Pharmed

NATRIYA XLORID 0,9% 5ML N10 AMP (BELARUS)

NATRİUM XLORİD 9 mq/ml inyeksiya üçün izotonik məhlul

SODIUM CHLORIDE

 

Beynəlxalq patentləşdirilməmiş adı: Sodium chloride

 

NATRIUM XLORİD Tərkibi

Təsiredici maddə:1 ampulda (5 ml məhlul) 45 mq natrium xlorid vardır.

Köməkçi maddə: inyeksiya üçün su.

 

Təsviri

Şəffaf, rəngsiz mayedir.

 

Farmakoterapevtik qrupu

Duz məhlulları.

 

ATC kodu: B05CB01.

 

İstifadəsinə göstərişlər

Dərman vasitələrinin həll edilməsi və durulaşdırılıması.

 

NATRIUN XLORİD  Əks göstərişlər

Əsas dərman vasitəsinin və preparatın uyuşmaması.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Dərman vasitəsinin həll edilməsindən əvvəl Natrium xloridin 9 mq/ml izotonik məhlulunun bu

dərman vasitəsinin həll edilməsi üçün istifadə olunmasının mümkünlüyünü yoxlamaq lazımdır.

Preparatı ampul açıldıqdan və ya dərman formasının hazırlanmasından bilavasitə sonra istifadə

etmək lazımdır.

Ampullar, yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulub. Preparatın istifadə edilməyən qalığı

məhv edilməlidir.

Məhlulu, yalnız şəffaf və ampul zədələnmədiyi halda istifadə etmək olar.

Mikrobioloji təhlükəsizlik nöqteyi nəzərdən həll edilmə/durulaşdırma zamanı alınan hazır

dərman formaları aseptik qaydalara əməl edilməklə, dərhal istifadə edilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Natrium xlorid məhlulu əksər dərman vasitələri ilə uyuşur, bu səbəbə görə o, müxtəlif dərman

vasitələrinin həll edilməsi və durulaşdırılması üçün istifadə edilir. Kortikosteroidlər və ya

kortikotropinlə eyni vaxtda təyin edilməsi qanda elektrolitlərin səviyyəsinin davamlı nəzarəti

tələb edir.

Preparat kolloid hemodinamik qanəvəzedicilərlə uyuşur. Digər dərman vasitələri və ya

elektrolitlərin konsentratları ilə qarışdığı zaman uyuşmazlığa vizual olaraq nəzarət etmək

vacibdir. Görünməyən və terapevtik uyuşmazlıq ola bilər.

Hamiləlik laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, istifadə ediləcək həl edilən/durulaşdırılan

preparatın tibbi təlimatı üzrə müəyyən edilir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə

təsiri

Natrium xloridin 9 mq/ml izotonik məhlulunun nəqliyyat idarə etmək və yüksək diqqət və

sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul

olmaq qabiliyyətinə təsiri həll edilən/durulaşdırılan preparatın istifadə təlimatı ilə müəyyən

edilir.

 

NATRIUM XLORİD İstifadə qaydası dozası

Əsas dərman vasitəsinin yeridilmə üsulundan asılı olaraq venadaxili, əzələdaxili, dərialtı istifadə

edilir. Yaraların, gözlərin, selikli qişaların yuyulması üçün steril şpris ilə ampulun

möhtəviyyatını yığmaq və iynəni çıxarmaq və ehtiyatla şprisdən məhlulu buraxaraq yaranı,

selikli qişanı və ya gözləri yumaq lazımdır.

Preparatların həll edilməsi/durulaşdırılması üçün 9 mq/ml izotonik məhlul olan natrium xlorid

preparatının istifadəsindən əvvəl verilən preparatların istifadə təlimatı ilə tanış olmaq vacibdir.

9 mq/ml izotonik məhlul olan Natrium xlorid preparatının istifadəsilə dərman formalarının

hazırlanma prosesi zamanı aseptika qaydalarına (ampulun açılması, şprisin və ya digər digər

dərman vasitələrinin doldurulması) riayət etmək vacibdir.

Dozası

Preparatın miqdarı həll edilən/durulaşdırılan dərman vasitəsinin konsentrasiyasından və ya

elektrolitlərin konsentrasiyasından asılı olaraq seçilir.

 

Əlavə təsirləri

Dərman vasitələrinin həlledicisi kimi məsləhət görülən həcmlərdə istifadəsi zamanı əlavə təsirlər

aşkar olunmamışdır. Bu vaxta qədər xaricə və yerli istifadəsi zamanı əlavə təsirlər müəyyən

edilməyib.

Doza həddinin aşılması

Preparatın məsləhət görülən həcmlərinin yeridilməsi zamanı doza həddinin aşılması az ehtimal

edilir.

 

Buraxılış forması

5 ml məhlul, şüşə ampulda. №10 (2x5) polivinil arakəsmə ilə içlik vərəqə ilə karton qutu

qablaşmada, №10 karton arakəsmə ilə içlik vərəqə ilə karton qutu qablaşmada.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Apteklərdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

 İstehsalçı

 “Borisov Dərman Preparatları Müəssisəsi” ASC.

 Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64.

 

 Tel.: +375 (177) 735612, 731156.