pharmed

PANTENOL 50MG 116GR AER (UKR)

PANTENOL aerozol    dəri üzərində istifadə etmək üçün köpük PANTHENOL aerosol

Beynəlxalq patentləşdirilməmiş adı: Dexpanthenol

 

Tərkibi
Təsiredici maddə:    58 q və ya 116 q preparatın tərkibində 2,5 q və ya 5,0 q dekspantenol (100 % maddə hesabı ilə) vardır.
Köməkçi maddələr: emulqasiya olunmuş setostearil spirti (tip A), makroqolqliserol kokoat, metilparahidroksibenzoat (E 218), propilenqlikol, kalium dihidrofosfat, natrium hidrofosfat dodekahidrat, təmizlənmiş su, tetraflüoretan.

 

Təsviri
Zəif spesifik qoxulu, ağ rəngli köpükdür.

 

Farmakoterapevtik qrupu
Yaraların və xoraların müalicəsi üçün preparatlar.
ATC kodu: D03АХ03.

 

Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası

Dekspantenol – pantoten turşusunun spirtli analoqudur və aralıq maddələr mübadiləsi sayəsində, pantoten turşusu ilə oxşar bioloji effektivliyə malikdir. Pantoten turşusu və onun duzları, bir çox metabolik proseslərdə koenzim A şəklində iştirak edən, suda həll olunan vitaminlərdirlər. Dekspantenolun yerli istifadəsi, zədələnmiş dərinin və/və ya selikli qişaların pantoten turşusuna olan yüksək tələbatını kompensasiya edə bilər.
Farmakokinetikası
Preparatın aktiv substansiyası dəri tərəfindən absorbsiya olunur. Aktiv maddənin dəridə və selikli qişalarda metabolizminin öyrənilməsi istiqamətində ətraflı tədqiqatlar aparılmamışdır.
İstifadəsinə göstərişlər
Dərinin və selikli qişaların müxtəlif zədələnmələri zamanı, o cümlədən, sıyrıntılar, yanıqlar, əməliyyatdan sonrakı aseptik yaralar, dəri transplantasiyası, bullyoz və qovuqcuqlu dermatitlərdə istifadə olunur.

 

Əks göstərişlər
Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Balon təzyiq altındadır.
Balonu əldən salmaq olmaz, zədələnmələrdən, birbaşa günəş şüalarının təsirindən və 50°C temperaturdan yuxarı qızmadan qorumaq lazımdır. Köpüyün istifadəsi tam sona çatdıqdan sonra belə, balonu açmaq və yandırmaq olmaz, yalnız balonun içərisində olan qaz tam buraxıldıqdan sonra onu tullamaq olar. Preparatı açıq alovun və ya bərk qızmış əşyaların yanında püskürtmək olmaz.
Preparatdan ilk dəfə istifadə etdikdə, balonu əsaslı çalxalamaq, köpük əmələ gələnə qədər ilk porsiyanı buraxmaq və yalnız bundan sonra, preparatı zədələnmiş səthin üzərinə istifadə etmək lazımdır.
Köpüyün gözlərə düşməsindən çəkinmək lazımdır. Köpük təsadüfən gözlərə düşdüyü halda, onları su ilə yumaq lazımdır.
Bronxial astmadan və ya bronx-ağciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə Pantenol aerozoldan istifadə etdikdə, propellent ilə nəfəs almaq olmaz; çünki o, selikli qişaların qıcıqlanmasına və ya hətta bronxial astma tutmasının baş verməsinə səbəb ola bilər.
Nəzərə almaq lazımdır ki, preparatın tərkibinə daxil olan setostearil spirti yerli dəri reaksiyalarının (məsələn, kontakt dermatit) meydana çıxmasına, propilenqlikol isə dərinin qıcıqlanmasına səbəb ola bilər.
Uşaqlar
Uşaqlarda preparatı həkim təyinatına əsasən və böyüklərin nəzarəti altında istifadə etmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pantenol aerozol preparatının digər dərman preparatları ilə qarşılıqlı təsirləri barədə heç bir məlumat yoxdur.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi
Pantotenat aktiv nəqlolunma prosesi yolu ilə plasentar baryerdən keçir və udulma dərəcəsinə proporsional olaraq, ana südünə nüfuz edir.
Yerli istifadədən sonra dekspantenolun sistem biomənimsənilməsi barədə heç bir məlumatın olmamasını nəzərə alaraq, hamiləlik və ya laktasiya dövründə Pantenol aerozolun dərinin geniş sahələrində istifadəsi üçün zərurət yarandıqda, preparatın istifadəsinin ana üçün faydasını və döl/uşaq üçün ehtimal olunan riskini hərtərəfli qiymətləndirmək lazımdır. Hamiləlik dövründə preparatın istifadəsi, yalnız həkim təyinatı əsasında mümkündür.
Laktasiya dövründə döş giləsinin çatlarının müalicəsi üçün istifadə edildikdə, qidalandırmadan əvvəl preparatı yumaq vacibdir.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Heç bir xüsusi xəbərdarlıq yoxdur.

