Pharmed

OVUMIX N6 VAG SAM

OVUMİKS, vaginal suppozitoriyalar

OVUMİKS tərkibi

Təsiredici maddələr: 1 vaginal suppozitoriyanın tərkibində 300 mq metronidazol, 100 mq mikonazol nitrat, 4,40 mq polimiksin sulfat, 48,80 mq neomisin sulfat, 15 mq Asiya sentellası vardır.

İstifadəsinə göstərişlər

Preparat uşaqlıq yolunun q arışıq infeksiyalarının (vulvit, vaginit, uşaqlıq yolu və ya uşaqlıq boynunda bakterial mənşəli iltihab, kandidoz, müxtəlif mənşəli leykoreya.) yerli müalicəsi ndə istifadə olunur.

Əks göstərişlər

− Preparatın tərkibində olan komponentlərə və ya imidazol törəmələrinə qarşı yüksək həssaslıq; − Hamiləlik və laktasiya dövrü; − Hematoloji xəstəliklər; − Mərkəzi sinir sisteminin xəstəlikləri; − Epilepsiya.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlumat yoxdur.

OVUMİKS istifadə qaydası və dozası

Müalicə gün ə rzində 1 vaginal suppozitoriyanın uşaqlıq yoluna (dərin ə və ehmalca) yeridilməsi ilə başlanmalıdır. Daha sonra müalicə simptomlar aradan qalxana kimi axşamlar y atmazdan əvvəl 1 suppozitoriyanın yeridilməsi ilə davam etdirilməlidir. Müalicə müddəti 5-10 gündür.