Pharmed
NISTATIN 100000 IU 15GR MELHEM
NİSTATİN, xaricə istifadə üçün məlhəm
NİSTATİN tərkibi
Təsiredici maddə: 1 qram məlhəmin tərkibində 100 000 TV nistatin vardır
İstifadəsinə göstərişlər
Candida göbələklərinin törətdiyi dəri xəstəliklərinin müalicəsi zamanı istifadə edilir.
Əks göstərişlər
Preparatın tərkibindəki nistatin və başqa komponentlərə qarşı yüksək həssaslıq Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Preparat yalnız xaricə istifadə üçün nəzərdə tutulmuşdur. Çalışmaq lazımdır ki, preparat gözə və gözətrafı nah iyyəsinə düşməsin və əgər düşsə axa r su ilə yaxalamaq lazımdır. Nistatin məlhə mi vərəm, virus və dərinin iltihabı xəstəlikləri zamanı, dərinin stafilokokk piodermiyası zamanı istifadə etmək olmaz. Nistatinin tərkibin də setostearil spirti vardır ki, dəriyə çəkdikdə kontakt dermatit kimi yerli dəri reaksiyaları müşahidə edilə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və di gər potensial təhl ükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir mənfi təsir etmir.
NİSTATİN istifadə qaydası və dozası
Nistatin məlhəm xaricə istifadə üçün nəzərdə tutulmuşdur. Məlhəm zədələnmiş nahiyəyə nazik qat şəklində gündə 1-2 dəfə 7 -10 gün ərzində ç əkilməlidir. Xroniki təkrarlanan və yayılmış kandidoz xəstəlikləri zamanı 2-3 həftə fasilə ilə müalicəvi kurslar keçirtmək lazımdır. Uşaqlarda istifadəsi Uşaqlarda istifadəsi əks göstərişdir.