Pharmed

NITROGLISERIN 0,5MG N40 TB

NİTROQLİSERİN sublinqval tabletlər
 

Beynəlxalq patentləşdirilməmiş adı: Nitroglycerin
 

NITROGLYCERIN tərkibi


Təsiredici maddə: 1 tabletin tərkibində 0,5 mq nitroqliserinə nəzərən laktoza üzərində 2%
 nitroqliserin vardır.
Köməkçi maddələr:laktoza monohidrat, mikrokristallik sellüloza, prejelatinləşdirilmiş nişasta,
 natrium kroskarmelloza, kalsium stearat.


Farmakoterapevtik qrupu
Kardiologiyada istifadə olunan vazodilatatorlar. Üzvi nitratlar.


ATC kodu C01D A02.


Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası

Əsasən vena damarlarına təsir göstərən periferik vazodilatatordur. Nitroqliserinin təsiri başlıca
olaraq önyüklənmənin (periferik venaların genişlənməsi və qanın sağ qulaqcığa daxil olmasının
azalması hesabına) və postyüklənmənin (ümumi periferik damar müqavimətinin azalması)
azalması hesabına miokardın oksigenə olan tələbatının azalması ilə əlaqədardır.
Ağrı sindromunun formalaşmasının damar komponentini tormozlamaqla, damarların simpatik
tonusuna mərkəzi tormozlayıcı təsir göstərir. Meningeal damarları genişləndirir ki, onun
istifadəsi zamanı meydana çıxan başağrısı da bununla izah edilir.
Sublinqval formalarının istifadəsi zamanı stenokardiya tutması adətən 1,5 dəqiqədən sonra
aradan qalxır, hemodinamik və antianginal təsiri 30 dəqiqədən 60 dəqiqəyə qədər saxlanılır.


Farmakokinetikası
Selikli qişaların səthindən sürətlə və tam absorbsiya olunur.
Sublinqval istifadə zamanı dərhal sistem qan axınına düşür.
0,5 mq dozada sublinqval istifadə zamanı biomənimsənilməsi – 100%, qan plazmasında maksimal konsentrasiyası 5 dəqiqədən sonra qeyd edilir. Qan zülalları ilə birləşməsi 60% təşkil edir.


NITROGLYCERIN istifadəsinə göstərişlər


Stenokardiya (stenokardiya tutmalarını aradan qaldırmaq və qısamüddətli profilaktika üçün).


NITROGLYCERIN əks göstərişlər


Nitratlara qarşı yüksək həssaslıq, şok, kollaps, arterial hipotenziya (sistolik AT 100 mm c. süt.-
dan aşağı, diastolik AT 60 mm c. süt.-dan aşağı), sol mədəciyin aşağı dolma təzyiqi ilə kəskin
miokard infarktı, hipertrofik obstruktiv kardiomiopatiya, yüksək kəllədaxili təzyiq (o cümlədən,
hemorragik insult zamanı, başın yaxınlarda keçirilmiş travması), yüksək gözdaxili təzyiqlə
bağlıbucaqlı qlaukoma, eyni zamanda sildenafillə və fosfodiesterazanın digər inhibitorları ilə
istifadə, bradikardiya (50 zərbə/dəq-dən aşağı), serebral işemiya, ürəyin tamponadası, hamiləlik.


Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda preparatı risk və fayda nisbətini nəzərə almaqla, ehtiyatla qəbul etmək
lazımdır: nəzarətsiz hipovolemiya zamanı, ağciyər arteriyasında normal və ya aşağı təzyiq
zamanı ürək çatışmazlığı olan xəstələrə, ağır anemiya, hipertireoz, beyin qan dövranının
pozulması zamanı, ağır böyrək və/və ya qaraciyər çatışmazlığı zamanı (methemoqlobinemiyanın
inkişaf riski).
Aortal stenoz zamanı, ağciyərlərin toksik ödemində ehtiyatla istifadə etmək lazımdır.
Aydın ifadə olunmuş serebral aterosklerozu olan ahıl yaşlı pasiyentlərdə ehtiyatla istifadə etmək
lazımdır. Müalicə dövründə alkoqoldan istifadə edilməməlidir. Müalicə zamanı hamama,
saunaya getmək, isti duş qəbul etmək əks göstərişdir.
Tableti çeynəmək olmaz, belə ki, ağız boşluğunun selikli qişasından sistem qan axınına təsiredici
maddənin artıq miqdarı daxil ola bilər.
Digər üzvi nitratlara qarşı olduğu kimi, tez-tez istifadə zamanı nitroqliserinə qarşı vərdişolma
(tolerantlıq) inkişaf edə bilər, hansı ki, dozanın artırılmasını tələb edir. Nitroqliserinin
uzunmüddətli istifadəsi zamanı tolerantlığın inkişaf etməsinin qarşısını almaq üçün gün ərzində
preparatı fasilələrlə (10-12 saat intervalla) qəbul etmək və ya eyni zamanda kalsium
antaqonistləri, AÇF inhibitorları və ya diuretiklər təyin etmək tövsiyə olunur. Lazım gələrsə,
tolerantlığın inkişaf etdiyi zaman müvəqqəti olaraq (bir neçə günlüyə) Nitroqliserinin istifadəsini
ləğv etmək və onu digər farmakoterapevtik qrupdan olan antianginal vasitələrlə əvəz etmək
lazımdır.
Preparatın tərkibində laktoza vardır, ona görə də qalaktozaya qarşı irsi dözümsüzlük, laktaza
çatışmazlığı və ya qlükozq-qalaktoza malabsorbsiya sindromu olan pasiyentlər bu preparatdan
istifadə etməməlidir.


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər vazodilatatorlarla, hipotenziv vasitələrlə, AÇF-in inhibitorları ilə, “ləng” kalsium
kanallarının blokatorları ilə, fosfodiesterazanın inhibitorları ilə, diuretiklərlə, trisiklik
antidepressantlarla, MAO-nun inhibitorları ilə, etanolla və etanoltərkibli preparatlarla, betaadrenoblokatorlarla, prokainamidlə, xinidinlə, novokainamidlə birlikdə istifadə zamanı
nitroqliserinin hipotenziv təsiri güclənir.
Atropin və M-xolinolitik təsirli digər preparatlar nitroqliserinin təsirini aşağı sala bilər
(preparatın sekresiyasını və biomənimsənilməsini azaltması nəticəsində).
Dihidroerqotaminlə istifadəsi qan plazmasında onun konsentrasiyasının yüksəlməsinə və arterial
təzyiqin yüksəlməsinə (dihidroerqotaminin biomənimsənilməsinin yüksəlməsi nəticəsində)
gətirib çıxara bilər.
Heparinlə birlikdə istifadəsi zamanı sonuncunun antikoaqulyant təsirinin azalması mümkündür
(preparatın ləğvindən sonra qanın laxtalanma qabiliyyətinin əhəmiyyətli dərəcədə azalması
mümkündür ki, bu da heparinin dozasının azaldılmasını tələb edə bilər).
Fenobarbital qaraciyərdə nitratların metabolizmini aktivləşdirir. Alfa-adrenomimetiklər,
histamin, pituitrin, kortikosteroidlər, MSS-nin stimulyatorları, arı zəhəri, ilan zəhəri, günəş
şüaları nitroqliserinin antianginal təsirini zəiflədir. Salisilatlar qanda nitroqliserinin səviyyəsini
yüksəldir, barbituratlar onun metabolizmini sürətləndirir. Sulfhidril qrupların donatorları
(kaptopril, asetilsistein, unitiol) nitroqliserinə qarşı azalmış həssaslığı bərpa edir.


Hamiləlik və laktasiya dövründə istifadəsi
Nitroqliserinin hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.


