Pharmed
OPTI B MAKS 3ML N10 AMP
OPTİ B MAKS, inyeksiya üçün məhlul
OPTİ B MAKS tərkibi
Təsiredici maddə: 3 ml məhlulun tərkibində 100 mq tiamin hidroxlorid (B1 vitamini), 100 mq piridoksin hidroxlorid (B6 vitamini), 1 mq sianokobalalamin (B12 vitamini) vardır.
İstifadəsinə göstərişlər
Sinir sisteminin müxtəlif mənşəli xəstəliklərinin patogenetik və simptomatik müalicəsi üçün istifadə olunur: nevritlər, nevralgiyalar, üz sinirinin parezi, retrobulbar nevrit, qanqlionitlər (kəmərləyici dəmrov da daxil olmaqla), pleksopatiya, neyropatiya, polineyropatiya (diabetik, alkoqol və s.) xususilə yuxarıyaş qrupunda əzələlərin gecə qıcolmaları, onurğanın osteoxondrozunun nevroloji təzahürləri: radikulopatiyalar, lumboişialgiya, əzələ-tonik sindromlar.
Əks göstərişlər
Dekompensə olunmuş ürək çatışmazlığı Preparatın komponentlərinə qarşı yüksək həssaslıq Uşaq yaşları
Hamiləlik və laktasiya dövründə istifadəsi
İstifadəsi məsləhət görülmür
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyatdan və digər mexanizmlərdən istifadə qabiliyyətinə təsir etmir.
OPTİ B MAKS istifadə qaydası və dozası
Kəskin ağrı sindromu zamanı müalicəni gündə 2 ml olmaqla, 5-10 gün ərzində əzələ daxilinə (dərinə) yeritməklə başlamaq məqsədə uyğundur.Sonra müalicəni preparatı daxilə qəbul etməklə və ya inyeksiyaların sayını azaltmaqla (2-3 həftə ərzində və hər həftədə 2-3 dəfə olmaqla) davam etdirmək lazımdır. Daha sonra müalicəni preparatın daxilə qəbul edilən formaları ilə davam etdirmək məsləhətdir.