Pharmed
ORASEPT 14MG 177ML SPREY
ORASEPT
Beynəlxalq patentləşdirilməmiş adı: Phenol
ORASEPT Tərkibi
Təsiredici maddə: 1 ml məhlun tərkibində 1,4% fenol (14 mq/ml) vardır. Köməkçi maddələr: qliserol, natrium saxarin, albalı aromatizatoru, qırmızı FD&C boyası № 40 (E129), təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Qırtlaq və udlaq xəstəliklərinin müalıcəsi ücün vasitə. Antiseptik vasitələr.
ATC kodu: R02AA19.
Farmakoloji xüsusiyyətləri
Fenol məhlulları mikroorqanizmlərin vegetativ növlərinə qarşı güclü bakterisid aktivliyə malikdir. Bundan əlavə bu məhlullar anestetik effektə malikdir.
Farmakokinetika: Tərkibindəki fenol, seliklə birlikdə MBT vasitəsilə xaric olunur. Preparatın qaraciyərdən keçməsi və böyrəklər vasıtəsi ilə xaric olmasının doza həddinin aşılması zamanı baş verməsi daha çox ehtimal olunur.
İstifadəsinə göstərişlər
Agrıkəsici və antiseptik vasitə. Agız boşluğ və udlaq agrısının və cüzi qıcıqlanmasının müvəqqəti yüngülləşdirilməsi.
Əks göstərişlər
3 yaşa qədər uşaqlar. Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq. Qaraciyər və böyrək funksiyasının ciddi pozulmaları. Qırtlaq qapağının iltihablaşması. Preparatın sorulmasının güclənməsi və sistem toksik təsir riskinin artması ilə əlaqədar olaraq, selikli qişaların iltihabi xəstəlikləri.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Fenol məhlulunu dərinin böyük sahələrinə, selikli qişaya və ya böyük yaralara istifadə etmək olmaz, çünki sorulma nətıçəsində sistem toksik effektlər yarana bilər. Təlimatda göstərilən dozanı aşmaq və 3 yaşına gədər uşaqlarda həkimin təyinatı olmadan istifadə etmək qadagandır. Preparatın gözə düşməsindən qorunmaq lazımdır. Təsadüfən düşərsə – coxlu miqdarda su ilə yumaq lazımdır. Fenol məhlulu ilə nəfəs almaq olmaz. Güclü və ya dayanmayan bogaz agrıları, və ya yüksək qızdırma, baş agrıları, ürəkbulanma və/ya qusma ciddi xəstəliyə işarə ola bilər. Dərhal həkimə müraçiət etmək və Orasept preparatının istifadəsini həkimin məsləhətinə qədər dayandırmaq lazımdır. Preparat qısamüddətli istifadə üçün nəzərdə tutulub. Əgər agız boşluğunun zədələnmələrində simptomlar preparatın istifadəsindən 7 gün müddətində, boğazda isə 2 gün müddətində zəifləmirsə; əgər selikli qişanın qıçıqlanması, ağrısı və qızartısı azalmırsa və ya ağırlaşırsa; əgər bədən temperaturu artırsa, yerli şişkinlik və səpgi yaranırsa, pasiyentlər preparatın istifadəsini dərhal dayandırmalı və həkimə müraçiət etməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələrinə təsiri haqqında məlumat yoxdur. Preparatı agız boşluğunun iltihabi xəstəliklərində sulfanilamidlərlə, antibiotiklərlə, vitaminlərlə kompleks terapiyada təyin edirlər. Həkim məsləhəti olmadan miasteniyanın müalicəsi üçün dərman vasitələrilə; MSS-ə tormozlayıcı təsir göstərən preparatlarla; tərkibində ağır metallar olan dezinfeksiyaedici məhlullarla; MAO inhibitorları ilə; sinir-əzələ blokatorları ilə; opioidlərlə; vazokonstriktorlarla birlikdə istifadə edilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi haqqında məlumat yoxdur. Göstərilən dövrdə Orasept preparatının istifadəsi tövsiyə edilmir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir etmir.
ORASEPT İstifadə qaydası və dozası
3 yaşdan kicik uşaqlarda ancaq həkim təyinatı ilə, 12 yaşa qədər uşaqlarda böyüklərin nəzarəti altında. Uyğun dozada selikli qişanın itihablaşmış sahəsinə püskürtmək, 15 dəq saxlamaq, qalıqlarını tüpürmək. Doza: 1 püskürtmə 0,7 ml və 9,8 mq fenola bərabərdir. Müxtəlif kateqoriyalı pasiyentlər üçün doza fərqlənir. Əgər həkim bogaz agrısını yüngülləşdirmək üçün ayrı dozada təyin etməyibsə: 12 yaşdan böyük uşaqlar və böyüklər üçün – hər 2 saatdan bir selikli qişanın itihablaşmış sahəsinə flakonun püskürdücüsünə 3-5 dəfə basmalı (29,4 mq və 49 mq fenol miqdarı ilə uyğun gəlir); 3 yaşından 12 yaşa kimi uşaqlar üçün – hər 2 saatdan bir selikli qişanın itihablaşmış sahəsinə flakonun püskürdücüsünə 3 dəfəyə qədər basmalı (29,4 mq fenol miqdarı ilə uyğun gəlir); 3 yaşınadək uşaqlarda – spreyin istifadəsı və dozalanması müalicə həkimi tərəfindən müəyyən olunur.
Əlavə təsirləri
Ayrı-ayrı hallarda allergik reaksiyalar yarana bilər (dəri səpgisi, dərinin qızarması, qaşınma, səpgi, angionevrotik ödem). İstifadə nahiyəsində reaksiyalar ola bilər (ağız boşluğunun və udlağın selikli qışasının yerli şişkinliyi). Potensial nöqteyi-nəzərdən toksik və ya kanseroqen xüsusiyyətlərə görə fenolun preparatın tərkibindəki konsentrasıyası təhlükəsız sayılır. Orasept diş minasına zədələyici təsir etmir.
Doza həddinin aşılması
Doza həddinin aşılması selikli qişanın zədələnməsı, artıq tərləmə və ishal yarada bilər. Başgicəllənmə və zəiflik ola bilər. Pasiyentlər oyanıqlıq hiss edə bilər, sonunda isə huşun itməsı. MSS depressiyası qan dövranının və nəfəsin pozulması ilə. Ağır hallarda ağciyərlərin ödemi, qara ciyər və ya böyrəklərin zədələnmələrinin inkişafı mümkündür. Ölümcül doza 1-15 q fenol (daxilə qəbul olunsa) tənəffüsün pozulması nəticəsində ölümə gətirə bilər. Doza həddinin aşılmasına sübhə olduqda aktivləşdirilmış kömür qəbul etmək və mədəni yumaq tövsiyə olunur.
Buraxılış forması
177 ml məhlul ağ rəngli yüksək sıxlıqlı polietilendən (YSPE) hazırlanmış plastik porşenli dozatoru olan şəffaf polietilentereftalat (PET) flakonda. Doozatorun üstündə şəffaf polipropilen (PP) qapaq vardır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.