Pharmed

NEBIVORLD 5MG N28 TB

NEBİVORLD 

Beynəlxalq patentləşdirilməmiş adı: Nebivolol

 

NEBİVORLD Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 2,5 mq və ya 5 mq nebivolol (nebivolol hidroxlorid
 şəklində) vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monohidrat, qarğıdalı nişastası, natrium
 kroskarmelloza, hipromelloza, susuz kolloid silisium dioksid, maqnezium
 stearat.


Farmakoterapevtik qrupu

Ürək-damar sisteminə təsir göstərən vasitələr. Selektiv β-blokatorlar.

ATC kodu: C07AB12.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Nebivolol β-adrenoreseptorların blokatoru hesab olunur. Sürətli metabolizatorlarda (əksər
insanlar) və 10 mq və daha az dozalarda istifadəsi zamanı nebivolol əsasən selektiv β1-blokator
hesab olunur, ləng metabolizatorlarda və daha yüksək dozalarda istifadəsi zamanı nebivolol həm
β1-, həm də β2-adrenoreseptorları blokada edir. Terapevtik konsentrasiyalarda o daxili
simpatomimetik və membranstabilləşdirici aktivliyə, həmçinin α1-adrenoblokadaedici təsirə
malik olmur. Nebivololun müxtəlif metabolitləri, o cümlədən qlükuronidlər β-adrenoblokator
xüsusiyyətlərə malikdirlər.
Təsir mexanizmi
Nebivololun hipotenziv təsir mexanizmi dəqiq müəyyənləşdirilməyib; həyata keçirilməsi
mümkün olan faktorlara daxildir: ürək yığılmaların tezliyinin azaldılması, miokardın yığılma
qabiliyyətinin azalması, baş beynin vazomotor mərkəzlərinin periferiyaya tonuslandırıcı simpatik
təsirinin azalması, renin aktivliyinin azalması, damarların genişlənməsi və periferik damarların
rezistentliyinin azalması.
Farmakokinetikası:
Nebivololun biotransformasiya prosesi bir neçə metabolik yollarla təmin edilir, o cümlədən
CYP2D6 iştirakı ilə qlükuronlaşma və hidroksilləşmə daxil olmaqla. Aktiv izomerin (dnebivololun) effektiv yarımxaricolma dövrü CYP2D6 görə sürətli metabolizatorlarda (əksər
insanlarda) 12 saata yaxın və ləng metabolizatorlarda 19 saat təşkil edir, bu zaman ləng
metabolizatorların qan plazmasında d-nebivololun konsentrasiyası əhəmiyyətli dərəcədə
yüksəkdir. Lakin bu vəziyyətin əhəmiyyəti adi vəziyyətə nisbətən azdır, belə ki, nebivololun
metabolitləri, o cümlədən hidroksil metaboliti və qlükuronidlər (qanda dövr edən əsas
metabolitlər) β-adrenoblokator xüsusiyyətə malik olurlar.
Sürətli və ləng metabolizatorların qan plazmasında d-nebivololun səviyyələri 20 mq-a qədər
doza diapazonunda dozaya mütənasib şəkildə yüksəlir. L-nebivololun qan plazmasında
konsentrasiyası d-nebivolola nisbətən yüksəkdir, lakin l-nebivololun effekti preparatın
aktivliyinə az təsir göstərir, belə ki, d-nebivololun β-adrenoreseptorlarla oxşarlığı l-nebivolola
nisbətən 1000 dəfə yüksəkdir. Ləng metabolizatorlarda nebivololun eyni dozasının istifadəsi
zamanı qan plazmasında dərman vasitəsinin maksimal konsentrasiyasının (Cmax) və
“konsentrasiya-zaman” əyrisi altında sahə göstəriciləri, sürətli metabolizatorlardakı göstəricilərə
nisbətən müvafiq olaraq 5 dəfə və 10 dəfə yüksəkdir. Dərman vasitəsinin ləng metabolizatorlarda
çoxdəfəlik istifadəsi zamanı (qəbul tezliyi gündə bir dəfə) orqanizmdə d-nebivololun toplanması
qeyd olunur (təxminən 1,5 dəfə).
Sorulması
Tablet formasında peroral qəbulu zamanı nebivololun sorulma prosesi məhlul formasında peroral
qəbulu zamanı sorulma prosesi ilə oxşardır. Dərman vasitəsinin mütləq biomənimsənilməsi
müəyyən olunmayıb.
Sürətli və ləng metabolizatorlarda orta Cmax preparatın qəbulundan təxminən 1,5-4 saat sonra
əldə olunur.
Qida nebivololun farmakokinetikasına təsir göstərmir. Dərman vasitəsinin qida ilə qəbulu
zamanı nebivolol qlükuronidlərin qanda konsentrasiyaları cüzi azalır. Nebivorld qida qəbulundan
asılı olmayaraq qəbul etmək olar.
Paylanması
Nebivololun insan qanı plazma zülalları ilə, əsasən albuminlə birləşmə dərəcəsi, in vitro şəraitdə
təxminən 98% təşkil edir və dərman vasitəsinin konsentrasiyasından asılı olmur.
Metabolizmi
Nebivololun metabolizmi əsasən dərman vasitəsinin birbaşa qlükuronlaşması prosesi ilə və az
dərəcədə sitoxrom Р450 CYP2D6 sistemin izofermentlərinin iştirakı ilə N-dealkilləşmə və
oksidləşmə reaksiyaları ilə əlaqələnir. Nebivololun stereospesifik metabolitləri farmakoloji
aktivliyə malikdir.
Xaric olması
Sürətli metabolizatorlarda 14C-nebivololun birdəfəlik peroral qəbulundan sonra preparatın
yeridilən dozasının 38%-i sidiklə və 44%-i - mədə-bağırsaq traktı ilə, ləng metabolizatorlarda
preparatın yeridilən dozasının 67%-i sidiklə və 13%-i – mədə-bağırsaq traktı ilə xaric olmuşdur.
Nebivolol praktiki olaraq çoxsaylı oksidləşmiş metabolitlər şəklində və ya onların müvafiq
qlükuron turşusu ilə konyuqatları şəklində orqanizmdən tamamilə xaric olunmuşdur.
Xüsusi qrup pasiyentlər
Qaraciyər xəstəlikləri olan pasiyentlər
Orta ağırlıq dərəcəli qaraciyər funksiyasının pozulmaları olan pasiyentlərdə (Çayld-Pyu şkalası
üzrə B sinif) d-nebivolol üçün Cmax və AUC göstəriciləri müvafiq olaraq 3 dəfə və 10 dəfə
yüksəlmişdir, d-nebivololun klirensi isə 86% azalmışdır. Qaraciyər funksiyasının ağır
