Pharmed
PANTOVIGAR N90 CAP
PANTOVİQAR
PANTOVİQAR Tərkibi
Təsiredici maddə: 1 kapsulda 100 mq tibbi maya, 60 mq kalsium-D-pantotenat, 60 mq tiamin nitrat, 20 mq L-sistin, 20 mq keratin, 20 mq paraaminobenzoy turşusu vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, povidon, susuz kolloidal silisium dioksid, talk, maqnezium stearat, jelatin, titanium dioksid (E 171), sarı dəmir oksidi (E172), indiqotin (E132)
Farmakoterapevtik qrupu
Vitaminlər, digər kombinasiyaları.
ATC kodu: A11JC.
Farmakoloji xüsusiyyətləri
Pantoviqar preparatının təsiredici maddələri vitaminlər, qida əlavələri, aminturşular və zülallardır.
Farmakodinamikası: Vitaminlər (tiamin mononitrat və kalsium-D-pantotenat, həmçinin tibbi mayada olan vitaminlər) fizioloji metabolizm üçün vacibdir. Gündəlik pəhrizdə vitamin çatışmazlığı olduğu təqdirdə, bu çatışmazlığa dair əlamətlər müşahidə oluna bilər. Keratin saç və dırnaqların ən vacib tərkib hissəsidir. L-sistin və para-aminobenzoy turşusu ilə birlikdə saç və dırnaqları gücləndirir. Pantoviqar kapsulları müxtəlif mənşəli saç tökülmələrini azaldır, saçın strukturunu yaxşılaşdırır və saçın kimyəvi və mexaniki zədələnmələrə qarşı müqavimətini artırır. Həmçinin, bu preparat dırnaqların böyüməsini stimullaşdırır və onları möhkəmləndirir. Farmakokinetikası: Pantoviqar preparatının farmakokinetikası ilə bağlı heç bir tədqiqat aparılmamışdır. Preparatın vitaminləri mədə-bağırsaq traktının yuxarı hissəsindən sorulur. Keratinin hidrolizindən sonra əmələ gələn aminturşuların komponentləri (L-sistin və para-aminobenzoy turşusu) passiv diffuziya yolu ilə sorulur və (və ya) xüsusi daşıyıcı sistem iştirak edir. Klinikayaqədərki təhlükəsizlik məlumatları Pantoviqar preparatının təsiredici maddələri adi pəhrizin tərkib hissəsidir, həmçinin müxtəlif ölkələrdə qida əlavələri kimi istifadə olunur. Qeyri-klinik məlumatlar, təhlükəsizlik farmakologiyası, təkrarlanan doza toksikliyi, genotoksiklik, kanserogen potensial, reproduktivlik və inkişaf toksikliyinin ənənəvi tədqiqatlarına əsaslanaraq insanlar üçün heç bir xüsusi təhlükə göstərmir.
İstifadəsinə göstərişlər
- Mənşəyi bilinməyən yayılmış saç tökülməsi.
- Saçın strukturunda degenerativ dəyişikliklər (zəifləmiş, nazik, elastik olmayan, kövrək, cansız, solğun, rəngsiz saçlar), günəş işığı və ya ultrabənövşəyi şüalardan zədələnmiş saçlar.
- Saçların ağarmasının qarşısının alınması.
- Dırnaqlarda böyümə pozğunluqları (kövrək, çatlamış və elastik olmayan dırnaqlar).
Əks göstərişlər
Pantoviqarın təsiredici və ya hər hansı köməkçi maddələrinə qarşı yüksək həssaslıq. 12 yaşadək uşaqlarda istifadəsi. Hamiləliyin I və II trimestrində istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Heç bir xüsusi göstəriş və ehtiyat tədbirləri tələb olunmur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Tərkibində sulfonamidlər olan dərman preparatları qəbul edirsinizsə və ya bu yaxınlarda qəbul etmisinizsə, Pantoviqar ilə müalicəyə başlamazdan əvvəl həkiminizə və ya əczaçınıza məlumat verin.
Uyuşmazlıq: Əgər Pantoviqar ilə eyni vaxtda sulfanilamidlər qəbul edilərsə, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verməlisiniz. Digər dərman vasitələri ilə qarşılıqlı təsir müşahidə edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Heyvan tədqiqatları :Pantoviqar preparatının hamiləliyə və embrion/dölün inkişafına, uşaqdoğma və doğuşdan sonrakı inkişafa təsirini göstərmək üçün kifayət deyildir. İnsanlar üçün heç bir təhlükə məlum deyil. Pantoviqar preparatı hamiləlik və laktasiya dövründə yalnız fayda və potensial risk nisbətinin diqqətlə qiymətləndirilməsindən sonra təyin edilməlidir.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Pantoviqar preparatı nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə cüzi təsir edir və ya etmir.
PANTOVİQAR İstifadə qaydası və dozası
Pantoviqar kapsulları peroral istifadə üçün nəzərdə tutulub.
Böyüklər: Gündə 3 dəfə 1 kapsul qəbul edilməlidir.
Uşaq və yeniyetmələr (> 12 yaş): Gündə 1 dəfə 1-2 kapsul qəbul edilməlidir. Kapsulları yemək zamanı çeynəmədən, az miqdarda maye ilə udmaq lazımdır. Orta müalicə müddəti 3-6 aydır. Lazım gələrsə, müalicə kursu davam etdirilə və ya təkrarlana bilər. Pantoviqar preparatı 12 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir, çünki təhlükəsizliyi və effektivliyinə dair məlumat yoxdur.
Əlavə təsirləri
Hər bir tezlik qrupu daxilində əlavə təsirlər azalan ağırlıq sırası ilə göstərilmişdir. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: Çox tez-tez (≥ 1/10) Tez-tez (≥ 1/100 - < 1/10) Bəzən (≥ 1/1000 - < 1/100) Nadir hallarda (≥ 1/10000 - < 1/1000) Çox nadir hallarda (< 1/10000) Məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil).
Sinir sistemi pozğunluqları: Tezliyi məlum deyil: baş ağrısı və ya başgicəllənmə.
Ürək-damar sistemi pozğunluqları: Nadir hallarda: taxikardiya, nəbz vurğularının sayının artması. Tezliyi məlum deyil: palpitasiya (ürəkdöyünmə hissi)
Mədə-bağırsaq pozğunluqları: Tezliyi məlum deyil: diareya, qusma, qarın nahiyəsində ağrı, meteorizm, qıcqırma, ürəkbulanma
Dəri və dərialtı toxuma pozğunluqları: Nadir hallarda: övrə, səpgi, qaşınma. Tezliyi məlum deyil: eritema.
Ümumi pozğunluqlar və yeridilmə nahiyəsindəki reaksiyalar: Nadir hallarda: tər ifrazının artması
Doza həddinin aşılması
Doza həddinin aşılması simptomları müşahidə edilməmişdir.
Buraxılış forması
15 kapsul alüminium/poliviniliden xlorid blisterdə. 6 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.