Pharmed
NUKLEODIN N30 KAPS
NUKLEODİN, kapsullar
NUKLEODİN tərkibi
Təsiredici maddə: kapsulda 2,0 mq uridin-5-monofosfat dinatrium duzu, 5,0 mq sitidin-5- monofosfat dinatrium duzu, 50,0 mq piridoksin hidroxlorid, 100,0 mq tiokt turşusu (alfa-lipoy turşusu), 40 mq maqneziuma müvafiq 393,0 mq maqnezium laktat dihidrat vardır.
İstifadəsinə göstərişlər
Sümük-oynaq (işias, radikulit), metabolik (alkohol mənşəli, diabetik polineyropatiya), infeksion mənşəli (kəmərləyici dəmrov) nevropatiyanın müalicəsi və Bell iflici. Üz siniri, üçlü sinirin nevralgiyası, qabırğaarası nevralgiya, lümbaqo.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı allergik reaksiyalar mümkündür. 2 yaşa qədər uşaqlarda preparatın istifadəsi əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi ana üçün gözlənilən fayda dölə/uşağa olan potensial riskdən üstün olduğu halda həkim məsləhətilə mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nukleodin nəqliyyat idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsir etmir.
NUKLEODİN istifadə qaydası və dozası
Nukleodin kapsullar daxilə qəbul edilir. Böyüklər Sutkada 2 dəfə 1-2 kapsul təyin edilir. Preparatı yeməkdən əvvəl və ya sonra qəbul edilir. Məsləhət görülən müalicə kursu 10 sutkadan az olmamalıdır.
Ehtiyac olduqda kapsulların qəbulunu həkim təyinatı ilə 20 günə qədər uzatmaq olar. Uşaqlar Uşaqlarda preparatın istifadəsi üzrə kifayət qədər məlumat yoxdur.