pozulmaları olan pasiyentlərdə nebivololun istifadəsi rəsmi klinik tədqiqatlarda öyrənilməyib, bu
səbəbdən belə pasiyentlərdə dərman vasitəsinin istifadəsi əks göstərişdir.
Böyrək xəstəlikləri olan pasiyentlər
5 mq dozada birdədəlik qəbulundan sonra yüngül ağırlıq dərəcəli böyrək funksiyasının
pozulmaları olan pasiyentlərdə (kreatinin klirensi 50-80 ml/dəq; 7 pasiyent) nebivololun klirensi
dəyişməmişdir, orta ağırlıq dərəcəli böyrək funksiyasının pozulmaları olan pasiyentlərdə
(kreatinin klirensi 30-50 ml/dəq; 9 pasiyent) o cüzi azalmışdır və böyrəklərin funksiyasının ağır
pozulmaları olan pasiyentlərdə (kreatinin klirensi 30 ml/dəq-dən az; 5 pasiyent) o 53%
azalmışdır. Dializdə olan pasiyentlərdə dərman vasitəsinin istifadəsi öyrənilməyib.
Dərman qarşılıqlı təsirləri
Ehtimal olunur ki, CYP2D6 inhibə edən dərman vasitələri qan plazmasında nebivololun
konsentrasiyasını artıracaqdır. Nebivorldun yuxarıda qeyd olunan izofermentin inhibitorları və
ya induktorları ilə eyni vaxtda istifadəsi zamanı pasiyentlərin diqqətli monitorinqi aparılmalıdır
və nebivololun dozası arterial təzyiqin (AT) səviyyəsindən asılı olaraq korreksiya olunmalıdır.
İn vitro tədqiqatlarda müəyyən olunmuşdur ki, terapevtik konsentrasiyalarda d- və l-nebivolol
hər-hansı sitoxrom P450 sistemin izofermentlərini inhibə etmir.
Diqoksin
10 gün ərzində nebivolol (10 mq gündə bir dəfə) və diqoksinin (0,25 mq gündə bir dəfə) birgə
istifadəsi zamanı 14 sağlam böyük könüllüdə dərman vasitəsinin farmakokinetikasında dəyərli
dəyişikliklər aşkar olunmamışdır.
Varfarin
Nebivolol (10 mq gündə bir dəfə 10 gün ərzində) və varfarinin (10 mq birdəfəlik)
kombinəolunmuş istifadəsi zamanı nebivololun və R- və ya S-varfarinin farmakokinetikası
əhəmiyyətli dərəcədə dəyişməmişdir. Protrombin zamanı və beynəlxalq normallaşdırma nisbəti
(BNN) profilləri göstəricilərininin qiymətləndirilməsinə əsasən 12 sağlam böyük könüllüdə
10 mq dozada varfarinin birdəfəlik qəbulundan sonra nebivolol varfarinin antikoaqulyant təsirinə
əhəmiyyətli təsir göstərməmişdir.
Diuretiklər
Sağlam böyük könüllülərdə nebivolol (gündə 10 mq 10 gün ərzində) və furosemid (birdəfəlik
40 mq), hidroxlortiazid (25 mq gündə bir dəfə 10 gün ərzində) və ya spironolakton (25 mq gündə
bir dəfə 10 gün ərzində) arasında farmakokinetik qarşılıqlı təsirlər qeyd olunmamışdır.
Ramipril
10 gün ərzində nebivolol (10 mq gündə bir dəfə) və ramipril (5 mq gündə bir dəfə) eyni vaxtda
istifadəsi zamanı 15 sağlam böyük könüllüdə dərman vasitələri arasında farmakokinetik
qarşılıqlı təsirlər aşkar olunmamışdır.
Lozartan
20 sağlam böyük könüllülərdə nebivolol (10 mq birdəfəlik) və lozartanın (50 mq birdəfəlik)
birgə istifadəsi zamanı farmakokinetik dərman qarşılıqlı təsirləri qeyd olunmamışdır.
Fluoksetin
10 sağlam böyük könüllülərdə fluoksetin (CYP2D6 inhibitoru, gündə 20 mq 21 gün ərzində
nebivolol qəbuluna qədər) və nebivololun (10 mq birdəfəlik) istifadəsi zamanı d-nebivolol üçün
Cmax və AUC göstəriciləri müvafiq olaraq 3 dəfə və 8 dəfə artmışdır.
Н2-histamin reseptorların antaqonistləri
Ranitidin (150 mq gündə iki dəfə) və nebivololun (5 mq birdəfəlik) birgə istifadəsi zamanı
sonuncunun farmakokinetikası dəyişməmişdir. Simetidinlə (400 mq gündə iki dəfə)
kombinəolunmuş istifadəsi zamanı qan plazmasında d-nebivololun konsentrasiyası 23%
artmışdır.
Aktivləşmiş kömür
Aktivləşmiş kömürlə (Aktidoza®-Akva, Actidose®-Aqua) birlikdə istifadəsi zamanı, hansı ki
nebivololun (10 mq birdəfəlik) qəbulundan sonra 4, 8, 12, 16, 22, 28, 36 və 48 saatdan bir təkrar
istifadə olunmuşdur, sonuncunun farmakokinetikası dəyişməmişdir.
Sildenafil
Nebivolol ilə birgə istifadəsi zamanı sildenafil üçün AUC və Cmax göstəriciləri müvafiq olaraq
21% və 23% azalmışdır, d-nebivolol üçün analoji göstəricilər həmçinin cüzi dəyişmişdir (20%-
dən az). Sildenafil və nebivolol kombinasiyasının həyati vacib göstəricilərə (məsələn, ürək
yığılmaların tezliyi və AT) təsiri dərman vasitələrinin cəm effektləri ilə şərtlənmişdir.
Digər dərman vasitələri ilə birgə istifadəsi
Populyasion farmakokinetik analizlərin nəticələri onu göstərir ki, arterial hipertenziyalı
pasiyentlərdə aşağıdakı dərman vasitələri nebivololun farmakokinetikasına təsir göstərmir:
asetaminofen, asetilsalisil turşusu, atorvastatin, ezomeprazol, ibuprofen, levotiroksin natrium,
metformin, sildenafil, simvastatin və tokoferol.
Qanın plazma zülalları ilə birləşməsi
İn vitro tədqiqatlarda nebivololun insanda qanın plazma zülalları ilə birləşmə dərəcəsi diazepam,
diqoksin, difenilhidantoin, enalapril, hidroxlortiazid, imipramin, indometasin, propranolol,
sulfametazin, tolbutamid və varfarinin yüksək konsentrasiyaları olduğu halda dəyişməmişdir.
Nebivolol terapevtik konsentrasiyalarda aşağıdakı dərman vasitələrinin zülallarla birləşmə
dərəcəsinə əhəmiyyətli dərəcədə təsir göstərməmişdir: diazepam, diqoksin, difenilhidantoin,
hidroxlortiazid, imipramin və ya varfarin.

