktivitlə əlaqəli yaranmış okulyar qaşınmanın müalicəsində istifadə olunur.
Əks göstərişlər
Preparatın təsiredici maddəsinə və ya hər hansı köməkçi maddələrinə qarşı yüksək həssaslıq hallarında preparat istifadə edilməməlidir. Preparat yalnız yerli oftalmoloji istifadə üçün nəzərdə tutulmuşdur. İnyeksiya şəklində istifadə edilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda kifayət qədər və yaxşı nəzarət olunan tədqiqatlar aparılmamışdır. Bu dərman vasitəsinin hamilə qadınlarda istifadəsi yalnız ana üçün gözlənilən fayda embrion və ya döl üçün potensial riski üstələdiyi halda mümkündür. Preparatın lokal okulyar istifadəsinin insan südünün tərkibində aşkar edilə biləcək miqdarda sistem absorbsiyaya səbəb ola biləcəyi məlum deyil. Buna görə Patril Forte 0,2% (olopatadin hidroxlorid oftalmoloji məhlul) məhlulu laktasiya dövründə istifadə edilməməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Hər hansı digər göz damcılarında olduğu kimi, müvəqqəti bulanıq görmə və ya digər görmə pozğunluqları nəqliyyat vasitələrinin idarə edilməsi və ya mexanizmlərdən istifadə qabiliyyətinə təsir göstərə bilər. Əgər bulanıq görmə instilyasiya zamanı baş verərsə, pasiyent nəqliyyat vasitələrini və ya mexanizmləri istifadə etməzdən əvvəl görmənin tam aydınlaşmasına (bərpa olunmasına) qədər gözləməlidir.
PATRİL FORTE istifadə qaydası və dozası
Tövsiyə olunan doza hər zədələnmiş gözə gün ərzində bir dəfə 1 damcı təşkil edir.