Pharmed
NISTATIN 500000 IU N10 REKTAL SAM
NİSTATİN, vaginal suppozitoriyalar
NİSTATİN tərkibi
Təsiredici maddə: 1 şamın tərkibində 55,5 mq (250 000 TV) və ya 111 mq (500 000 TV) nistatin vardır.
İstifadəsinə göstərişlər
Uşaqlıq yolunun selikli qişasının kandidozunun müalicə və profilaktikası (uzunmüddətli yerli mikrob əleyhinə terapiya zamanı).
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, hamiləlik, 18 yaşa qədər uşaqlar (uşaqlarda preparatın intravaginal dərman forması kimi istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə məlumat yoxdur).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatdan istifadə etmək mümkündür, belə ki, nistatin selikli qişadan praktik olaraq sorulmur və bu səbəbə görə ana südünə nüfuz etmir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə nəqliyyat vasitələrini və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən fəaliyyət növü ilə məşğul olmaq mümkündür.
NİSTATİN istifadə qaydası və dozası
Vaginal istifadə edilir. Suppozitoriya qayçının köməyilə əvvəlcədən konturlu qablaşdırmadan azad edildikdən sonra (pərdəni şamın konturu üzrə kəsmək lazımdır) uşaqlıq yoluna yeridilir (gigiyenik prosedurlardan sonra). Sutkada 2 dəfə (səhər və axşam) 1 suppozitoriya təyin edilir. Müalicə kursu 10-14 gündür.