Pharmed

PARASETAMOL 500MG N20 TB (SOFARMA)

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

 Farmakoloji və Farmakopeya

 Ekspert Şurasının sədri

 _____________ E.M.Ağayev

 “____”________________ 2022-ci il

 

 

 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PARASETAMOL SOFARMA tabletlər

PARACETAMOL SOPHARMA

 

Beynəlxalq patentləşdirilməmiş adı: Paracetamol

 

Tərkibi

Тəsiredici maddə: 1 tabletin tərkibində 500 mq parasetamol vardır.

Кöməkçi maddələr: povidon K30, laktoza monohidrat, buğda nişastası, maqnezium stearat, talk.

 

Təsviri

Yastı, ağdan ağımtıla qədər, dairə formasında olan 13 mm diametrində, bir tərəfində bölmə xətti

olan tabletlərdir. Tabletləri iki bərabər hissəyə bölmək olar.

 

Farmakoterapevtik qrupu

Analjeziklər və antipiretiklər. Anilidlər.

 

ATC kodu: N02BE01.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Parasetamol Sofarma tabletlərinin tərkibində güclü ağrıkəsici və qızdırmasalıcı təsirə malik

parasetamol adlı təsiredici maddə vardır.

Parasetamol güclü analgetik və antipiretik təsirə maikdir. Onun iltihabəleyhinə aktivliyi zəif təzahür

edir və klinik əhəmiyyətə malik deyil. Təsir mexanizmi siklooksigenazaları (COX-1 və COX-2 zəif

tormozlayır, COX-3 isə seçici şəkildə) inhibə edərək və hətta bradikinin-həssas reseptorları blokada

edərək baş beyin və onurğa beyində prostaqlandinlərin sintezini inhibə edir.

Farmakokinetikası

Sorulması

Peroral istifadəsindən sonra parasetamol tez və demək olar ki, tamamilə mədə-bağırsaq sistemindən

sorulur. Onun sorulması vegetarianlarda ləng və natamam ola bilər. Maksimal plazma

konsentrasiyasına peroral istifadəsindən təqribən 30-60 dəqiqədən sonra çatır.

Paylanması

Orqanizmin maye və toxumalarında intensiv şəkildə paylanır. Plazma zülalları ilə zəif birləşir.

Metabolizmi

Parasetamol əsasən qaraciyərdə, qlükuronlaşma və sulfatlaşma yolu ilə metabolizmə uğrayır.

Xaric olması

Əsasən qlükuronlar şəklində (60-80%), sulfo-birləşmə şəklində (20-30%) və az miqdarda

dəyişilməmiş parasetamol şəklində (5%) sidiklə xaric olur.

Yarımxaricolma dövrü 1-3 saatdır.

 

İstifadəsinə göstərişlər

Zəif və orta dərəcəli baş ağrılarında, miqren, diş ağrısında, revmatik və əzələ ağrılarında, menstrual

ağrıların müalicəsində, boğaz ağrısı, həmçinin soyuqdəymə ağrılarında, yüksək hərarət zamanı

müşahidə olunan əzginliyin müalicəsində istifadə olunur.

Əgər simptomlarınız ağırlaşırsa və ya 3 gün ərzində simptomlarınızda müsbət dinamika müşahidə

olunmursa, həkiminizə müraciət edin.

Əks göstərişlər

- Parasetamol Sofarma preparatının təsiredici maddəsınə və ya köməkçi maddələrindən istənilən

birinə qarşı allergiya (hiperhəssaslıq);

- Ağır qaraciyər xəstəlikləri.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

- Əgər Sizdə ağır qaraciyər və ya böyrək xəstəliyi varsa, həkiminizə məlumat verin .

- Əgər simptomlarınız ağırlaşırsa və ya 3 gün ərzində simptomlarınızda müsbət dinamika müşahidə

olunmursa, müalicəniz təkrar nəzərdən keçirilməlidir.

- Əgər Parasetamol qəbul edərkən aritmiya müşahidə olunarsa müalicə dərhal dayandırılmalıdır.

- Parasetamol Sofarmanı qəbul edərkən doza həddinin aşılmasına yol verməmək üçün tərkibində

parasetamol olan digər dərman preparatları qəbul etmək olmaz

- Xroniki alkoqolizmdə ehtiyatla istifadə edin.