 

İstifadəsinə göstərişlər

Nebivorld arterial hipertenziyanın terapiyası üçün AT-in azaldılması məqsədilə göstərişdir.
Preparatı həm ayrılıqda və ya digər hipotenziv dərman vasitələrilə kombinasiyada istifadə etmək
olar.
AT enməsi zamanı ölümcül və qeyri-ölümcül ürək-damar ağırlaşmalarının, ilk növbədə insult və
miokard infarktının başvermə riski azalır.
Bu üstünlüklər müxtəlif farmakoloji siniflərdən olan hipotenziv dərman vasitələrinin, həmçinin
nebivololun aid olduğu sinfin istifadəsilə aparılan nəzarətli tədqiqatlarda qeyd olunmuşdur.
Nebivorld ilə terapiya zamanı yuxarıda qeyd olunan riskin azaldılmasını sübut edən klinik
tədqiqatlardan alınan məlumatlar mövcud deyil.
Yüksək AT-in kontrolu ürək-damar risklərinin kompleks idarəetmə sisteminin tərkib hissəsi
olaraq nəzərdən keçirilməlidir, buraya, ehtiyac olduqda qanda lipidlərin səviyyəsinin, şəkərli
diabetin kontrolu, antitrombotik terapiya, siqaretçəkmədən imtina, fiziki məşqlər və natrium
qəbulunun məhdudlaşdırılması daxildir. Çox sayda pasiyentlərdə AT-in hədəf göstəricilərinə
çatmaq üçün bir dənədən artıq dərman vasitəsinin istifadəsi ilə terapiyanın aparılması tələb
olunur. Müalicənin məqsədi və AT-in idarəolunması baxımından vacib tövsiyyələrə müvafiq
dərc olunmuş milli rəhbərliklərə baxmaq lazımdır.
Randomizəolunmuş nəzarətli tədqiqatlarda müəyyən olunmuşdur ki, müxtəlif farmakoloji
sinifdən olan, müxtəlif təsir mexanizmlərinə malik çox sayda hipotenziv dərman vasitələri ürəkdamar xəstəliklərinin inkişaf etməsi və bu səbəbdən ölüm riskini azaldırlar; əldə olunan
məlumatlara əsasən bu əhəmiyyətli dərəcədə birbaşa AT-in azaldılması ilə şərtlənir, dərman
vasitələrinin digər farmakoloji xüsusiyyətləri ilə deyil. Ürək-damar xəstəliklərinin nəticələrinə
görə ən çox tezliklə qeydə alınan və əhəmiyyət daşıyan üstünlük insultun inkişafetmə riskinin
azaldılması olmuşdur, həmçinin mütəmadi olaraq miokard infarktının inkişafetməsi və ürəkdamar xəstəliklərindən ölüm riskinin azaldılması qeyd olunmuşdur.
Sistolik və ya diastolik arterial təzyiqin (müvafiq olaraq, SAT və DAT) yüksəlməsi zamanı ürəkdamar ağırlaşmalarının başverməsi riski yüksəlir, bununla belə AT-in daha yüksək
göstəricilərində hər mm.cv.süt-na düşən mütləq risk çox dərəcədə yüksəlir, bununla əlaqədar
arterial hipertenziya zamanı hətta AT-in yüngül enməsi əhəmiyyətli faydalı ola bilər. AT-in
enməsi zamanı müxtəlif mütləq riskli müxtəlif populyasiyalarda nisbi risk eyni dərəcədə azalır,
bu səbəbdən, arterial hipertenziyanın inkişafetmə səbəblərindən asılı olmayaraq daha yüksək risk
qrupu pasiyentlərində mütləq fayda daha yüksəkdir (məsələn, şəkərli diabetli və ya
hiperlipidemiyası olan pasiyentlərdə). Belə pasiyentlərdə ehtimal olunur ki, AT-in daha aşağı
səviyyəsini əldə etmək məqsədilə daha aqressiv müalicənin aparılması üstünlüyə malik ola bilər.
Bəzi hipotenziv dərman vasitələri neqroid irqindən olan pasiyentlərdə AT-ə daha az ifadəli təsir
göstərir (monoterapiya qismində istifadə olunduğu zaman), bununla belə hipotenziv dərman
vasitələrinin çoxu əlavə təsirlərə və göstərişlərə malik olurlar və məs., stenokardiya, ürək
çatışmazlığı və ya böyrəklərin diabetik xəstəliyi zamanı istifadə olunurlar. Yuxarıda qeyd olunan
vəziyyətlər fərdi terapiya seçimini müəyyən edə bilər.

