Pharmed
NUKLEODIN 2ML N5 AMP
NUKLEODİN, inyeksiya üçün məhlul
NUKLEODİN tərkibi
Təsiredici maddə: 1 ampulda 4,0 mq uridin-5-monofosfat dinatrium duzu, 10,0 mq sitidin-5- monofosfat dinatrium duzu, 50,0 mq piridoksin hidroxlorid vardır.
İstifadəsinə göstərişlər
Sümük-oynaq (işias, radikulit), metabolik (alkohol mənşəli, diabetik polineyropatiya), infeksion mənşəli (kəmərləyici dəmrov) nevropatiyanın müalicəsi və Bell iflici. Üz sinirinin, üçlü sinirin nevralgiyası, qabırğaarası nevralgiya, lümbaqo.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı allergik reaksiyalar mümkündür. 2 yaşa qədər uşaqlarda preparatın istifadəsi əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi ana üçün gözlənilən fayda dölə/uşağa olan potensial riskdən üstün olduğu halda həkim məsləhətilə mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsir etmir.
NUKLEODİN istifadə qaydası və dozası
Nukleodin əzələdaxili yeridilmə üçün nəzərdə tutulmuşdur. Böyüklərə, eləcə də yaşlı pasiyentlərə sutkada 1 dəfə 1 inyeksiya dozada təyin edilir. Məsləhət görülən müalicə kursu 3 və ya 6 sutkadır. Ehtiyac olduqda həkim təyinatı ilə müalicə 20 gün Nukleodin kapsullarla davam etdirilir.