Pharmed

ORNAKLIN B 10/50MG 25GR GEL

ORNAKLİN B İstifadə Təlimatı

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev

“_____”______________ 2021-ci il

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ORNAKLİN B 5%+1% yerli istifadə üçün gel

ORNAKLIN B 5%+1%

Beynəlxalq patentləşdirilməmiş adı: Benzoil peroksid + Klindamisin

Tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 50 mq susuz benzoil peroksid (sulu benzoil peroksid) 10 mq klindamisin (klindamisin fosfat) vardır.
Köməkçi maddələr: poloksamer 188, qliserin, simetikon, karbomer 974 P, natrium laurilsulfat, dinatrium EDTT (etilendiamintetrasirkə turşusu), natrium hidroksid, təmizlənmiş su.

Təsviri

Dəriyə tətbiq olunan geldir.

Farmakoterapevtik qrupu

Sızanaq əleyinə dərmanlar qrupuna aid dərman vasitəsi.
ATC kodu: D10AF51.

Farmakoloji xüsusiyyətləri

Benzoil peroksid komedonların (qara nöqtələr və ağ nöqtələr) azalmasına təsir edir. Sızanaq bakteriyalarına öldürücü təsir göstərir və dərini daha az yağlı edir. Klindamisin sızanaq törədən bakteriyaları məhv edən bir antibiotikdir.

Farmakodinamikası

Klindamisin linkozamid qrupu antibiotik olub qram müsbət aerob mikroorqanizmlərə qarşı bakteriostatik, anerob mikroorqanizmlərə qarşı geniş antibakterial təsirə malikdir. Klindamisin bakteriya hüceyrəsində ribosomal membranın 50S subvahidi səviyyəsində rabitəni qırmaqla hüceyrə daxili zülal sintezini tormozlayaraq bakteriostatik təsir göstərir. Yüksək konsentrasiya topladıqda bakteriosid təsir göstərir. Benzoil peroksid yüksək lipofilli oksidləşdirici maddə olub bakterisid və yüngül keratolitik təsir göstərir. Benzoil peroksid, qeyrispesifik bakteriosid təsir mexanizminə malikdir, ki aktiv oksigeni əmələ gəlməsini təmin etməklə klindamisinə davamlı mikroorqanizmlərin yaranmasının qarşısını alir. Klindamisin akneləri törədən propiono bakte -riyalara (Propionibacterium acnes) təsir göstərir. P.acnes-in klindamisinə qarşı rezistentliyin mümkünlüyünə dair dəlillər var. Klindamisin P.acnes-i in vitro (minimum inhibəedici konsen-trasiyada (MIC) 0,4 μg / ml) inhibə edir. Tətbiqdən sonra klindamisin dəri səthindəki sərbəst yağ turşularının miqdarını təxminən 14 %-dən 2% -ə qədər azaldır. Klindamisin, leykositlərin xemo- taksisini ingibə edərək iltihabı azaldır. Sızanaqların müalicəsində benzoil peroksidin effektivliyi bakteriosid təsirinə görədir, xüsusən də P.acnes-ə qarşı. Benzoil peroksidin bakterisid təsir göstərməsinə səbəb bakteriya zülallarını oksidləşdirə bilən aktiv və ya sərbəst oksigen radikal -larının sintezini təmin etməsidir. Benzoil peroksid sızanaqların müalicəsində həm iltihab əleyhinə həmdə keratolitik təsir göstərməklə yüksək effektivlilik göstərir. Klindamisin və eritromisin kimi antibiotiklərlə yerli və ya per oral Gel dəri tərəfindən sorulmursa, ola bilər ki siz onu çox tez-tez istifadə edirsiniz.

