Pharmed
OFTAGEL 0,25% 10GR GEL
OFTAGEL
Beynəlxalq patentləşdirilməmiş adı: Carbomer
OFTAGEL Tərkibi
Təsiredici maddə: 1 q preparatın tərkibində 2,5 mq karbomer 974P vardır.
Köməkçi maddələr: benzalkonium xlorid, sorbitol, lizin monohidrat, natrium asetat trihidrat,
polivinil spirti, inyeksiya üçün su.
Farmakoterapevtik qrupu
Göz xəstəliklərinin müalicəsi üçün istifadə olunan preparatlar. Digər oftalmoloji preparatlar.
Süni göz yaşları və digər indifferent preparatlar.
ATC kodu: S01XA20.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
“Quru göz” sindromunun simptomlarının azaldılması üçün nəzərdə tutulan göz üçün gelin ən
mühüm xüsusiyyətlərinə göz yaşı örtüyünün buynuz qişa ilə uzunmüddətli təmasda olması və
yaxşı nəmləndirici xüsusiyyətləri aiddir. Bunun üçün Oftagel göz gelinin tərkibində karbomer
vardır. Karbomer – yüksəkmolekulyar karboksivinil polimeri olub, göz yaşı özlülüyünü artırır və
adətən, “quru göz” sindromunun müalicəsi üçün nəzərdə tutulmuş göz gellərinin tərkibində
istifadə edilir. Gel, buynuz qişanın üzərində qoruyucu və nəmləndirici təbəqənin əmələ
gəlməsinə səbəb olur.
Farmakokinetikası:
I mərhələnin klinik tədqiqatında karbomerin təmas müddətinin uzadılmasına müsbət effekti
aşkar edilmişdir. Preparatın buynuz qişa üzərində təmas müddəti 12,5 dəqiqədən 45 dəqiqəyə
qədər təşkil etmişdir. Karbomerin yüksək molekulyar kütləsini və çarpaz birləşmələr daxil olan
quruluşunu nəzərə alaraq, onun göz toxumalarına nüfuz etməsi və orada toplanması az ehtimal
edilir.
Tədqiqatların heç birində preparatın effektləri ilə əlaqəli hər hansı reaksiya aşkar edilməmişdir,
bununla belə, preparata qarşı yaxşı yerli və sistem tolerantlıq qeyd olunmuşdur.
İstifadəsinə göstərişlər
“Quru göz” sindromu və gözlərdə quruluq simptomları ilə müşayiət olunan digər xəstəliklər.
Əks göstərişlər
Preparatın tərkibində olan hər hansı komponentə qarşı hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Oftagel göz gelinin tərkibində konservant şəklində, gözlərin qıcıqlanmasına səbəb ola bilən
benzalkonium xlorid vardır. Benzalkonium xlorid absorbsiya oluna bilər və kontakt linzaların
rəngsizləşməsinə səbəb ola bilər. Oftagel göz gelini gözlərə damcılatmaqdan əvvəl, kontakt
linzaları çıxarmaq lazımdır və preparatı damcılatdıqdan 30 dəqiqə sonra, onları təkrar gözlərə
yerləşdirmək olar.
Göz üçün birdən artıq preparat təyin edildiyi halda, Oftagel preparatını 15 dəqiqədən az olmayan
intervalla ən sonda damcılatmaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Oftagel preparatının digər dərman preparatları ilə qarşılıqlı təsirləri aşkar edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamilə qadınlara və süd verən qadınlara təsirinin öyrənilməsi istiqamətində müvafiq
nəzarət olunan tədqiqatlar aparılmamışdır. Hamiləlik və laktasiya dövründə preparatı yalnız, ana
üçün faydası döl və ya südəmər körpə üçün potensial riskdən üstün olduğu hallarda istifadə
etmək olar. Hamiləlik və laktasiya dövründə preparatı yalnız, həkim təyinatı əsasında istifadə
etmək olar.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Oftagel göz geli görmənin qısamüddətli dumanlanmasına səbəb ola bilər. Nəqliyyat vasitəsini və
ya digər potensial təhlükəli mexanizmləri idarə etməzdən əvvəl, görmə itiliyinin tam bərpa
olunmasını gözləmək lazımdır.
OFTAGEL İstifadə qaydası və dozası
Böyüklər (yaşlı pasiyentlər daxil olmaqla)
Simptomların şiddətindən asılı olaraq, 1 damcı Oftagel göz gelini sutkada 1-4 dəfə gözə
damcılatmaq lazımdır.
Uşaqlar və 18 yaşa qədər yeniyetmələr:
Oftagel göz gelinin böyüklər üçün tövsiyə olunan dozasının uşaqlar və yeniyetmələr üçün
təhlükəsizliyi və effektivliyi, klinik təcrübə əsasında müəyyən edilmişdir. Klinik tədqiqatlar
barədə heç bir məlumat yoxdur.
Preparatı damcılatmaqdan əvvəl, əlləri təmiz yumaq lazımdır. Başı bir qədər arxaya ataraq, alt
göz qapağını aşağı çəkmək və gelin 1 damcısını alt göz qapağı ilə gözün arasında olan
konyunktiva kisəsinə damcılatmaq lazımdır. Damcısalanın ucluğu ilə gözlərə və göz qapaqlarına
toxunmaq olmaz. Flakonu bağlamaq lazımdır. Yadda saxlamaq lazımdır ki, içərisində göz geli
yerləşdirilən flakon yalnız 1 pasiyentin istifadəsi üçün nəzərdə tutulmuşdur.
Əlavə təsirləri
Preparatı gözlərə damcılatdıqdan dərhal sonra, görmənin tezliklə aradan qalxan dumanlanması,
gözlərdə qısamüddətli yanğı hissi və gözlərin yerli qıcıqlanması qeyd oluna bilər.
Doza həddinin aşılması
Preparatın istifadəsi ilə əlaqəli doza həddinin aşılması barədə heç bir məlumat yoxdur.
Buraxılış forması
2,5 mq/q göz üçün gel.
10 q gel, aşağı sıxlıqlı polietilendən hazırlanmış 10 ml həcmli şəffaf flakonda. Flakon burulan
qapaqlı damcısalanla bağlanmış və ilk açılmaya nəzarət üçün halqa ilə təchiz olunmuşdur. 1
flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.