Pharmed

NERVOHEEL N50 TB

NERVOHEL N

 

NERVOHEL N Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Acidum phosphoricum D4 60 mq, Strychnos
 ignatii D4 60 mq, Sepia officinalis D4 60 mq, Kalium bromatum D4 30
 mq, Zincum isovalerianicum D4 30 mq.
Köməkçi maddələr: maqnezium stearat, laktoza monohidrat.


Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi.

ATC kodu: N07XX Digər sinir sistemi preparatları.

 

İstifadəsinə göstərişlər

Nevroloji şikayətlərlə müşayiət olunan ümumi tükənmə.

 

Əks göstərişlər

Preparatın tərkibində olan bir və ya bir neçə komponentə qarşı allergiya (yüksək həssaslıq).

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Nervoheel N yüksək keyfiyyətli bioloji dərman vasitəsidir. Tərkibində olan xüsusi komponentlər
Nervoheel N-in yüksək tolerantlığını və effektivliyini təmin edir. Tərkibindəki 2 komponent ona
səciyyəvi görünüş və qoxu verir. Tabletə rəng verən tərkibindəki tünd rəngli maddə Sepia-dır.
Hiss etdiyiniz xüsusi qoxu isə effektivliyi ilə tanınan dərman bitkisi pişikotunun (Valerian)
qoxusudur. Bu preparatın tərkibində laktoza (süd şəkəri) vardır. Əgər sizdə bəzi şəkərlərə qarşı
dözümsüzlük müşahidə olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə
məsləhətləşin. Əgər simptomlar davam edərsə və ya pisləşərsə, həkimlə və ya tibb mütəxəssisi
ilə məsləhətləşin.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Məlum deyil.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya
dövründə toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və
laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə həkiminizlə məsləhətləşin.

 

NERVOHEL N İstifadə qaydası və dozası

Adi hallarda gündə 3 dəfə 1 tablet ağızda həll edilir.

 

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, bu homeopatik preparat da əlavə təsirlərə səbəb ola bilər, lakin bu
hamıda müşahidə olunmur. Ayrı ayrı hallarda keçici mədə-bağırsaq narahatlığı (məs. ürəkbulanma) və ya dəri allergiyaları (məs., səpgi və ya şişkinlik) bildirilmişdir.

 

Buraxılış forması

50 və ya 250 tablet, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.


Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.