Pharmed
PANKREATIN 25MG N60 TB
PANKREATİN bağırsaqda həll olan örtüklü tabletlər PANCREATIN
Beynəlxalq patentləşdirilməmiş adı: Pancreatin
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 100,000 mq pankreatin vardır.
Köməkçi maddələr: kartof nişastası, jelatin, kalsium stearat, laktoza monohidrat (süd şəkəri).
Örtük: metakril turşusu və etilakrilat sopolimeri [1:1] (Kollicoat®МАЕ 100 Р), talk, polisorbat (tvin-80), povidon (kollidon 30), titan dioksid (titan 2 oksid), azorubin rəngləyicisi (turş qırmızı 2C, karmuazin, E 122).
Qeyd. Pankreatinin milliqramlarla ifadə olunan miqdarı 250 TV/q proteaza aktivliyi olan
substansiya üçün göstərilmişdir. Daha yüksək aktivlik vəziyyətində pankreatinin miqdarını müvafiq olaraq aşağı salmaq və laktoza monohidratın miqdarını artırmaq lazımdır.
Təsviri
Hər iki tərəfi qabarıq formalı, çəhrayı və ya tünd-çəhrayı rəngli örtüklü tabletlərdir. Köndələn kəsikdə iki qat görsənir: xarici qat – çəhrayı və ya tünd-çəhrayı rəngli, daxili qat – sarımtıl və ya qonurabənzər çalarlı ağ rəngdən açıq-qonurdan tünd-qonura qədər xallı qonura qədər rənglidir. Spesifik qoxunun mövcudluğu mümkündür.
Farmakoterapevtik qrupu
Həzm sisteminin ferment preparatı.
ATC kodu: А09АА02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Mədəaltı vəzinin xarici sekresiya funksiyasının çatışmazlığını kompensasiya edir, proteolitik, amilolitik və lipolitik təsir göstərir.
Pankreatinin tərkibinə daxil olan fermentlər (lipaza, amilaza, tripsin, ximotripsin) zülalların amin turşularına qədər, yağların qliserinə və yağ turşularına qədər, nişastanın dekstrinə və monosaxaridlərə qədər parçalanmasına səbəb olur.
Mədə-bağırsaq traktının funksional vəziyyətini yaxşılaşdırır, həzm proseslərini normalaşdırır.
Tripsin mədəaltı vəzinin stimullaşdırılmış sekresiyasını inhibə edir və analgeziyaedici təsir göstərir.
Farmakokinetikası
Mədə şirəsinin təsirindən örtüklə qorunduğunu nəzərə alaraq, pankreatik fermentlər nazik bağırsağın qələvi mühitinə düşdükdə, dərman formasının tərkibindən azad olurlar.
Peroral yolla istifadə edildikdə, maksimal fermentativ aktivlik 30-40 dəqiqədən sonra qeyd olunur. Fermentlərin əksər hissəsi autoliz və proteoliz nəticəsində inaktivləşir. Həzm fermentlərinin əhəmiyyət kəsb etməyən hissəsi bağırsaqlardan xaric olunur.
İstifadəsinə göstərişlər
Mədəaltı vəzinin xarici sekresiya funksiyasının çatışmazlığı zamanı əvəzedici müalicə: xroniki pankreatit, pankreatektomiya, şüalanmadan sonrakı vəziyyət, dispepsiya, mukovissidoz.
Meteorizm, qeyri-infeksion mənşəli diareya, Remheld sindromu (qastrokardial sindrom).
Qida mənimsənilməsinin pozulması (mədə və nazik bağırsaq rezeksiyasından sonrakı vəziyyət); normal mədə-bağırsaq traktı funksiyası qeyd olunan şəxslərdə qeyri-sağlam qida qəbulu zamanı (yağlı qida qəbulu, həddindən artıq qida qəbulu, qeyri-müntəzəm qidalanma) və çeynəmə funksiyaları pozulduğu hallarda, az hərəkətli həyat tərzi keçirdikdə və uzunmüddətli immobilizasiya zamanı qida həzmini yaxşılaşdırmaq üçün istifadə edilir.
Qarın boşluğu orqanlarının rentgenoloji və ultrasəs müayinəsinə hazırlıq müddəti.
Əks göstərişlər
Preparatın tərkibinə daxil olan komponentlərə qarşı yüksək həssaslıq, kəskin pankreatit, xroniki pankreatitin kəskinləşməsi, 6 yaşa qədər uşaqlar.
Preparatın tərkibində laktoza monohidratın olmasını nəzərə alaraq, qalaktozaya qarşı dözümsüzlüklə əlaqəli, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası sindromu kimi nadir irsi xəstəliklərdən əziyyət çəkən pasiyentlərdə preparatın istifadəsi tövsiyə olunmur.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Mukovissidoz zamanı preparatı ehtiyatla təyin etmək lazımdır, çünki preparatın dozası, qəbul edilən qidanın miqdarına və keyfiyyətinə müvafiq seçilməlidir; strikturaların (fibroz kolonapatiya) inkişaf etməsi riskinin yüksəlməsini nəzərə alaraq, pankreatinin yüksək dozalarda istifadəsi tövsiyə olunmur.