Bəzi tərkib hissələri barədə vacib məlumat

- Bu dərmanın tərkibindəki buğda nişastasına çox az miqdarda qlüten daxildir və əgər Sizdə

seliakiya (qlütenə qarşı dözümsüzlük ) xəstəliyi varsa, hər hansı bir problem yaranma ehtimalı

yoxdur. Bir tabletin tərkibində 3,6 mikroqrama qədər qlüten var. Buğdaya garşı allergiyası olan

(seliakiyadan fərqli) pasientlərə bu preparatın qəbulu məsləhət görülmür.

- Preparatın tərkibində laktoza monohidrat vardır. Əgər Sizdə bəzi şəkər növlərinə qarşı

dözümsüzlük varsa, bu preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparatlar arasında mümkün ola bilən qarşılıqlı təsirə yol verməmək üçün yanaşı olaraq digər

dərman preparatları ilə (o cümlədən reseptsiz buraxılan) aparılan müalicə haqqında müalicə

həkiminə və ya əczaçıya məlumat vermək lazımdır.

Az dozalarda və ya məsləhət görülən istifadə qaydası üzrə qəbul edərkən klinik əhəmiyyət

daşıyan qarşılıqlı təsirlər müşahidə olunmur.

Aşağıdakı preparatları qəbul etdikdə həkiminizi xəbərdar edin:

- kumarin antikoaqulantları (qan laxtalanmasının əleyhinə dərman preparatları)

- Asetilsalisil turşusu (aspirin) və digər QSİƏP (qeyri-steroid iltihabəleyhinə preparatlar)

- Qusmaəleyhinə dərman vasitələri (metoklopramid, domperidon parasetamolun sorulmasını artıra

bilər)

- Antiepileptik dərmanlar (fenitoin, karbamazepin, fenobarbital)

- Antibakterial dərman preparatları (izoniazid, rifampisin, xloramfenikol)

- Xolestiraminlər (xolesterinin səviyyəsi yüksək olduqda) və antasidlər (mədə turşuluğuna azaldan

dərman vasitələri)

Həkiminiz Sizə qanda şəkərin və ya sidik turşusunun laborator müayinəsini təyin edərsə, onu

Parasetamol qəbul etdiyiniz haqda məlumatlandırın.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərman vasitəsini qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin.

Parasetamol Sofarma preparatını hamiləlik dövründə istifadə etmək olar. Siz minimal doza istifadə

etməlisiniz, hansı ki ağrını azaldır və/və ya qızdırmanı qısa bir zamanda salır. Həkiminizə və ya tibb

bacısına müraciət edin əğər ağrı və/və ya sonra yüksək bədən hərarəti sakitləşməyib və ya Sizə daha

tez-tez dərmanı qəbul etmək lazımdır.Parasetamol cüzi miqdarda ana südünə keçir. Laktasiya dövründə sutkalıq terapevtik dozaya və

müalicə kursunun davametmə müddətinə ciddi şəkildə əməl olunduğu hallarda parasetamoldan

istifadə etmək olar.

 

Pediatriyada istifadəsi

6 – 12 yaş arası olan uşaqlar: gündə 3-4 dəfə, ½-1 tablet. 24 saat ərzində 4 tabletdən artıq qəbul

etmək olmaz.

6 yaşa qədər uşaqlar: 6 yaşa qədər uşaqlar üçün bu dərman forması uyğun deyil.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

barədə heç bir məlumat yoxdur. Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət

və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə

məşğul olmaqdan çəkinmək lazımdır.

 

İstifadə qaydası dozası

Həmişə Parasetamol Sofarma preparatını həkiminizin təyinatına və ya bu içlik vərəqədə yazılmış

qəbul qaydasına dəqiq şəkildə əməl etməklə qəbul edin. Nədənsə əmin olmadıqda həkiminizdən və

ya əczaçınızdan soruşun.

Parasetamol Sofarma tabletləri daxilə qəbul edilir.

Tabletlər 2 bərabər hissəyə bölünə bilər.

İstifadə qaydası və dozası

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 3 – 4 dəfə, 1 – 2 tablet. Maksimal sutkalıq doza 8

tabletdən ibarətdir. 12 yaşdan yuxarı olan uşaqlar 24 saat ərzində 3 q-dan (6 tablet) artıq qəbul

etməməlidirlər.

6 – 12 yaş arası olan uşaqlar: gündə 3-4 dəfə, ½-1 tablet. 24 saat ərzində 4 tabletdən artıq qəbul

etmək olmaz uşağa.

