Pharmed
NEYROFORMAT B12 3ML N5 AMP
NEYROFORMAT, B12 inyeksiya üçün məhlul
NEYROFORMAT tərkibi
Təsiredici maddə: 1 ampulda 10 mq hidroksikobalamin, 2,63 mq betametazon natrium fosfat, 75 mq diklofenak natrium vardır.
İstifadəsinə göstərişlər
-Somatik ağrı və nevrit komponenti ilə müşayiət olunan kəskin iltihabi proseslərdə -Revmatizm -Revmatoid artrit -Lümboişialgiya -Servikal braxialgiya -Müxtəlif nevralgiyalar və nevritlər -Poliradikuloneyropatiya -Osteoartroz və artrit -Miozit -Kəskin tendovaginit -Bexterev xəstəliyi
Əks göstərişlər
Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq, QSİƏP-lara qarşı yüksək həssaslıq, aktiv mədə-onikibarmaq bağırsaq xorası, mədə -bağırsaq qanaxması və ya perforasiya, ağır böyrək və qaraciyər çatışmazlığı, dekompensəolunmuş ürək çatışmazlığı, idiopatik trombositopenik purpura, hemorragik diatez, qanaxma, ürəyin işemik xəstəliyi, stenokardiya, osteoporoz, sistem antikoaqulyantlarla müalicə, insultdan sonrakı serebral pozğunluqlar, Kuşinq sindromu, ağır arterial hipertenziya, periferik arterial xəstəliklər, sistem göbələk infeksiyası, aktiv vərəm, hamiləlik v ə laktasiya dövrü, vaksinasiya dövrü, uşaq yaşı. Xüsusi göstəriş və ehtiyat tədbirləri Preparatın tərkibində diklofenak natrium olduğundan, ürək, qaraciyər, böyrək çatışmazlığı olan və intravaskulyar cərrahi əməliyyat (aortakoronar şuntlama keçirmiş və ya süni qan dövranı aparatına qoşulmuş) keçirmiş xəstələrdə ehtiyatla istifadə olunmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
NEYROFORMAT istifadə qaydası və dozası
1 ampul gündə 1-2 dəfə dərin əzələ daxilinə yeridilir.