İstifadə müddəti

ORNAKLIN B-lə müalicənin nə qədər davam edəcəyini həkiminiz məlumatlandıracaqdır.
Müalicəni daha tez dayandırmayın bu zaman tam nəticə almaq mümkün olmaya bilər.
Dəriniz həddindən artıq qurudursa və ya çatlayırsa, nəmləndirici krem istifadə edin və ya ORNAKLIN B-ni azaldın və ya müvəqqəti olaraq dayandırın. ORNAKLIN B gündəlik istifadə olunmasa təsirsiz ola bilər.
ORNAKLIN B-nin təsirinin çox güclü və ya çox zəif olduğu barədə təəssüratınız varsa, həkiminizə və ya əczacınıza müraciət edin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

  • Tretinoin, izotretinoin və ya tazaroten ehtiva edən yerli sızanaq əleyhinə dərmanlar ilə birlikdə istifadə etməyin.
  • Gentamisin və eritromisinlə birlikdə istifadə edildikdə diqqətli olun.
  • Sülfanilamidlər (antibiotik) kimi regional dərmanlarla istifadə, saçın uzanmasına və dəri və üz tüklərinin müvəqqəti rəng dəyişməsinə səbəb ola bilər (sarı /narıncı).
  • Ümumi anesteziyada istifadə olunan miorelaksantların təsirini artıra bilər.
  • Digər dərmanlar, fərq etməz reseptli və ya reseptsiz satılan dərmanlar qəbul edirsinizsə və ya yaxınlarda qəbul etmisinizsə, həkiminizi və ya əczacınızı məlumatlandırın.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik: Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczacınızla məsləhətləşin.
Hamilə olduğunuz halda ORNAKLIN B-nin istifadəsinə yalnız həkiminiz qərar verə bilər.
Müalicə müddətində hamilə olduğunuzu bildiyiniz halda, dərhal həkiminizlə və ya əczacınızla məsləhətləşin.

Laktasiya: Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczacınızla məsləhətləşin.
Süd verən analarda ORNAKLIN B-in istifadəsi tövsiyə edilmir.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

ORNAKLIN B nəqliyyat vasitələrinin idarə edilməsinə və istismar etmə qabiliyyətinə təsir göstərmir. ORNAKLIN B dəriyə tətbiq olunan bir dərman olduğundan natrium dioktilsulfosuksinat, qliserin, dinatrium EDTT (etilendiamintetrasirkə turşusu) və natrium hidroksiddən heç bir mənfi təsir gözlənilmir.

İstifadə qaydası və dozası

Həkim tövsiyəsi olmadan istifadə etdiyiniz halda bu təlimatları izləyin: Gündə bir dəfə axşamlar dəriniz isti su ilə yuduqdan və quruduqdan sonra sızanaq yerlərinin üstünə nazik bir təbəqə çəkin. ORNAKLIN B barmağın ucu ilə dəriyə sürtütlür. Geli tətbiq etdikdən sonra əllərinizi yuyun.

Müxtəlif yaş qrupları

  • Uşaqlarda istifadə: 12 yaşdan kiçik uşaqlarda təsiri və təhlükəsizliyi qiymətləndirilməyib.
  • Yaşlılarda istifadə: Yaşlılar üçün xüsusi bir tövsiyə yoxdur.

Xüsusi istifadə halları

  • Böyrək / qaraciyər çatışmazlığı: Xüsusi bir tövsiyə yoxdur.
  • Qida qəbulunun ORNAKLIN B-nin istifadəsinə təsiri yoxdur.

Əlavə təsirləri

Bütün dərman vasitələrində olduğu kimi ORNAKLIN B –in tərkibindəki hər hansı bir komponentə qarşı həssaslıq ola bilər.
Aşağıdakılardan hər hansı biri ilə qarşılaşdığınız halda ORNAKLIN B-ni istifadə etməyi dayandırın və dərhal həkiminizi məlumatlandırın və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət edin.

ORNAKLİN B Əlavə Təsirlər və İstifadə Qaydaları

Əlavə təsirlər

Qaşınma və proqressivləşən səpkilər, üz və ağızda şişkinlik, tənəffüsün çətinləşməsi, apnoe kimi yüksək həssaslıq reaksiyaları.