 

Əks göstərişlər

- Təsiredici maddəyə və ya preparatın köməkçi maddələrindən hər-hansı birinə qarşı
hiperhəssaslıq;
- ağır bradikardiya;
- ürəyin blokadası (II dərəcə və daha yüksək);
- kardiogen şok;
- dekompensəolunmuş ürək çatışmazlığı;
- sinus düyünün zəifliyi sindromu (daimi kardiostimulyator olmadığı halda);
- qaraciyər funksiyasının ağır pozulmaları olan pasiyentlər (Çayld-Pyu şkalası üzrə C sinfi).

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Terapiyanın qəfil kəsilməsi
Ürəyin işemik xəstəliyi olan pasiyentlərdə Nebivorld ilə terapiyanı qəfil kəsmək olmaz. Əldə
olan məlumatlara görə, β-blokator ilə terapiyanın qəfil kəsilməsindən sonra koronar arteriyaların
xəstəlikləri olan pasiyentlərdə stenokardiyanın, miokard infarktının və mədəcik aritmiyasının
ağır kəskinləşməsi qeydə alınmışdır. Miokard infarktı və mədəcik aritmiyaları həm yanaşı
stenokardiyanın kəskinləşməsi fonunda, həm də bunsuz inkişaf edə bilər. Koronar arteriya
xəstəliklərinin aydın ifadəli əlamətləri olmayan pasiyentlərdə Nebivorld ilə terapiyanın
dayandırılması və ya kəsilməsi zamanı ehtiyatlı olmaq lazımdır. Digər β-blokatorlarla olduğu
kimi Nebivorld ilə terapiyanın planlaşdırılan kəsilməsi zamanı pasiyentlərin diqqətli
monitorinqini aparmaq lazımdır və onlara tövsiyə edilməlidir ki, fiziki aktivliyi minimuma
endirsinlər. Əgər buna imkan olarsa, nebivololun dozasını tədricən 1-2 həftə ərzində azaltmaq
lazımdır. Stenokardiya simptomlarının kəskinləşməsi və kəskin koronar çatışmazlıq inkişaf
etdiyi zaman dərman vasitəsilə müalicəni təxirəsalmadan bərpa etmək lazımdır, minimum
müvəqqəti olaraq.
Stenokardiya və kəskin miokard infarktı
Stenokardiyalı pasiyentlərdə və ya yaxın vaxtlarda miokard infarktı keçirmiş pasiyentlərdə
preparatın istifadəsi öyrənilməyib.
Bronxospastik xəstəliklər
Bir qayda olaraq, β-blokatorları bronxospastik xəstəlikləri olan pasiyentlərdə istifadə etmək
olmaz.
Anesteziya və miqyaslı cərrahi müdaxilələr
β-blokatorların qəbulunun dayandırılması zamanı miokard infarktı və döş qəfəsində ağrının
inkişaf etməsi riski yüksəldiyi üçün, β-blokatorlar ilə artıq terapiya qəbul edən pasiyentlərin bir
qayda olaraq, əməliyyatsonrası dövrdə də müalicəni davam etdirmələri lazımdır.
Əməliyyatsonrası dövrdə Nebivorldun istifadəsi zamanı, cərrahi müdaxilənin aparılması zamanı
miokardın funksiyasını ləngidən dərman vasitələrinin, məsələn, efir, siklopropan və trixloretilen
istifadəsilə anestezioloji vasitələr qəbul edən pasiyentlərin vəziyyətini diqqətlə nəzarət etmək
lazımdır. Əgər β-blokatorlar ilə terapiya miqyaslı cərrahi müdaxilənin aparılmasına qədər
dayandırılarsa, o zaman reflektor adrenergik stimullara qarşı ürəyin cavabvermə qabiliyyətinin
pozulması ilə əlaqədar ümumi anesteziya və cərrahi müdaxilənin aparılması ilə əlaqəli risklər
yüksələ bilər.
β-adrenoreseptorların blokadası ilə əlaqəli Nebivorldun effektləri β-aqonistlərin, məsələn,
dobutamin və ya izoproterenolun istifadəsi ilə aradan qaldırıla bilər. Buna baxmayaraq,
uzunmüddətli dövr ərzində pasiyentlərdə ağır arterial hipotenziya qeyd oluna bilər; bundan
əlavə, defibrilyasiyanın aparılması və β-blokatorların istifadəsi fonunda ürək ritminin
dəstəkənməsi zamanı çətinlklərlə əlaqəli hadisələr barədə məlumatlar mövcuddur.
Şəkərli diabet və hipoqikemiya
β-blokatorlar hipoqlikemiyanın bəzi əlamətlərini, əsasən taxikardiyanı maskalaya bilər. Qeyriselektiv β-blokatorlar insulin istifadəsilə şərtlənən hipoqlikemiyanı gücləndirə bilər və qan
zərdabında qükozanın normal göstəricilərə çatması üçün tələb olunan zaman aralığını artıra bilər.
Nebivololun belə təsirə malik olması məlum deyildir. Spontan hipoqlikemiyaya meyilli
pasiyentlər və şəkərli diabetli, Nebivorld və insulinlə və ya peroral hipoqlikemik vasitələrlə
kombinəolunmuş terapiya qəbul edən pasiyentlər yuxarıda qeyd olunan effektlərin inkişaf etməsi
riski barədə məlumatlı olmalıdırlar.
Tireotoksikoz
β-blokatorlar hipertireozun klinik əlamətlərini, məsələn taxikardiyanı masklaya bilər. βblokatorların qəbulunun qəfil dayandırılması zamanı hipertireozun simptomları güclənə bilər və
ya tireotoksik kriz inkişaf edə bilər.
Periferik damarların xəstəlikləri
Periferik damarların xəstəlikləri olan pasiyentlərdə β-blokatorların istifadəsi zamanı arterial
çatışmazlığın simptomları inkişaf edə bilər yaxud güclənə bilər.
Dihidropiridin törəmələri qrupuna aid olmayan kalsium kanalı blokatorları (KKB)
β-blokatorların və KKB (məsələn, verapamil, diltiazem) ifadəolunmuş mənfi inotrop və
xronotrop effektləri ilə əlaqədar onların birgə istifadəsi zamanı pasiyentlərdə AT və
elektrokardioqrammanın monitorinqini aparmaq lazımdır.
CYP2D6 inhibitorları ilə kombinəolunmuş istifadəsi
CYP2D6 inhibə olunması zamanı qan plazmasında nebivololun konsentrasiyası yüksəlir, bunun
nəticəsində dərman vasitəsinin dozasının azaldılmasına ehtiyac yarana bilər.
Böyrəklərin funksiyasının pozulması
Böyrəklərin funksiyasının ağır pozulmaları olan pasiyentlərdə nebivololun böyrək klirensi azalır.
Dializdə olan pasiyentlərdə Nebivorldun istifadəsi öyrənilməyib.
Qaraciyər funksiyasının pozulmaları
Orta ağırlıq dərəcəli qaraciyər funksiyasının pozulmaları olan pasiyentlərdə nebivololun
metabolizmi azalır. Qaraciyər funksiyasının ağır pozulmaları olan pasiyentlərdə Nebivorldun
istifadəsi öyrənilməyib.
Anafilaktik reaksiyaların inkişaf etməsi riski
β-blokatorlar ilə terapiya fonunda, anamnezində müxtəlif allergenlərə qarşı ağır anafilaktik
reaksiyalar qeyd olunan pasiyentlər, onların təkrarən təsadüfi təsiri zamanı və ya onların
diaqnostik və ya müalicəvi məqsədlə istifadəsi zamanı, allergenlərə qarşı daha həssas ola
bilərlər. Belə pasiyentlər, allergik reaksiyaların aradan qaldırılması üçün istifadə olunan adi
dozalarda epinefrinlə terapiyaya cavab verməyə bilərlər.
Feoxromositoma
Diaqnozlaşdırılan və ya ehtimal olunan feoxromositomalı pasiyentlərdə hər-hansı β-blokatorun
istifadəsindən öncə α-blokator istifadə etmək lazımdır.
Uşaqlar
Uşaqlarda Nebivorldun istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. 18 yaşa
qədər uşaqlarda preparatın istifadəsinə dair klinik tədqiqatlar aparılmayıb, orqanizmin inkişafına
qarşı onun toksiki təsiri və onun fertilliyə potensial mənfi uzunmüddətli təsirinə dair kifayət
qədər məlumatlar olmadığına görə.
Yaşlı pasiyentlər
Amerika Birləşmiş Ştatlarında (ABŞ) klinik plasebo-nəzarətli tədqiqatlarda nebivolol ilə terapiya
qəbul edən, arterial hipertenziyalı 2800 pasiyentdən 478-i 65 yaş və yuxarı olmuşdur. Dərman
vasitəsinin effektivliyi və ya arzuolunmaz reaksiyalar profilində yaşlı və daha cavan pasiyentlər
arasında hər-hansı fərq aşkar olunmamışdır.
70 yaşdan yuxarı, xroniki ürək çatışmazlığı olan, gündə maksimal 10 mq dozada, orta hesabla 20
ay müddətində nebivolol qəbul edən pasiyentlərdə (1067 pasiyent) plasebo-nəzarətli tədqiqatda,
plasebo qəbul edən pasiyentlərlə (1061 pasiyent) müqayisədə ürək çatışmazlığı simptomlarının
güclənməsi qeyd olunmamışdır. Buna baxmayaraq, ürək çatışmazlığı simptomlarının güclənməsi
zamanı Nebivorldun qəbulunun dayandırılması barədə məsələni müzakirə etmək lazımdır.
Ürək çatışmazlığı
Nebivorld ilə terapiya qəbul edən pasyentlər məlumatlandırılmalıdır ki, tənəffüsün çətinləşməsi
və ya ürək çatışmazlığı əlamətləri və ya simptomlarının baş verməsi zamanı, məsələn bədən
kütləsinin artması, təngnəfəsliyin dərinləşməsi və ya ifadəli bradikardiya zamanı, həkimə
müraciət etmək lazımdır.
Köməkçi maddələr
Nebivorldun tərkibində laktoza vardır, bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlüklə
xarakterizə olunan, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi
xəstəlikləri olan pasiyentlərə dərman vasitəsini qəbul etmək olmaz.
Nebivorld bir tabletinin tərkibində 1 mmol natrium (23 mq) vardır, yəni praktiki olaraq
“tərkibində natrium yoxdur”.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

