
Remedi
Osteofull D3
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“___”__________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
OSTEOFULL D3 1000 mq/880 BV fışıldayan tabletlər
OSTEOFULL D3
Beynəlxalq patentləşdirilməmiş adı: Ostoefull D3
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində1000 mq kalsium ionuna alternativ olaraq 2500 mq
kalsium karbonat, 880 BV vitamin D3 (kolekalsiferol) vardır.
Köməkçi maddələr:susuz limon turşusu, natrium hidrokarbonat, alma turşusu, natrium
siklamat, laktoza monohidrat, natrium saxarin, povidon K25,
polietilenqlikol (PEQ) 6000, portağal aromatizatoru, ionsuszlaşdırılmış su.
Təsviri
Portağal iyi gələn, suda həll olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Suda həll olan vitamin.
ATC kodu: A12AX.
Farmakoloji xüsusiyyətləri
Osteofull®–D3 tabletində (suda həll olan tablet) 1000 mq kalsium ionuna alternativ olaraq 2500 mq kalsium karbonat, 880 BV vitamin D3-ə alternativ olaraq isə 9,68 mq kolekalsiferol ekstraktı vardır. Osteofull®–D3-ün tərkibindəki D vitamini sümüklərin böyüməsinə və güclənməsinə təsir edən kalsiumun sorulmasında iştirak edir.
İstifadəsinə göstərişlər
Osteofull®–D3 kalsium və D vitamini az olan və ya sümük toxumalarının zədələnməsi (osteoparoz) olan zaman əlavə olaraq istifadə edilən preparatdır. Həmçinin yaşlılarda kalsium və D vitamin azlığı müşahidə olunarsa, istifadə edilir.
Əks göstərişlər
Əgər:
Kalsium, D vitamini və ya preparatın ayrı-ayrı komponentlərinə qarşı yüksək həssaslıq varsa;
Qanınızda ya da sidiyinizdə kalsiumun miqdarı yüksəkdirsə;
Paratiroid hormonunun səviyyəsi yüksəkdirsə;
Yüksək dozada D vitamini qəbul edirsinizsə;
Psevdohiperparatireoz adlı xəstəliyiniz varsa;
Böyrək və sidik yollarında daş kristallarına meyllik varsa;
Orqanizminizə su itkisi kimi bir vəziyyət varsa;
Mədə qanaması riski varsa;
Bağırsaqla bağlı probleminiz və qəbizlik varsa bu dərmandan İSTİFADƏ ETMƏYİN.
Əgər:
Əsas göstəriciləri quru öskürək olan təngnəfəslik probleminiz (sarkoidoz) varsa;
Böyrək funksiyasında problem varsa;
Böyrəklərdə daşınız və ya ailədə böyrək daşı olanlar varsa;
Sidikdə kalsium səviyyəsi yüksəkdirsə;
Qanda fosfat turşusunun səviyyəsi aşağıdırsa;
Öncədən həkiminiz orqanizminizin bəzi şəkərlərə qarşı həssas olduğunu deyibsə,
Osteofull®–D3 preparatından istifadə edərkən DİQQƏTLİ OLUN.
Nə zamansa yuxarıdakı problemlərlə qarşılaşmısınızsa, qeyd olunan xəstəliklər artıq sizdə olmasa da, dərmanı istifadə etməzdən öncə həkiminizlə məsləhətləşin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Tərkibində yüksək dozada kalsium olan qidalara və Osteofull®–D3-ün təsirini artıra bilən süd məhsullarına diqqət edin. Bir litr südün tərkibində 1200 mq kalsium vardır. Müəyyən qida maddələri ilə (məsələn, tərkibində oksalik turşu, fosfat və ya yağ turşusu olan qida maddələri) qarşılıqlı təsirlərin ortaya çıxması mümkündür. Dərmanın tərkibində laktoza vardır. Əgər daha öncələrdə həkiminiz orqanizminizin şəkərə qarşı dayanıqsız olduğunu söyləyibsə, o zaman preparatı almamışdan öncə həkiminizlə məsləhətləşin.
Preparatın hər tabletində 90,66 mq (3,94 mmol) natrium vardır. Natrium pəhrizində olan xəstələr buna xüsusi diqqət etməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıdakı dərmanlardan istifadə edirsinizsə Osteofull®–D3 preparatından istifadə etməzdən öncə həkiminizlə məsləhətləşin:
Digər D vitaminləri Osteofull®–D3-ün təsirini artırar.
Müəyyən sidikqovucu dərmanlar kalsiumun tarazlığını pozar. Osteofull®–D3 oxşar dərmanlarla birgə qəbul edilərsə, o zaman qanda kalsiumun miqdarına nəzarət etmək lazımdır.
Epilepsiya, aritmiya, sinir sisteminə təsiri olan və iltihablı vəziyyətlərdə istifadə edilən dərmanlarla birgə qəbulu zamanı D vitamininin təsiri azala bilər.
Ürəyin gücünü artıran dərmanlar ilə birlikdə Ostefull®–D3-ün qəbul edilməsi aritmiyaya səbəb ola bilər. Belə vəziyyətdə EKQ olunmalı, qan və sidikdəki kalsium nəzarətdə saxlanılmalıdır.
Sümük toxumalarının zədələnməsi xəstəliyinin (Osteoparoz) müalicəsində istifadə edilən dərmanlarla bərabər qəbul edilərsə dərmanın sorulması prosesi zəifləyər. Osteofull®–D3 ilə belə dərmanlar arasında ən az 2 saat fasilə edin.
Osteofull®–D3 preparatı ilə birgə istifadəsi zamanı antibiotiklərin də təsiri azala bilər. Osteofull®–D3 ilə belə dərmanlar arasında ən az 2 saat fasilə edin.