Adekvat seçilmiş dozanın kriteriləri: bədən kütləsinin artması, qarın işləməsinin normalaşması (sutkada 3 dəfədən az, konsistensiyasının normalaşması), qarın köpməsinin azalması.
Preparatın dozası, qəbul edilən qidanın keyfiyyətinin və miqdarının nəzərə alınması ilə yağların sorulması üçün tələb olunan fermentlərin miqdarına adekvat olmalıdır.
Preparatdan uzun müddət ərzində istifadə etdikdə, eyni zamanda dəmir preparatları təyin olunmalıdır.
Digər dərman maddələri ilə qarşılıqlı təsiri
Pankreatindən istifadə etdikdə, dəmirin və fol turşusunun sorulmasının aşağı düşməsi ehtimal edilir.
Tərkiblərində kalsium karbonat və/və ya maqnezium hidroksid olan antasid preparatların eyni zamanda istifadəsi, pankreatinin effektivliyinin aşağı düşməsinə gətirib çıxara bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Pankreatinin hamiləlik dövründə istifadəsinin təhlükəsizliyi kifayət qədər öyrənilməmişdir. Hamiləlik dövründə preparatın istifadəsi yalnız, ana üçün gözlənilən faydası döl üçün potensial riskdən üstün olduğu hallarda mümkündür.
Laktasiya dövründə pankreatinin istifadəsi üçün heç bir əks göstəriş yoxdur.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitəsini idarəetmə və yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğulolma qabiliyyətinə heç bir təsir göstərmir.
İstifadə qaydası və dozası
Daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur. Preparatı yemək zamanı və ya yeməkdən sonra, çeynəmədən və qeyri-qələvi maye (su, meyvə şirələri) ilə birlikdə daxilə qəbul etmək lazımdır.
Preparatın dozası fərdi qaydada, həzm pozğunluğunun dərəcəsindən asılı olaraq, müəyyən olunur.
Böyüklərə adətən, sutkada 3-6 dəfə 2-4 tablet təyin edilir. Maksimum sutkalıq doza 16 tablet təşkil edir.
6 yaşdan yuxarı uşaqlarda preparat, həkim təyinatı əsasında istifadə edilir. Doza, fərdi qaydada müəyyən edilir. Adətən, sutkada 3 dəfə 1 tablet təyin edilir.Müalicənin davametmə müddəti bir neçə gündən (qeyri-sağlam qidalanma nəticəsində həzm prosesinin pozulması baş verdikdə) bir neçə aya və ya ilə qədər (daimi əvəzedici müalicə üçün zərurət yarandığı hallarda) dəyişə bilər.
Əlavə təsirləri
Allergik reaksiyalar. Nadir hallarda – diareya, qəbizlik, mədə nahiyəsində narahatlıq hissi, ürəkbulanma (göstərilən reaksiyaların pankreatinin təsiri ilə səbəb-nəticə əlaqəsi müəyyən edilməyib, nəzərə almaq lazımdır ki, belə hallar mədəaltı vəzinin xarici sekresiya funksiyasının çatışmazlığı ilə əlaqəli simptomlarına aiddir). Preparatı uzun müddət ərzində yüksək dozalarda istifadə etdikdə, hiperurikozuriyanın, hiperurikemiyanın inkişaf etməsi mümkündür. Mukovissidoz zamanı pankreatini tələb olunandan yüksək dozalarda istifadə etdikdə, qalxan çənbər bağırsağın ileosekal şöbəsində strikturaların (fibroz kolonopatiyanın) inkişaf etməsi qeyd oluna bilər.
Pankreatini uşaqlarda yüksək dozalarda istifadə etdikdə, perianal qıcıqlanma və ağız boşluğu selikli qişasında qıcıqlanma meydana çıxa bilər.
Doza həddinin aşılması
Simptomları: hiperurikozuriya, hiperurikemiya. Uşaqlarda – qəbizlik.
Müalicəsi: preparatın istifadəsinin dayandırılması, simptomatik müalicənin təyin olunması.
Buraxılış forması
25 TV, bağırsaqda həll olunan örtüklü tabletlər.
10 tablet, polivinilxlorid örtüklü və laklanmış çaplı alüminium folqa və ya polietilen örtüklü kağız konturlu-yuvalı qablaşmada.
1 flakon və ya 6 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
“Biosintez” İSC, Rusiya Federasiyası, 440033, Penza şəh., Drujba küç., 4.
Hüquqi ünvan və iradların qəbul edilməsi üçün ünvan
“Biosintez” İSC, Rusiya Federasiyası, 440033, Penza şəh., Drujba küç., 4. Telefon/Faks: (8412) 57-72-49.