CYP2D6 inhibitorları
Nebivorldun CYP2D6 inhibitorları ilə (xinidin, propafenon, fluoksetin, paroksetin və s.) eyni
vaxtda istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Hipotenziv dərman vasitələri
Nebivorldu digər β-blokatorlar ilə birgə istifadə etmək olmaz. Preparatın orqanizmdə
katexolaminlərin səviyyələrini azaldan dərman vasitələri ilə, məsələn, rezerpin və ya
quanetidinlə kombinəolunmuş istifadəsi zamanı pasiyentlərə qarşı diqqətli müşahidə aparmaq
lazımdır, belə ki, Nebivorldun β-blokadaedici təsiri simpatik sinir sisteminin aktivliyinin
əhəmiyyətli dərəcədə azalamsını şərtləndirə bilər. Nebivorld və klonidinlə terapiya qəbul edən
pasiyentlərdə klonidinin dozasının tədricən azaldılmasına qədər bir neçə gün öncə Nebivorldun
istifadəsini dayandırmaq lazımdır.
Ürək qlikozidləri
Ürək qlikozidləri və β-blokatorlar atrioventrikulyar ötürücülüyü və ürəyin yığılması tezliyini
azaldırlar. Yuxarıda qeyd olunan dərman vasitələrinin eyni vaxtda istifadəsi bradikardiyanın baş
verməsi riskini yüksəldə bilər.
KKB
Nebivorld ürək fəaliyyətini ləngidən və ya atrioventrikulyar ötürücülüyü azaldan preparatların,
məsələn bəzi KKB (əsasən, fenilalkilamin (verapamil) və benzodiazepin törəmələri (diltiazem))
və ya aritmiyaəleyhinə vasitələrin (məsələn, dizopiramid) təsirini gücləndirə bilər.