Şiddətli və uzun müddət davam edən ishal və ya qarında ağrı.

Dəridə şiddətli yanma, soyulma və ya qaşınma.

Bunların hamısı çox ciddi əlavə təsirlərdir və bunlardan biri varsa, ORNAKLIN B-yə qarşı ciddi dərəcədə allergiyanız var deməkdir. Sizin təcili tibbi yardıma və ya qospitalizasiyaya ehtiyacınız ola bilər.

Əlavə təsirlərin tezliyi

Aşağıdakı parametrlərlə təyin edilir:

  • çox tez-tez (≥ 1/10)
  • tez-tez (≥ 1/100 - < 1/10)
  • bəzən (≥ 1/1000 - < 1/100)
  • nadir hallarda (≥ 1/10000 - < 1/1000)
  • çox nadir hallarda (< 1/10000)
  • məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil)

Çox tez-tez

  • Qırmızılıq (xüsusilə istifadənin ilk bir neçə həftəsi), dəridə soyulma, quruluq

Tez-tez

  • Dəridə yanma hissi
  • Dərinin dərman tətbiq olunan hissəsində ağrı
  • Baş ağrısı
  • Günəşə həssaslıq

Nadir hallarda

  • Formasiya (Paresteziya)
  • Qızartılı, qaşınan dəri səpkisi (dermatit, eritrematik səpki)
  • Qaşınma
  • Sızanaqların ağırlaşması

Məlum deyil

  • Allergik reaksiyalar
  • Bağırsağın iltihabı, ishal, qanlı ishal və qarında spazm
  • Qaşıntılı səpki (övrə)
  • Dəridə rəng dəyişikliyi də daxil olmaqla dəri reaksiyaları

Bu içlik vərəqində yer almayan başqa bir əlavə təsir varsa, həkiminizi və ya əczacınızı məlumatlandırın.

Doza həddinin aşılması

Lazımi miqdardan çox ORNAKLIN B istifadə edirsinizsə:

ORNAKLIN B-ni lazımi miqdardan çox istifadə edirsinizsə, həkiminizi və ya əczacınızı məlumatlandırın. Lazımi miqdardan çox istifadə etməməyə diqqət edin. ORNAKLIN B-ni lazımi miqdardan çox istifadə etmək sağalmanı sürətləndirməyəcəkdir. Bu zaman dəri daha çox qıcıqlana bilər. Belə vəziyyətlərdə preparatın istifadə etmə tezliyini azaltmalı və ya bir neçə gün təxirə salmalısınız.

ORNAKLIN B istifadə etməyi unutmusunuzsa:

Buraxılmış dozanı əvəzinə ardıcıl iki dəfə istifadə etməyin. Buraxılmış dozanı növbəti istifadə vaxtında edin. ORNAKLIN B-ni həkiminizlə məsləhətləşmədən 12 həftədən çox istifadə etməyin. Həkimin sizə tövsiyə etdiyi müddətdə istifadə edin.

Buraxılış forması

25 q gel, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

Orjinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Açılmadan əvvəl: 2-8 °C temperaturda saxlayın (soyuducuda). Dondurmayın.
Açıldıqdan sonra: 25 °C-dən aşağı otaq temperaturunda saxlayın.

Yararlılıq müddəti

2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
İstifadə müddəti keçməsə belə, alındıqdan 2 ay sonra istifadə etməyin.
Zədələnmiş və ya qablaşmaya müdaxiləni göstərən hər hansı bir əlamət varsa, ORNAKLIN B istifadə etməyin.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Farma-Tek İlaç Sanayi ve Ticaret A.Ş. Merkez/Kırklareli/TURKEY.

Qeydiyyat vəsiqəsinin sahibi

“ORNADO MEDICINE” LLP, Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Great Britain.

Məhsulun və əmtəə nişanının sahibi

“ORNADO MEDICINE” LLP, Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Great Britain.