Pharmed
NIGERSAN D5 1ML 1ML N10 AMP
NİGERSAN, D5 inyeksiya üçün məhlul
NİGERSAN tərkibi
Təsiredici maddələr: 1 ml məhlulun tərkibində 1 ml Aspergillus niger e volumine cellulae (lyophil., steril.) D5 dilution vardır.
İstifadəsinə göstərişlər
Urogenital traktın xəstəlikləri məs., mioma, kistlər, prostatın adenoması, degenerativ və ya iltihabi vəziyyətlər, məs., Şoyerman xəstəliyi, Pertes xəstəliyi, Bexterev xəstəliyi, tənəffüs sisteminin pozulmaları, limfatizm, ur xəstəliyi, piylənmə və ziyillər.
Əks göstərişlər
Aspergillus niger-ə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi haqqında kifayət qədər sənədləşdirilmiş məlumat olmadığından preparat yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilə bilər.
NİGERSAN istifadə qaydası və dozası
Digər təyinat yoxdursa: Həftədə 1-3 dəfə 1 ampul (1 ml) əzələdaxili, dərialtı, dəridaxili və ya venadaxili inyeksiya edilir. 8 həftədən artıq müalicəsi həkim təyinatından asılıdır. Müalicə müddəti: Həkim tərəfindən təyin olunur. Preparatın qəbulu müddətində simptomlar davam edərsə həkiminizlə məsləhətləşin.
Tövsiyə Homeopatik preparatlarla müalicənin başlanğıcında müalicə olunan xəstəliyin kəskinləşməsi mümkündür. Bu normal reaksiyadır; homeopatiyada buna “başlanğıc ağırlaşma” deyilir və bu reaksiya zərərsizdir.