
Herba Flora
Pankreas
PANKREAS çayı
Həzm üçün
Tərkibi:
Zəncirotu kökü, boymadərən otu, solmazçiçəyi çiçəyi, lobya qını, keşniş toxumu, kasnı otu, aptek çobanyastığı çiçəyi, zəncəfil kökü, razyana meyvəsi.
Kimyəvi tərkibi:
Dərman zəncirotu kökünün tərkibində triterpen birləşmələri (tarakserol, taraksol, taraksasterol, psevdotaraksasterol), sterinlər (sitosterin, stiqmasterin), inulin (40%-ə qədər), xolin, karotinoidlər, acı maddə laktukopikrin, A, B1, B2 vitaminləri, askorbin turşusu, kauçuk (3%-ə qədər), asparagin, selik, qətranlar, protein (5%-ə qədər), şəkər (18%-ə qədər), K, Ca, Zn, Se, Cu və s. vardır. Boymadərən otunun tərkibində acı maddə axillein (0,05%), K vitamini, karotin, askorbin turşusu, seskviterpenlər, qətranlar, aşı maddələri, 1%-ə qədər efir yağı (30% azulen), pinen, borneol, mürəkkəb efirlər (13%-ə qədər), kamfora, tuyon, sineol (10%-ə qədər), üzvi turşular (qarışqa, sirkə, izovalerian), spirtlər (20%), K, Ca, Mg, Mo, Cu, Zn, Se və s. vardır. Solmazçiçəyi çiçəyinin tərkibində flavonoid-qlikozidlər (salipurpurozid, kempferol, izosalipurpurozid), flavonoidlər (naringenin, apigenin), K və C vitaminləri, ftalidlər, yüksək molekullu spirtlər, steroid birləşmələr, efir yağı (0,04%-ə qədər), inozit, aşı maddələri, yağ turşuları, mineral duzlar, K, Ca, Mg, Se, B və s. vardır. Lobya qınının tərkibində zülallar (20%-ə qədər), karbohidratlar (50%-ə qədər), yağlar (2%-ə qədər), aminturşular (betain, triptofan, tirozin, leysin, lizin, xolin, asparagin), hemisellüloza, askorbin turşusu, B qrupu vitaminləri, K, Cu, Zn və s. vardır. Keşniş toxumunun tərkibində 2%-dən çox efir yağı, rutin, askorbin turşusu, karotin, zülali maddələr, Se, B və s. vardır. Kasnı otunun tərkibində inulin polisaxaridi, zülali maddələr, intibin qlikozidi, aşı maddələri, üzvi turşular, vitaminlər - tiamin, riboflavin, askorbin turşusu, karotin və s. vardır. Aptek çobanyastığı çiçəyinin tərkibində salisil və nikotin turşuları, C vitamini, acı maddələr, fitosterin, aşı maddələri, xolin, efir yağı (xamazulen, bisabolol, bisabolol oksidi və s.), flavonoid-qlikozidi umbelliferon, dioksikumarin, şəkər, mum, piy, linol, palmitin, olein və stearin turşularının qliseridləri, Zn, Cu, Se və s. vardır. Zəncəfil kökünün tərkibində efir yağları, felandrin, borneol, kamfin, sineol, sitral, gingerol, Ca, K, Mg, Zn, P və s. vardır. Razyana meyvəsinin tərkibində efir yağı 6,5% (anetol, a-pinen, a-fellandren, limonen, sineol, n-simol, metilxavikol, terpinolen, kamfora, fenxon, bornilasetat, sitral, cirə aldehidi), 18%-ə qədər piyli yağlar (petrozelin, olein, linol və palmitin turşularının qliseridlərindən ibarət), K, Ca, Cu, Se və s. vardır.
Farmakoloji təsiri:
Mədəaltı vəzin sekretor aktivliyini tənzimləyir, ödün ifrazını sürətləndirir, zülalların, karbohidratların, yağların həzmini normallaşdırır və qida maddələrinin bağırsaqlardan sorulmasını tənzimləyir. Bağırsaqların peristaltikasını normallaşdırır, spazmolitik təsir göstərir, meteorizm və sancıların qarşısını alır.
İstifadəsinə göstəriş:
Xroniki pankreatit
Dispepsiya (həzmin pozulması)
Meteorizm (köp)
Xroniki xolesistitin, xroniki hepatitin, qaraciyər sirrozunun kompleks müalicəsi.
Əks göstəriş: Çayın komponentlərinə qarşı fərdi həssaslıq, kəskin pankreatit, xroniki pankreatitin kəskinləşməsi, öddaşı xəstəliyi.
İstifadə qaydası:
2 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə daxilə qəbul olunur.
Qəbul müddəti 30 gündür. 10 günlük fasilədən sonra təkrar qəbul oluna bilər.
Qəbul qaydası həkimin məsləhəti ilə dəyişdirilə bilər.
Reseptsiz buraxılır.
Buraxılış forması: 25 filtr-bağlama, karton qutuda.
Saxlanma şəraiti:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.
İstehsalçı: “Herba Flora” MMC