Kalsium duzları T4-ün bədənə sorulma prosesini zəiflədə bilər. Buna görə levotiroksin qəbul edənlər Osteofull®–D3 dərmanı arasında 4 saat fasilə etməlidirlər.
Kalsium tərkibli preparatlar kalsium kanallarını doyuraraq Verapamil kimi kalsium kanal blokatorlarının təsirini azalda bilər.
Atenolol kimi preparatlarla kalsium tərkibli preparatların istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Osteofull®–D3 sinkin bədənə sorulmasını zəiflədə bilər.
Osteofull®–D3 iltihablı xəstəliklərin müalicəsi ilə parallel olaraq qəbul edildikdə D vitamininin təsiri azala bilər.
Əgər hazırda reseptli və ya reseptsiz hansısa dərmanı istifadə edirsinizsə və ya son zamanlarda istifadə etmisinizsə, həkiminizə bu barədə məlumat verməyiniz tövsiyə olunur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü
Dərmanı istifadə etməzdən öncə həkiminizlə məsləhətləşin.
Osteofull®–D3 preparatının tərkibində yüksək dozada D vitamini var. Hamiləlik dövründə yüksək dozada D vitamin qəbul etmək olmaz.. Qanda kalsiumun uzun müddət yüksək olması uşağın fiziki və əqli inkişafına mənfi təsir edə bilər, ürək damarlarının daralmasına və göz xəstəliklərinə səbəb ola bilər. Ostefull®–D3 hamiləlik dövründə yalnız həkimin xüsusi nəzarəti altında qəbul edilməlidir. Müalicə dövründə hamilə olduğunuzu öyrənsəniz mütləq həkiminizə müraciət edin.
Laktasiya dövrü
Dərmanı istifadə etməzdən öncə həkiminizlə məsləhətləşin. D vitamini və onun maddələr mübadiləsi məhsulları ananın südünə keçər. Lakin önəmli təsiri yoxdur
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə nəqliyyat idarə etmək və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaq olar.
İstifadə qaydası və dozası
Ostefull®–D3 daxilə qəbul edilən dərmandır. Bir tableti bir stəkan (150 ml) suda həll edib için. Dərman suda həll edildikdən sonra dərhal içilməlidir. Əgər həkiminiz fərqli doza təyin etməyibsə Osteful®–D3 preparatını gündə 1-2 dəfə qəbul edin.
Müxtəlif yaş qrupları
Uşaqların istifadəsi
4 yaşdan kiçik uşaqlara verməyin. 4–8 yaşda olan uşaqlara həkim tərəfindən fərqli doza təyin edilmədiyi halda 1 tableti 150 ml suda həll edərək verin.
Yaşlıların istifadəsi zamanı
Əgər həkiminiz fərqli doza təyin etməyibsə Ostefull®–D3 preparatını gün ərzində 1-2 dəfə qəbul edin.
Əlavə təsirləri
Osteofull D3® preparatı bütün dərman vasitələri kimi əlavə təsir törədə bilər. Allergik reaksiyalar (boğaz, üz, dodaqların, ağızın, əllərin, ayaqların və biləklərin şişməsi),şüurun qarışması, sümük ağrıları, əzələ zəifliyi, qusma, qan və sidikdə kalsiumun miqdarının yüksəlməsi, xora, yuxululuq, uzunmüddətli istifadə zamanı böyrəkdaşı xəstəliyi yarana bilər. Bunların hamısı ciddi əlavə təsirlərdir. Qəbizlik,meteorizm, ürəkbulanma, qarın ağrısı, ishal, qaşınma, baş ağrısı, iştahasızlıq, şişkinlik, ağızda quruluq, mədə sekresiyasında artım, gecələr sidiyəgetmədə artım, müxtəlif ölçülü səpgilər, ağızda yaranan dəmir dadı – bunlar isə yüngül əlavə təsirlərdir. Əgər bu hallardan biri ilə qarşılaşsanız mütləq həkiminizə müraciət edin və ya sizə yaxın olan xəstəxanaya gedin.
Aşağıdakı hallar baş verərsə, dərhal həkimə müraciət edin və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət edin.
Şüurun qarışması
Sümüklərdə ağrı
Əzələ ağrıları
Daim yuxulu olmaq
Qusma
Qan və sidikdə kalsiumun səviyyəsinin yüksəlməsi
Yüksək dozadan istifadə ilə bağlı böyrəkdaşı problemi
Bunların hamısı ciddi əlavə təsirlərdir. Lakin çox az hallarda müşahidə edilir. Buna baxmayaraq əgər belə hallar baş verərsə, mütləq həkiminizlə əlaqə saxlayın.
Aşağıdakı hallar baş verərsə, həkiminizə bildirin.
Qəbizlik
Köp və meteorizm
Ürəkbulanma
Qarın ağrısı
İshal
Qaşınma
Dərinin quruması
Baş ağrısı
İştahasızlıq
Şişkinlik
Ağızda quruluq
Hipofosfatemiya
Gəyirmə
Gecələr sidiyəgetmənin artması
Ağızda dəmir dadın olması
Bunlar Osteofull®–D3-ün ən zəif əlavə təsirləridir.
Əgər qeyd olunmayan hansısa əlavə təsir meydana çıxarsa, həkiminizə və ya əczaçınıza bildirin.
Doza həddinin aşılması
Osteofull®–D3 preparatı təyin edilən dozadan artıq istifadə edilərsə, həkiminizlə mütləq əlaqə saxlayın və ya ən yaxın xəstəxanaya müraciət edin.
Buraxılış forması
15 tablet, flakonda. 2 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda , işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Neutek İlac San. Tic A.Ş.
Ünvan
Adapazarı /SAKARYA. Türkiyə.