 

Nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsi və mexanizmləri və ya yüksək diqqət tələb edən digər fəaliyyət növləri ilə
məşğul olmadan əvvəl pasiyent dərman preparatına qarşı öz reaksiyasını öyrənməlidir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik
Hamilə qadınlarda Nebivorldun istifadəsinə dair hal-hazırda əldə olan məlumatlar preparatın
istifadəsilə əlaqəli hamiləliyin mənfi nəticələnməsi riskinin dərəcəsini müəyyən etmək üçün
kifayət qədər deyildir. Həm ana, həm də döl üçün hamiləlik zamanı arterial hipertenziyanın
qeyri-kafi kontrolu ilə əlaqədar risklər mövcuddur. Hamiləliyin üçüncü trimestrində βblokatorların istifadəsi zamanı arterial hipotenziyanın, bradikardiyanın, hipoqlikemiya və
yenidoğulmuşda tənəffüsün ləngiməsinin inkişaf etməsi riski yüksələ bilər (bax. aşağıda).
Siçovullar üzərində aparılan tədqiqatlarda hestasiya dövründə (dölün orqanogenez dövründə)
nebivolol insan üçün maksimal tövsiyə olunan dozaya (İMTD) ekvivalent dozalarda peroral
yeridilərək müəyyən olunmuşdur ki, dərman vasitəsi embriofetal və perinatal ölüm göstəricilərini
yüksəldir.
Daha çox əhəmiyyət daşıyan anadangəlmə inkişaf qüsurları və nebivolol ilə terapiya qəbul edən
hamilə qadın populyasiyasında özbaşına düşüklərin baş verməsinə dair hesablanmış başlanğıc
risklər məlum deyildir. ABŞ-da daha çox əhəmiyyət daşıyan anadangəlmə inkişaf qüsurları və
klinik təsdiq olunmuş hamiləlik zamanı özbaşına düşüklər müvafiq olaraq 2-4% və 15-20%
təşkil edir.
Xəstəliklə əlaqədar ana və/və ya embrion/döl üçün risk
Hamiləlik dövründə arterial hipertenziya zamanı ana üçün preeklampsiyanın baş verməsi,
hestasion şəkərli diabet, vaxtından əvvəl doğuş və doğuş zamanı ağırlaşmalar (məsələn,
keysəriyə kəsiyinin aparılması və doğuşsonrası qanaxma) riski yüksəlir. Hamiləlik dövründə
arterial hipertenziya zamanı döl üçün bətndaxili inkişafın ləngiməsi və bətndaxili ölüm riskləri
yüksəlir. Arterial hipertenziyalı hamilə qadınların diqqətli monitorinqi və müvafiq olaraq
müalicəsini aparmaq lazımdır.
Döldə/yenidoğulmuş uşaqda arzuolunmaz reaksiyalar
Hamiləliyin üçüncü trimestrində arterial hipertenziya səbəbindən β-blokatorlar ilə terapiya qəbul
edən anaların yenidoğulmuş uşaqlarında arterial hipotenziya, bradikardiya, hipoqlikemiya və
tənəffüsün ləngiməsinin inkişaf etməsi riski yüksələ bilər. Belə vəziyyətlərdə yuxarıda qeyd
olunan arzuolunmaz reaksiyaların aşkar olunması məqsədilə yenidoğulmuş uşaqlara qarşı
diqqətli müşahidə təmin edilməli və ehtiyac olduqda müvafiq müalicə aparılmalıdır.
Laktasiya
İnsanda ana südü ilə nebicololun ifraz olunması məlum deyildir; südəmər uşaqlara, və ya ana
südünün ifraz olunmasına dərman vasitəsinin təsirinə dair məlumatlar mövcud deyildir.
Nebivolol siçovulların südündə aşkar olunur. Laktasiya dövründə β-blokatorların istifadəsilə
əlaqədar ana südü ilə qidalanan uşaqda potensial ağır arzuolunmaz reaksiyalar, xüsusən
bradikardiya inkişaf edə bildiyi üçün, Nebivorldun laktasiya dövründə qadınlarda istifadəsi
tövsiyə olunmur.

 

NEBİVORLD İstifadə qaydası və dozası

Dozalanması
Preparatın dozasını pasiyentin fərdi tələbatlarına uyğun olaraq seçmək lazımdır. Əksər
pasiyentlər üçün tövsiyə olunan başlanğıc doza 5 mq nebivolol gündə bir dəfə təşkil edir; dərman
vasitəsini həm monoterapiya qismində, həm də digər preparatlarla kombinasiyada istifadə etmək
olar. Əgər pasiyentdə AT-in gələcəkdə azaldılmasına ehtiyac olarsa, 2 həftədə 40 mq-a qədər
interval ilə nebivololun dozasını artırmaq olar. Dərman vasitəsinin qəbul sayının artırılması
zamanı dəyərli üstünlüklərin qeyd olunacağı az ehtimal olunur.
Xüsusi qrup pasiyentlər
Böyrəklərin funksiyası pozulmuş pasiyentlər
Böyrəklərin funksiyasının ağır pozulmaları olan pasiyentlərdə (kreatinin klirensi 30 ml/dəq-dən
az) tövsiyə olunan başlanğıc doza 2,5 mq nebivolol gündə bir dəfə təşkil edir; ehtiyac olduqda
dərman vasitəsinin dozasını tədricən artırmaq lazımdır. Dializdə olan pasiyentlərdə Nebivorldun
istifadəsi öyrənilməyib.
Qaraciyər funksiyasının pozulması olan pasiyentlər
Qaraciyər funksiyasının orta ağır dərəcəli pozulması olan pasiyentlərdə tövsiyə olunan başlanğıc
doza 2,5 mq nebivolol gündə bir dəfə təşkil edir; ehtiyac olduqda dərman vasitəsinin dozasını
tədricən artırmaq lazımdır. Qaraciyər funksiyasının ağır pozulmaları olan pasiyentlərdə
Nebivorldun istifadəsi öyrənilməyib, bu səbəbdən belə pasiyentlərdə preparatın istifadəsi
məsləhət görülmür.
Yaşlı pasiyentlər
Yaşlı pasiyentlərdə nebivololun dozasının korreksiya edilməsi tələb olunmur.
CYP2D6 polimorfizmi
CYP2D6 görə ləng metabolizatorlar hesab olunan pasiyentlərdə nebivololun dozasının
korreksiya edilməsi tələb olunmur. Ləng metabolizatorlarda dərman vasitəsinin klinik
effektivliyi və təhlükəsizlik profili sürətli metabolizatorlarda olduğu kimidir.
İstifadə qaydası
Tabletlər qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir.
Pasiyentlər məlumatlanmalıdır ki, Nebivorldu müntəzəm olaraq və fasiləsiz qəbul etmək
lazımdır. Növbəti dozanın qəbulu buraxıldıqda yalnız preparatın sonrakı dozasını müalicə
sxeminə uyğun şəkildə qəbul etmək lazımdır (buraxılan dozanı kompensə etmək üçün ikiqat
doza qəbul etmək olmaz). Nebivorld ilə müalicəni kəsmək və ya dayandırmaq yalnız həkim
məsləhətindən sonra etmək olar.