Pediatriyada istifadəsi
Uşaqlarda istifadə təcrübəsi yoxdur, ona görə də onun bu yaş qrupuna daxil olan pasiyentlərdə
istifadəsi tövsiyə olunmur.


Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri

Nəqliyyat vasitələrini və yüksək diqqət tələb edən mexanizmləri idarə edərkən nəzərə almaq
lazımdır ki, nitroqliserinin qəbulu reaksiya sürətinin azalmasına səbəb ola bilər.


NITROGLYCERIN istifadə qaydası və dozası


Böyüklərdə istifadə olunur.
Preparatı ilk dəfə təyin edərkən, onun arterial təzyiqə təsirini öyrənmək lazımdır. Nitroqliserinin
istifadəsinin effektivliyinə nəzarəti ürək yığılmalarının tezliyinə və arterial təzyiqin səviyyəsinə
əsasən həyata keçirmək lazımdır.
Stenokardiya tutmasının ilk simptomları meydana çıxan kimi, dərhal istifadə etmək lazımdır.
Ağrı baş verdiyi zaman dərhal bir tablet dil altına qoymaq və udmadan, tam sorulana qədər dilin
altında saxlamaq lazımdır. Preparatın adi dozası – 1 tablet dil altına. 3-5 dəqiqədən sonra
antianginal təsir olmazsa, daha bir Nitroqliserin tableti istifadə etmək lazımdır.
2-3 tabletin qəbulundan sonra müalicəvi effekt olmazsa, həkim çağırmaq lazımdır.
Stenokardiya tutmaları tez-tez baş verərsə, uzunmüddətli təsirə malik preparatlar qəbul etmək
lazımdır.


NITROGLYCERIN əlavə təsirləri


MSS-nə: qeyri-dəqiq görmə, başağrısı və zəiflik hissi, həyacanlılıq, psixotik reaksiyalar,
tormozlanma, dezorientasiya.
Ürək-damar sisteminə: reflektor taxikardiya, dəri örtüklərinin hiperemiyası, istilik hissi, arterial
hipotenziya, o cümlədən ortostatik kollaps, sianoz, solğunluq, methemoqlobinemiya.
Həzm sisteminə: ürəkbulanma, qusma, ağızda quruluq, qarında ağrı, diareya mümkündür.
İmmun sistemə: allergik reaksiyalar, o cümlədən dəri səpgisi, qaşınma; anafilaktik şok.
Digər: oyanıqlıq, görmənin pozulması, qlaukomanın kəskinləşməsi, hipotermiya.
Bəzən arterial təzyiqin kəskin düşməsi zamanı stenokardiya tutmalarının güclənməsi müşahidə
oluna bilər (paradoksal “nitrat” reaksiyaları).


Doza həddinin aşılması
Simptomları: ortostatik disrequlyasiya ilə arterial təzyiqin azalması (90 mm c. süt.-dan aşağı),
başağrısı, güclü başgicəllənmə, bayılma, ürək döyüntülərinin sürətlənməsi, ürəkbulanma və
qusma, təngnəfəslik, ifadəli zəiflik, bədən temperaturunun yüksəlməsi, arterial hipotenziya,
istilik hissi və ya titrətmə, tər ifrazının yüksəlməsi.
Yüksək dozalarda istifadə zamanı (20 mkq/kq-dan çox) – kollaps, dodaqların, dırnaqların və ya
ovucun sianozu, methemoqlobinemiya, dispnoe və taxipnoe.
Müalicəsi: xəstəni üfiqi vəziyyətə gətirməli, ayaqlarını qaldırmalı, ağır hallarda
plazmaəvəzedicilər, simpatomimetiklər, oksigen təyin edilir, methemoqlobinemiya zamanı –
metilen göyü.


Buraxılış forması
0,5 mq-lıq 40 tablet, konteynerdə. 1 konteyner içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.


Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.