Pharmed
OBLEPIXOVOE MASLO 500MG N10 SAM (FARMAPRIM)
ÇAYTIKANI YAĞI
Beynəlxalq patentləşdirilməmiş adı: Oleum hippophaes
ÇAYTIKANI YAĞI Tərkibi
Təsiredici maddə: 1 şamın tərkibində 500 mq çaytikanı yağı vardır. Köməkçi maddələr: butilhidroksianizol, butilhidroksitoluol, susuz kolloidal silisium dioksid, bərk yağ.
Farmakoterapevtik qrupu
Babasilin yerli müalicəsi üçün preparat.
ATC kodu: С05АХ.
Farmakoloji xüsusiyyətləri
Çaytikanı yağı – karotin və karotinoidlərin qarışığından, tokoferolların, xlorofill birləşmələrinin, olein, lenolen, palmitin və stearin turşularının qliseridlərinin məcmusundan ibarətdir. Bioloji aktiv maddələrin kompleksi düz bağırsağın selikli qişasının müxtəlif mənşəli zədələnmələrində reparativ prosesləri stimullaşdırır.
İstifadəsinə göstərişlər
Babasil, düz bağırsağın çat və xoraları, qeyri-spesifik proktitlər, proktosiqmoiditlər, yoğun bağırsaqda rekonstruktiv cərrahi müdaxilələrdən sonrakı dövrdə, yoğun bağırsağın aşağı şöbələrinin selikli qişasının şüa zədələnmələri.
Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq;
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat təmizləyici imalədən sonra və ya bağırsağın sərbəst boşalmasından sonra istifadə olunur. Yüksək həssaslığa malik olan xəstələrə ehtiyatla təyin olunmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsinə heç bir məhdudiyyət qoyulmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir etmir.
ÇAYTIKANI YAĞI İstifadə qaydası və dozası
Rektal yolla istifadə olunur. Suppozitoriyalar qablaşdırmadan azad edilir, təmizləyici imalədən və ya bağırsağın sərbəst boşalmasından sonra, düz bağırsağın mümkün qədər dərinliyinə yeridilir. Böyüklərə, adətən gündə 1-2 dəfə, səhər və axşam 1 suppozitoriya təyin edilir. Müalicə kursunun orta müddəti 10-15 gündür.
Əlavə təsirləri
Allergik reaksiyalar, düz bağırsaqda yanğı hissi. Uzun müddət istifadə etdikdə - ağrı.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları barədə məlumat yoxdur.
Buraxılış forması
5 suppozitoriya, polivinilxlorid blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.