 

Əlavə təsirləri

Nebivololun istifadəsinin təhlükəsizliyi arterial hipertenziyalı pasiyentlərdə və ürək çatışmazlığı
olan pasiyentlərdə qiymətləndirilmişdir, bu zaman əlavə təsirlərin profili dərman vasitəsinin
farmakoloji xüsusiyyətlərinə və klinik sınaqlarda iştirak edən pasiyentlərin sağlamlıq vəziyyətinə
uyğun olmuşdur. Belə pasiyentlərdə qeyd olunan əlavə təsirlər aşağıda MedDRA üzrə sistemorqanlar sinfinə uyğun olaraq sadalanmışdır.
Ümumi xarakterli, informativ olmayan, həmçinin, dərman vasitəsinin istifadəsilə birmənalı asılı
olmayan əlavə təsirlər istisna edilmişdir, belə ki, onların baş verməsi terapiyanın aparıldığı
xəstəliklə əlaqəli olmuşdur, və ya onlar terapiya qəbul edən pasiyentlərin ümumi
populyasiyasında çox yayılmış olmuşdur.
Dünyanın müxtəlif ölkələrində aparılmış, nebivololun istifadəsinə dair klinik tədqiqatlarda 6545
pasiyent iştirak etmişdir, həmçinin arterial hipertenziyaya görə dərman vasitəsilə terapiya qəbul
edən 5038 pasiyent, və digər ürək-damar xəstəliklərinə görə 1507 pasiyent daxil olmaqla.
Nebivololun dozaları 0,5 mq-dan 40 mq-a qədər diapazonda dəyişmişdir, pasiyentlər müalicəni
24 aydan çox olmayan müddətdə qəbul etmişdir (1900-dan çox pasiyent – 6 aydan az olmayaraq
və 1300-ə yaxın pasiyent – bir ildən artıq).
Arterial hipertenziya
Nebivolol və plasebonun müqayisəli plasebo-nəzarətli klinik tədqiqatlarında əlavə təsirlərin
inkişaf etməsi nəticəsində dərman vasitəsini qəbul edən 2,8% pasiyentdə, və plasebo qəbul edən
2,2% pasiyentdə terapiya dayandırılmışdır. Nebivolol ilə terapiyanın dayandırılması daha çox
tezliklə başağrısı (0,4%), ürəkbulanma (0,2%) və bradikardiya (0,2%) kimi əlavə təsirlərlə
əlaqədar olmuşdur.
1% pasiyentdə və daha çox qeyd olunan, dərman vasitəsinin qəbulu ilə əlaqəli əlavə təsirlər;
onların rastgəlmə tezliyi ən azı nebivolol qəbul edən bir qrup pasiyentdə, plasebo qəbul edən
pasiyentlərə nisbətən daha yüksək olmuşdur (arterial hipertenziyalı, 5 mq, 10 mq və ya 20-40 mq
dozalarda nebivolol ilə monoterapiya qəbul edən 1597 pasiyentin, və plasebo qəbul edən 205
pasiyentin iştirak etdiyi üç 12-həftəlik plasebo-nəzarətli klinik tədqiqat):
Ürəyə: bradikardiya.
Mədə-bağırsaq traktına: diareya, ürəkbulanma.
Ümumi pozğunluqlar və yeridilmə yerində dəyişiklik: yorğunluq, döş qəfəsində ağrı, periferik
ödemlər.
Sinir sisteminə: başağrısı, başhərlənmə.
Psixi pozğunluqlar: yuxusuzluq.
Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarına: təngnəfəslik.
Dəri və dərialtı toxumalara: səpki.
Yuxarıda qeyd olunanlar istisna olmaqla, 4300-dən artıq pasiyentin iştirak etdiyi nəzarətli və ya
açıq klinik tədqiqatlarda 1% və daha çox pasiyentdə dərman vasitəsinin istifadəsi zamanı qeyd
olunan əlavə təsirlər; əksər hallarda nəzarətli tədqiqatlarda nebivolol qəbul edən pasiyentlərdə
onların başvermə tezliyi plasebo qəbul edən pasiyentlərdəki ilə müqayisə edilmişdir (onlara
aiddir: əhəmiyyətli dərəcədə ümumi hesab olunan reaksiyalar, informativ olması üçün
reaksiyalar, zəif ifadəolunmuş simptomlar və, dərman vasitəsinin istifadəsilə əlaqəsi az ehtimal
olunanlar, belə ki, onlar ümumi populyasiyada çox yayılmış olmuşdurlar):
Ümumi pozğunluqlar və yeridilmə yerində dəyişiklik: asteniya.
Mədə-bağırsaq traktına: qarında ağrı.
Maddələr mübadiləsi və qidalanma sisteminə: hiperxolesterinemiya.
Sinir sisteminə: paresteziya.
Laborator müayinələrin nəticələrinə təsiri
Nəzarətli tədqiqatlarda arterial hipetenziyalı pasiyentlərdə nebivolol ilə monoterapiya zamanı
qanda sidik turşusu səviyyələrinin, triqliseridlərin və qanda sidikcövhəri azotunun yüksəlməsi və
qanda yüksəksıxlıqlı lipoproteinləri xolesterinin səviyyələrinin və trombositlərin azalması qeydə
alınmışdır.
Postmarketinq dövrdə əldə olunan məlumatlar
Aşağıda sadalanan əlavə təsirlər dünyanın müxtəlif ölkələrində nebivololun istifadəsi zamanı
spontan məlumatlarda qeyd olunmuşdur və digər mənbələrdə göstərilməmişdir. Bu əlavə təsirləri
onların ağırlıq dərəcəsinin kompleks qiymətləndirilməsi, rastgəlmə tezliyi və ya nebivolol
terapiyası ilə səbəb-nəticə əlaqəsi ehtimal olunması əsasında nəzərə almaq lazımdır (ümumi
populyasiyada çox yayılmış olan əlavə təsirlər göstərilməyib). Belə əlavə təsirlərin rastgəlmə
tezliyini təyin etmək və ya nebivolol istifadəsilə səbəb-nəticə əlaqəsini müəyyən etmək mümkün
olmur, belə ki, spontan məlumatlar qeyri-müəyyən populyasiya sayından əldə olunmuşdur.
Onlara aiddir: qaraciyər funksiyasının pozulmaları (aspartataminotransferaza (AST),
alaninaminotransferaza (ALT) və qanda bilirubin səviyyələrinin yüksəlməsi daxil olmaqla),
ağciyərlərin kəskin ödemi, kəskin böyrək çatışmazlığı, atrioventrikulyar blokada (II və III
dərəcə), bronxospazm, erektil disfunksiya, hiperhəssaslıq (o cüm. övrə, allergik vaskulit və, nadir
hallarda, angionevrotik ödem), arterial hipotenziya, miokard infarktı, qaşınma, psoriaz, Reyno
fenomeni, periferik işemiya/keçici səndələmə, yuxululuq, bayılma, trombositopeniya, müxtəlif
tip səpkilər və dəri tərəfindən pozulmalar, vertiqo və qusma.
Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi
Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə təsirlər barədə məlumatın
verilməsi çox vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsirlər aşkar olunduqda
və ya bu bənddə təsvir olunmayan yeni əlavə təsir yarandıqda Milli farmakonəzarət sisteminə
müvafiq şəkildə məlumatın verilməsi xahiş olunur.

