OlainFarm

NOOFEN 250MG N10 CAP

NOOFEN

Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur. Ümumi qəbul edilmiş adı: Phenibut

 

NOOFEN Tərkibi

Təsiredici maddə: 1 kapsulda 250 mq fenibut vardır. Köməkçi maddələr:laktoza monohidrat, kartof nişastası, kalsium stearat. Kapsulun gövdəsi və qapağı:titan dioksid (E 171), jelatin

İstifadəsinə gostərişlər

Astenik və həyəcanlı-nevrotik vəziyyətlər: narahatlıq, qorxu, həyəcan; sayrışan hallar nevrozu, psixopatiya; yaşlı pasiyentlər-yuxusuzluq, gecə narahatlığı.

Əməliyyatdan və ya ağrılı diaqnostik müayinələrdən əvvəl stress vəziyyətinin profilaktikası.

Menyer xəstəliyi (daxili qulağın xəstəliyi), vestibulyar analizatorunun müxtəlif genezli disfunksiyası ilə əlaqədar başgicəllənmənin profilaktikası.

Kinetozların profilaktikası (xarakterik simptomlarla vestibulyar analizatorun spesifik pozulması: hərəkət edən nəqliyyatda, məsələn qayıq və təyyarədə olduqda, ümumi süstlük, ürəkbulanma, qusma).

Uşaqlarda kəkələmə, enurez, tiklərin müalicəsi.

Alkoqol abstinesiyası sindromunun (psixopatoloji və somatovegetativ pozulmaların) aradan qaldırılmasında kompleks müalicədə köməkçi vasitə qismində.

 

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Hamiləlik və laktasiya dövrü. Qaraciyər çatışmazlığı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın mutagen, teratogen və embriotoksik təsiri müəyyən edilməmişdir. Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir, belə ki, dərman vasitəsinin bu dövrlərdə istifadəsinin təhlükəsizliyi barədə adekvat və yaxşı nəzarət olunan klinik tədqiqatlar aparılmamışdır. Fenibutun fertilliyə təsiri barədə məlumat yoxdur.

 

Nəqliyyat vasitələrini və digər potensal təhlükəli mexanizimləri idarəetmə qabiliyyətinə təsiri

Yuxululuq, başgicəllənmə və ya mərkəzi sinir sistemində baş verən digər pozulmalar olan pasiyentlər müalicə dövründə bu hallar təzahür etdikdə, nəqliyyat idarə etməkdən və ya mexanizmlərlə işləməkdən çəkinməlidirlər.

 

NOOFEN İstifadə qaydası və dozası

Noofen daxilə, yeməkdən sonra su ilə qəbul edilir. Astenik və həyacanlı-nevrotik vəziyyətlər: böyüklərə gündə 3 dəfə 250-500 mq. Yüksək birdəfəlik doza: böyüklər üçün 750 mq, 60 yaşdan yuxarı şəxslərdə 500 mq. Müalicə kursu 2-3 həftədir. Ehtiyac olduqda, kursu 4-6 həftəyə qədər uzatmaq olar. Uşaqlar (kekələmə, enurez və tiklərin müalicəsi üçün): 8-14 yaş gündə 3 dəfə 250 mq. 14 yaşdan yuxarı uşaqlara böyüklərdə olduğu doza. Müalicənin müddətini həkim təyin edir. Menyer xəstəliyi və vestibulyar analizatorun disfunksiyası ilə əlaqədar yaranan müxtəlif genezli başgicəllənmə - infeksion genezli və Menyer xəstəliyinin kəskinləşməsi dövründə vestibulyar analizatorun funksiyasının pozulması: 5-7 gün ərzində gündə 3 dəfə 750 mq, vestibulyar pozuntuların təzahürü azaldıqda, 5-7 gün ərzində gündə 3 dəfə 250-500 mq, sonra daha 5 gün ərzində gündə 1 dəfə 250 mq. Xəstəliyin nisbətən daha yüngül gedişi zamanı 5-7 gün ərzində sutkada 2 dəfə 250 mq, sonra 7-10 gün ərzində gündə 1 dəfə 250 mq təyin edilir. - vestibulyar analizatorun funksiyasının damar və travmatik genezli pozulması: 12 gün ərzində gündə 3 dəfə 250 mq. Yırğalanmanın (kinetozların) profilaktikası üçün yırğalanmanın ehtimal edilən başlanmasından 1 saat əvvəl və ya dəniz xəstəliyinin ilk simptomları yaranan zaman birdəfəlik 250-500 mq təyin edilir. İfadəolunmuş simptomlar başlandıqda (qusma və s.), preparatın qəbulu az effektivdir. Alkoqollu abstinent sindromunun aradan qaldırılması üçün köməkçi vasitə: ilk günlər 250-500 mq gündə 3 dəfə gün ərzində və 750 mq gecə qəbul edilir, sonra gündəlik dozanı tədricən adi dozaya qədər azaltmaq şərtilə. Preparata adətolma və asılılıq müşahidə edilmir, “ləğvetmə sindromu” yoxdur.

Xüsusi qrup pasiyentlər:

Qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə: Noofen dərman vasitəsinin yüksək dozası hepatotoksikliyə səbəb ola bilər. Bu qrup pasiyentlərə ən aşağı effektiv doza təyin edilir. Böyrəklərin funksiyasının pozulması olan pasiyentlərə terapevtik dozaların qəbulu zamanı Noofen dərman vasitəsinin arzuolunmaz təsiri barədə məlumat yoxdur.

Pediatrik populyasiya: 8 yaşdan aşağı uşaqlara Noofen 250 mq kapsullar yararlı deyil (1 kapsulda təsiredici maddənin miqdarı çoxdur). Preparatın qəbulu unudulduqda, bunu xatırlayan kimi onu qəbul etmək lazımdır, növbəti qəbulun vaxtı yaxınlaşdıqa, qəbulu ötürmək lazımdır. Heç vaxt ikiqat doza qəbul etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.