Pharmed
NOVEKS SETIRIZIN N10 TB
NOVEKS SETİRİZİN, şərbət/örtüklü tabletlər
NOVEKS SETİRİZİN tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq setirizin dihidroxlorid vardır.
İstifadəsinə göstərişlər
- Mövsümi və ya daimi allergik rinit və konyunktivit; - qaşınan allergik dermatozlar; - pollinoz (bitki tozcuqlarına qarşı allergiya); - övrə (o cümlədən, xroniki idiopatik); - angionevrotik ödem.
Əks göstərişlər
- Preparata qarşı hiperhəssaslıq; - 6 aylığa qədər uşaqlar; - hamiləlik dövrü; - laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə müddətində yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.
NOVEKS SETİRİZİN istifadə qaydası və dozası
12 yaşdan yuxarı uşaqlar və böyüklər: sutkada 1 dəfə hər gün 1 tablet (10 mq setirizin) və ya 10 ml şərbət (10 mq setirizin) qəbul etmək lazımdır. 6 yaşdan 12 yaşa qədər uşaqlar: hər gün 1 tablet (10 mq setirizin) və ya sutkada 2 dəfə səhər və axşam, ½ tablet (5 mq setirizin) və ya gündə 1 dəfə 10 ml şərbət (10 mq setirizin) və ya gündə 2 dəfə səhər və axşam, 5 ml şərbət qəbul etmək lazımdır. 2 yaşdan 6 yaşa qədər uşaqlar: gündə 1 dəfə 5 ml şərbət və ya gündə 2 dəfə səhər və axşam, 2,5 ml şərbət qəbul etmək lazımdır. 6 aylıqdan 2 yaşa qədər uşaqlar: gündə 1 dəfə 2,5 ml şərbət və ya bu dozanın yarısını səhər və axşam qəbul etmək lazımdır.
Böyrək çatışmazlığı zamanı: tövsiyə olunan dozanı 2 dəfə aşağı salmaq lazımdır. Qaraciyər funksiyaları pozulduqda: hər bir pasiyent üçün, xüsusilə qaraciyər çatışmazlığı zamanı, dozanı fərdi qaydada seçmək lazımdır. Böyrək funksiyaları normal olan yaşlı pasiyentlər üçün preparatın dozasının dəyişdirilməsi tələb olunmur.