6 yaşa qədər uşaqlar - 6 yaşa qədər uşaqlar üçün bu dərman forması uyğun deyil.

2 qəbul arasında 4 – 6 saatlıq fasilə məsləhət olunur. Lazım olduqda dərman vasitəsi hər 4 saatdan

bir qəbul oluna bilər, 24 saat ərzində sutkalıq dozanı keçmək məsləhət olunmur. Tövsiyə edilən

sutkalıq dozanı keçməyin.

Müalicə kursu həkimin məsləhəti olmadan 3 gündən artıq davam edilməməlidir.

Qida məhsulları və içkilərlə birlikdə qəbul edilməsi

Parasetamol Sofarma preparatının müalicə zamanı qaraciyərin zədələnmə riskinin artması ilə

əlaqədar olaraq spirtli içkilərdən istifadə olunması məsləhət görulmür.

Parasetamol Sofarma qəbulunu unutduqda

Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin.

Əgər Sizdə bu dərman preparatının qəbulu barədə hər hansı əlavə sual yaranarsa, həkiminizə və ya

əczaçınıza müraciət etməyiniz xahiş olunur.

 

Əlavə təsirləri

Bütün dərman preparatları kimi, Parasetamol Sofarma, hamıda olmasa da, əlavə təsirlərə səbəb ola

bilər.

Nadir hallarda (≥ 1/10000 - < 1/1000) yüngül fəsadlar mümkündür mədə-bağırsağ traktı tərəfindən

ürəkbulanma, qusma, qarında ağrı, diareya mümkündür.

Çox nadir hallarda (qanda trombositlərin sayının azalması, leykositlərin sayının azalması,

aqranulositoz (yüksək bədən hərarəti, dərinin zədələnməsi və qanda dənəli leykositlərin azalması ilə

gedən kəskin xəstəlik), anemiyalar (qeyri adi yorğunluq, zəiflik və dərinin solğunluğu). Çox nadir

hallarda hiperhəssaslıq reaksiyaları müşahidə olunur, əsasən dəridə qaşınma, müxtəlif xarakterli

səpgilər,övrə meydana çıxır.

Tənəffüs sistemində – nəfəs darlığına meyilliyi olan xəstələrdə, asetilsalisil turşusuna (aspirin) və

digər QSİƏ preparatlarına qarşı allergiyalı xəstələrdə tənəffüsün çətinləşməsi. Uzun müddət yüksək

dozalardan istifadə olunduğu zaman qaraciyərin toksik zədələnməsinə gətirib çıxara bilər. Bunun

ilkin əlamətləri ürəkbulanma, qusma, tərləmə və ümumi halsızlıqdır. Yüksək dozaları qəbul etdikdə böyrəklərin funksiyasının pozulması mümkündür. Çox nadir ciddi dəri reaksiyalar halları qeydə

alınmayıb.

Əgər hər hansı bir əlavə təsir ağırlaşarsa və ya təlimatda qeyd olunmayan əlavə təsirlər əmələ

gələrsə, həkimə və ya əczaçıya məlumat vermək lazımdır.

 

Doza həddinin aşılması

Doza həddinin aşılması qaraciyər transplantasiyası və hətta ölümlə nəticələnən kəskin qaraciyər

çatışmazlığına səbəb ola bilər.

Əgər Siz preparatı lazım olandan yüksək dozada qəbul etmisinizsə, sərxoşluğun ilk əlamətləri

yarana bilər – qarında ağırlıq hissi və ağrı, ürəkbulanma, qusma, iştahanın pozulması, narahatçılıq,

ümumi halsızlıq.

Preparatı lazımi dozadan yüksək dozada qəbul etdiyiniz halda həkiminizi xəbərdar edin, hətta

özünüzü yaxşı hiss etsəniz də.

Doza həddinin aşılması dərmanın qəbulundan sonrakı ilk 1 saatda meydana çıxarsa aktiv kömürün

qəbulu və ya ilk sutka ərzində vena daxilinə N - asetilsistein yeridilməsi effektiv ola bilər.

 

Buraxılış forması

10 tablet, polivinilxlorid və alüminium folqadan hazırlanmış blisterdə. 2 blister, içilik vərəqə ilə

birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

SOFARMA SC.

Sofiya 1220, İlienski şossesi küç., 16, Bolqarıstan.