 

İstifadə qaydası və dozası
Pantenol aerozolunu sutkada 1 və ya bir neçə dəfə zədələnmiş nahiyəyə bir bərabərdə püskürtmək lazımdır.
Preparatı püskürtdükdə, balonu vertikal, qapağı yuxarı istiqamətdə saxlamaq lazımdır. Keyfiyyətli köpüyün əldə olunması üçün, xüsusilə, preparat uzun müddət ərzində istifadə edilmədiyi halda, balonu istifadə etməzdən əvvəl hər dəfə güclü çalxalamaq lazımdır. Preparat ilk dəfə istifadə edildiyi halda, köpük əmələ gəlməmişdən əvvəl, ilk olaraq yalnız propellent püskürdülə bilər.
Püskürdücünün taxmasını zədələnmiş nahiyəyə yaxınlaşdırmaq və üzərindən yüngül sıxaraq, 10-
20 sm məsafədən 1-2 saniyə müddətində preparatı zədələnmiş nahiyəyə bir bərabərdə püskürtmək lazımdır.
Müalicənin davametmə müddəti xəstəliyin növündən və gedişindən asılıdır və həkim məsləhətindən sonra müəyyən olunur.
Pantenol aerozolu üz nahiyəsində istifadə etmək tələb olunduğu halda, preparatı bilavasitə üz nahiyəsinə püskürtmək olmaz. Preparatı ovucun icinə püskürtmək və sonra üz nahiyəsinin müvafiq hissəsinə yaymaq lazımdır. Preparatı gözlərə, bilavasitə ağız boşluğuna və ya buruna püskürtmək olmaz.

 

Əlavə təsirləri
Allergik reaksiyalar: çox nadir hallarda qaşınma, eritema, ekzema, səpgilər, övrə və qovuqcuqlar kimi simptomlarla müşayiət olunan, allergik, kontakt dermatit və dəri qıcıqlanması meydana çıxa bilər.

 

Doza həddinin aşılması
Pantenol aerozol preparatını təlimata müvafiq istifadə etdikdə, doza həddinin aşılması az ehtimal edilir.
Çox miqdar preparatı daxilə qəbul etdikdə, toksik effektlərin meydana çıxması gözlənilmir. Mədə-bağırsaq pozğunluqları meydana çıxdıqda, simptomatik müalicə təyin olunur.

 

Buraxılış forması
58 q və ya 116 q, fasiləsiz hərəkətli qapaqlı, püskürdücülü və qoruyucu qapaqlı alüminium aerozol balonda. 1 balon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

 

İstehsalçı və ünvan
“Mikrofarm” MMC.
Ukrayna, 61013, Xarkov şəh., Şevçenko küç., 20.