 

Doza həddinin aşılması

Nebivololun doza həddinin aşılması dünyanın müxtəlif ölkələrində postmarketinq dövrdə klinik
tədqiqatları zamanı qeydə alınmışdır. Doza həddinin aşılması ilə daha çox tezliklə qeyd olunan
əlamətlər və simptomlar bradikardiya və arterial hipotenziya olmuşdur; digər dəyərli
arzuolunmaz reaksiyalara aiddir: ürək çatışmazlığı, başhərlənmə, hipoqlikemiya, yorğunluq və
qusma. Həmçinin, β-blokatorların doza həddinin aşılması ilə əlaqəli arzuolunmaz reaksiyalardan
bronxospazm və ürəyin blokadası qeyd oluna bilər.
Nebivololun daxilə qəbul edilmiş məlum ən böyük dozası 500 mq təşkil edir (özünəqəsd cəhdi
zamanı 100 mq-lıq bir neçə asetilsalisil turşusu tabletləri ilə birgə). Pasiyentdə aşağıdakı
arzuolunmaz reaksiyalar qeyd olunmuşdur: hiperhidroz, dəri örtüklərinin solğunluğu huşun
ləngiməsi, hipokineziya, arterial hipotenziya, sinus bradikardiyası, hipoqlikemiya,
hipokaliemiya, tənəffüsün ləngiməsi və qusma. Pasiyent sağalmışdır.
Nebivolol qanın plazma zülalları ilə yüksək dərəcədə birləşə bilir, bu səbəbdən, hemodializ
prosedurunun aparılması zamanı dərman vasitəsinin klirensinin artması ehtimal olunmur.
Nebivorldun doza həddinin aşılması zamanı dəstəkləyici və spesifik simptomatik müalicənin
aparılması lazımdır. Nebivololun gözlənilən farmakoloji effektlərinə və digər β-blokatorların
doza həddinin aşılmasına görə tövsiyyələrə uyğun olaraq, həmçinin klinik vəziyyətə müvafiq
olaraq aşağıdakı terapiyanı aparmaq lazımdır, preparatın istifadəsinin dayandırılması daxil
olmaqla.
Bradikardiya
Atropinin venadaxili yeridilməsi; müalicəyə qarşı kifayət qədər cavab alınmadıqda ehtiyatla
izoproterenol və ya digər müsbət xronotrop effektə malik dərman vasitəsindən istifadə etmək
olar. Bəzi hallarda transtorokal və ya transvenoz elektrokardiostimulyasiyanın aparılmasına
ehtiyac yarana bilər.
Arterial hipotenziya
Maye və vazopressor dərman vasitələrinin venadaxili yeridilməsi; venadaxili qlükaqonun
yeridilməsi özünü doğrulda bilər.
Ürəyin blokadası (II-III dərəcə)
İnfuziya şəklində izoproterenolun yeridilməsi və monitorinqi; bəzi hallarda transtorakal və ya
transvenoz elektrokardiostimulyasiyanın aparılmasına ehtiyac yarana bilər.
Durğunluq ürək çatışmazlığı
Ürək qlikozidlərinin və diuretiklərin yeridilməsinin başlanğıc mərhələsində; bəzi hallarda inotrop
və damargenişləndirici dərman vasitələrinin yeridilməsi barədə məsələni müzakirə etmək
lazımdır.
Bronxospazm
Bronxgenişləndirici dərman vasitələrinin, məsələn qısamüddətli təsirə malik inhalyasion β2-
aqonistlərin və/və ya aminofillinin istifadəsi.
Hipoqlikemiya
Qlükozanın venadaxili yeridilməsi; qlükozanın çoxdəfəlik venadaxili yeridilməsinə və ya
qlükaqonun istifadəsinə ehtiyac yarana bilər.
Dəstəkləyici terapiyanı pasiyentin vəziyyəti stabilləşənə qədər aparmaq lazımdır.
Nebivololun aşağı dozalarda qəbulu zamanı yarımxaricolma dövrü 12-19 saat təşkil edir.

 

Buraxılış forması

Tabletlər.
14 tablet, blisterdə. 2 və ya 6 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.