Pharmed
OKSOLINOVAYA 0,25% 10GR MELHEM (RUS)
OKSOLİN nazal məlhəm OXOLINE
Beynəlxalq patentləşdirilməmiş adı: Dioxotetrahydrooxytetrahydronaphthalin
Tərkibi
Təsiredici maddə: 100 q məlhəmin tərkibində 0,25 q dioksotetrahidrooksitetrahidronaftalin (oksolin) vardır.
Köməkçi maddələr: duru parafin, vazelin.
Təsviri
Ağ rəngdən açıq-sarı rəngə qədər məlhəmdir. Saxlanma zamanı çəhrayi rəngə boyanması mümkündür.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün virusəleyhinə vasitə.
ATC kodu: J05AX.
Farmakoloji xüsusiyyətləri
Virus əleyhinə aktivliyə malikdir, qrip virusunun hüceyrə membranın səthi ilə birləşmə yerlərini blokadaya alaraq, virusun hüceyrə daxilinə keçməsinin qarşısını alır.
Farmakokinetikası
Selikli qişanın üzərinə yaxıldıqda preparat 20%-ə qədər sorulur. Orqanizmdə kumulyasiya olunmur və sutka ərzində əsasən böyrəklər vasitəsilə xaric olunur.
İstifadəsinə göstərişlər
Qripin profilaktikası, virus mənşəli rinitlərin müalicəsi.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq.
Xüsusi göstərişlər və ehtiyyat tədbirləri
2 yaşa qədər uşaqlar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşkar olunmayıb.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilək və laktasiya dövründə preparat yalnız ana üçün gözlənilən faydası döl üçün potensial riskindən
üstün olduğu hallarda istifadə oluna bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə xoşagəlməz təsiri barədə məlumat yoxdur.
İstifadə qaydası və dozası
Nazal yolla istifadə olunur.
Qripin profilaktikası üçün: qrip epidemiyasının maksimal kəskin şəraitində (25 gün ərzində) və ya qrip olan xəstə ilə kontakt zamanı burnun selikli qişasına hər gün, gündə 2-3 dəfə yaxılır.
Virus mənşəli rinitin müalicəsi: məlhəm 3-4 gün ərzində gündə 2-3 dəfə burnun selikli qişasına yaxılır.
Əlavə təsirləri
Rinoreya, burnun selikli qişasında tezkeçici yandırma hissi.
Doza həddinin aşılması
Məlumat yoxdur.
Buraxılış forması
Nazal məlhəm, 0,25%.
10 q və ya 25 q məlhəm, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
10ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Altayvitaminı” QSC.
Ünvan
659325, Rusiya Federasiyası, Altay vil., Biysk şəh., Zavodskaya küç., 69 Tel.: (3854) 326-948; 338 -719.
Faks: (3854) 326 -643.